Hesab-0:0, məzmun-0, əzmkarlıq-0, hücum-0, quruculuq-0… (Video)

Bu gün premyer liqanın XVI turunda “Xəzər Lənkəran” paytaxtda “İnter”in qonağı oldu. 3 xala böyük ehtiyacı olan komandamız meydana qələbə üçün çıxmalı idi. Bəlkə də hədəf bu idi. Çünki komandasını ilk çempionat oyununa çıxaran yeni baş məşqçimiz Mustafa Denizli də oyun sorası mətbuuat konfransıda belə fikirlər səsləndirib. Onun dediyindən belə nəticə çıxır ki, hələ komandanın potensialına tam bələd deyil və futbolçuları yaxşı tanımır: “Bakıya 3 xal üçün gəlmişdikRəqibimiz yaxşı komandadır, son vaxtlar yüksəlişdədir. Buna baxmayaraq, məqsədimiz qələbə qazanmaq idi. Komandamdan razı qalmasam da, sonadək mübarizə apardılar. Oyunboyu üstünlük bizdə idi. Ən azından, komandamda məğlub olmaq qorxusu yox idi. Hələlik komandanı tanımağa çalışıram. Hakimliyə gəlincə, o da bizim kimi insandı. İndiyədək ədalət təmsilçiləri haqda danışmamışam. Hər halda, hakim xətaları da futbolun bir gözəlliyidir. İdarəçiliyindən narazı qalmadım”.
Göründüyü kimi Mustafa Denizli ilk oyundaca hakimliyə də eyham vurub. Mustafa bəy hələ bilmir ki, bugünki hakimlik əksər matçlara nisbətən xeyli dərəcədə normal idi. Bəlkə də biz o qədər hakim haqsızlıqları və qərəzçiliyi ilə üzləşmişik ki, bu bizə normal təsir bağışlayır. Qaldı ki, oyuna, onu demək olar ki, qələbə üçün ac olan komanda dişsiz görünməməli idi. Oyunda pərakəndə hücumların şahidi olsaq da, qapıya tərəf məntiqi istiqamət görmədik. 90 dəqiqə ərzində xüsusən mərkəz uğrunda hegemonluq yarışının şahidi olduq ki, bu nisbətən “Xəzər Lənkəran”ın xeyrinə olurdu. Lakin mərkəzdə hegemonluq iti hücumlarla yekunlaşmırsa, bu nəyə və kimə lazımdır?
Düzdür Mustafa bəy komandaya yeni gəlib deyə bunu təbii hesab etmək olar. Mustafa bəylə komanda bir kubok oyununa çıxıb ki, bu da birinci liqa təmsilçisi olub. Belə bir oyunda  komandanın potensialına tam bələd olmağın çətinliyini qeyd etməklə bərabər onu da demək olar ki, bu bir oyunda müəyyən nəticələr də çıxarmaq mümkündür.  Hələ tələsmək lazım deyil. Amma onu demək olar ki, keçən oyunda Nildonu müdafiə edən Denizli, bu gün onu lap oyunun sonlarına yaxın buraxdı ki, oyunun son dəqiqələrində o, əla ötürülmüş bir topu qəbul etmə şansından istifadə edə bilsə idi, qapıçı ilə təkbətək çıxma imkanını boşa verməzdi.
Mustafa bəy, kubok oyunundan sonra, çempionatda vəziyyətimizin çox da yaxşı olmamasını qeyd etmişdi. Çempionat haqqında danışan baş məşqçi qış fasiləsinə qədər üç oyunumuz var demişdi və bu üç oyundan 9 və ya, ən azı 7 xal toplaya bilsək, çox irəliyə gedə bilərik. Hətta xəyal kimi görünən bəzi məqamlara yüksələ bilərik, demişdi. Üç oyunun biri heç-heçə bitincə, 9 xaldan əlimizi üzdük. Lakin növbəti iki matçı qazanmalıyıq ki, heç olmasa Denizlinin nəzərdə tutduğu minimumu, yəni 7 xalı qