Edu Oriol, qaldı yarıyol…

Antalyada təlim-məşq toplanışını davam etdirən “Xəzər Lənkəran” daha bir futbolçu ilə vidalaşa bilər. Yeni xəbərə görə, Radomir Todorov və Duqlas Leyte ilə anlaşmaya son qoyub, Uğur Pamuku “Sumqayıt”a icarəyə verən cənub təmsilçisi ispaniyalı legioner Edu Oriolu da yola salmaq üzrədir.
27 yaşlı yarımmüdafiəçi baş məşqçi Mustafa Dənizliyə yaxınlaşaraq, komandadan ayrılmaq istədiyini bildirib. Buna səbəb kimi, ölkəmizdə ailəsi üçün darıxdığını göstərən futbolçu haqda yekun qərar yaxın 1-2 gün ərzində veriləcək.
Əvəzində “Xəzər Lənkəran” daha 2 iki futbolçu ilə danışıqlar aparır. Adları açıqlanmayan həmin hücumameylli futbolçulardan birinin qarşıdakı günlərdə komandanın düşərgəsinə gələcəyi gözlənilir.
 Mənbə: Apasport.az

7 thoughts on “Edu Oriol, qaldı yarıyol…”

  1. Mirhafiz müəllim, onsuz da Edu Oriolun oyunu “Xəzər Lənkəran”da istənilən kimi alınmadı. Edu elə ilk günlərdən komandaya uyğunlaşa bilmədi. Komandamıza yenicə gələndə Toşak ona Sakkonidən çox şans verirdi amma, Edu start 11-likdə yerini möhkəmlədə bilmədı. Odur ki, gedirsə yaxşı yol və futbolçu karyerasında uğurlar diləyirəm.
    *****
    Çox düzgün yanaşmadır, tərəfinizdən. Futbolun qəribəliyi ondadır ki, İspaniya La Liqasında oynayan futbolçu, bizim çempionatda əziyyət çəkir. Edu Oriol gözəl futbolçu olsa da, “Xəzər Lənkəran”a xeyir verə bilmədi. Belədə əlbəttə yolları ayırmaq, həm Edu üçün, həm də komandamız üçün düzgün olardı. Qoy o da, xeyirini verə bilən yerdə çalışsın ki, hər cəhətdən itirməsin.

  2. Kamandamizda xeyir verməyən oyuncular getməlidirlər.Bu oyuncular haqqinda azarkeşlər kifayət qədər saytda yazirlar.Maraqlisida odur ki ,həmin oyuncular gedəndən sonra bəzilərin fikirlərində 180 dərəcə dəyişilik baş verir.Bu gun ispaniyali oyuncu gedir və əksəriyyəti bunu duzgun sayir.Bir aydan sonra isə elə həmin azarkeşlərimiz fikirlərindən daşinirlar.Elnur Allahverdiyev gedişi buna bir misaldir.Elnur Allahverdiyevin niyə azarkeşlərin gözundə duşməyi yəqin ki unudulmayib,son anda geri qaytarilmasi gundəmə gəlsədə,elə öz cavabi ilə onu istəyənlərə sevgisinin qalmadiğini dedi.Mənim fikrimcə hələ Edudan qabaq getməli oyuncular vardi.Bu braziliyali Nildo Franka və mərakeşli Zoahir Beneoahudur.Bunlarin olmağindan olmamaği yaxşidir.
    *****
    Çox düz buyurursuz. Bir məsələ də var ki, Edu Oriol kifayət qədər yüksək ödənişli futbolçudur. Amma Nildo və Benuoahi o qədər də ödənişli deyillər. Hər sahədə belədir ki, yüksək maliyyə dəyəri olan istər canlı və ya da predmet olsun, onu daha yaxşısı ilə tez bir zamanda əvəzləmək məqsədəuyğun hesab edilir. Az dəyəri olanları nə vaxt gəldi əvəzləmək olar. Burda isə vəziyyət belədir ki, yüksək dəyəri olan bir və az dəyəri olan iki və ya üç futbolçu əvəzinə həmin vəsaiti, toplayıb daha çox xeyir verə bilən iki futbolçu almaqla komanda daha çox qazanmış olardı.

    • Mənim fikrim sadədir.Bir necə il Azərbaycanda oynayan əcnəbilər futboldan doyublar və onlardan “Xəzər-Lənkəran”-a oyuncu cixmaz.Vallah,yetim kimi Teymur Əliyev kucəsində “Palmali”-nin Baki ofisinin qarşisinda boyun əyən Adrian Pitsin əlinə bir balaca boşluq duşsə,görun o nələrdən kecər.Sadəcə yaxşi oyuncu olmaq yetmir,gərəkdir ki ,yaxşi adam olasan.Pitsin son oyunlarinda canfəşanliği məncə muvəqqəti xarakter daşiyir.Pitsi istəyənlərin xətrinə dəyməsin,buda Kamran Ağayev və Elnur Allahverdiyev kimi oyunculardandir.
      *****
      Həqiqi söz heç kimin xətrinə dəyməməlidir. Dəyirsə də təqsir elə onun özündədir.

    • Muəllim! Fikirlərinizlə razilaşmamaq olmur amma yenə mənə qaranliq məqam qalir.Azarkeşi maraqlandirmir ki, klub hansi oyuncuya nə qədər vəsait xərcləyir.Yenə meydanda Benahunun top itkilərini, Nildonun 100-faizli qol vəziyyətlərdən yararlana bilməməyini görən azarkeşlər əsəblərinə hakim ola bilməyib hirslə ayağa durar ,hirsi soyuyandan sonra palciqli oturacaqlarda oturduğunun fərqində olmazlar.Klub peşəkardirsa və bu oyuncularin səviyyəsini bilirsə bəs niyə onlari “yola verir”.Onlara verilən maaşlari elə onlarin kompensasiyasina versəydi daha yaxşi olmazdimi.Yəni bu məbləğ kamandamiz qalib gələndə azarkeşlərin uzundəki təbəssumə və sevincə dəyməzmi?
      *****
      Zəfər bəy, bizim də fikirlərimiz klub rəhbərliyinə ünvanlanır deyə, yazırıq.

  3. Mirhafiz müəlləm, çox gözəl buyurduz ki,”Həqiqi söz heç kimin xətrinə dəyməməlidir. Dəyirsə də təqsir elə onun özündədir”.
    Zəfər qardaşım hədəfi düzgün seçib. Dünən E.Allahverdiyevin bir müsahibəsini oxuyurdum. “Xəzər Lənkəran”ın bir xeyli azarkeşinin sevimlisinə çevrilmiş Elnur görün öz keçmiş komandası haqqında “Məni keçmiş klubumla heç bir şey bağlamır. Nə səbəbə mən yenidən ora qayıtmalıyam? İndiki komandam çempionluğa oynayır, “Xəzər Lənkəran”sa heç bir iddiası olmayan autsayderdir”…
    Vaxtiylə biz azarkeşlər də daxil olmaqla bütün “Xəzər Lənkəran” Elnurun müxtəlif şıltaqlıqlarına, əsassız qırmızı vərəqələr almasına göz yummuşuq. Əsas elə bu səbəbdən də Elnur bizə yad olan saytlarda bugün sayıqlamalar danışır. Bunu yazmaqda məqsədim Elnursevərlərə onu bir daha tanıtmaq idi.
    *****
    Qabil bəy, mən indi çəkəcəyim misalı, bir dəfə elə bu saytda “R. S.”-nikli qardaşımızın şərhinə rəğmən çəkmişdim. Bir qədər ədəbsiz olsa da, belə ədəbsizlərə yerində verilmiş cavabdır. Deyir, tez-tez yuvasını dəyişən qarğaya sual verirlər ki, niyə belə edirsən? Qarğa cavab verir ki, yuva türk demişkən, boxludur. Sual verən başqa bir quş, ona yenə sualla cavab verir. Məgər təzə yuvaya dalıvı aparmırsan? Yəni sənin dalın təzə yuvanı da boxlu edəcək və yenə yuvanı dəyişməli olacaqsan. Bundan yaxşısı o xasiyyətivi dəyişməyin məsləhətdir.
    Biz də deyirik ki, o xasiyyətini dəyişə bilməz, çünki qarğa belə yaradılıb. İndi Elnur da. Hələ ki, orda işi pis getmir deyə belə danışır. Çünki hələ orda təzədir. Birazdan qarğanın xasiyyəti mütləq özünü göstərəcək. Bax onda biz tutarlı cavabımızı verə bilərik. Bir az səbr tələb olunur.

    • İnsafən klub Elnura hörmət etdi və ona azad agent statusunu verdi.Buda milliyə görə idi.Səhf etmirəmsə onun icarə əsasinda oynamağa dair raziliği vardi.Lakin Elnurun yenə yekə danişmaği elə onu yenə yekə qapilarin arxasinda qoyar.Dord il ərzində zəhmət cəkibsə pulunu alib amma azarkeşdən nə alib?-Futbolcunu tarixə yazan azarkeşdir.Redniki Lənkəran azarkeşi tarixə yazdi.,elə o birilərdə yazildilar.Baxir kim ,necə!
      *****
      Siz çox gözəl buyurursunuz, tarixin yaddaşını və verəcəyi qiymətini anlamayanlar belə məsuliyyətsiz həyat tərzi keçirir. Bir gün hər şey əldən çıxanda isə geriyə dönüb, mütləq kabus görəcəklər və bundan olduqca sarsılacaqlar! Onda isə gec olacaq. Tarix isə “təkərim geri dönmür”-deyincə, o şəxs artıq mənəvi məhv olduğunu anlayacaq. Ona görə də Allahın tövbə deyilən bir əfvi var ki, onu da vaxtında etmək lazımdır. Əfsus, belələrinin gözünü pul tutur və bu şansı qaçırırlar.

  4. DOKTOR, çəkdiyiniz qarğaya aid misal elə Elnur kimilər üçün tutarlı cavabdır. Ömründə görmədiyi və göstərdiyi oyunun səviyyəsindən qat-qat artıq pulu “Xəzər Lənkəran”da qazananda əlbəttə ki, bir gün qudurmalıydı. Onsuzda komandamızda çoxlu pul qazanıb qudurmuşların başqa kluba keçdikdən sonrakı aqibətlərini görə-görə gəlirik və bunu da görərik.
    *****
    Bəli, bu eynən belədir, Qabil bəy.

Comments are closed.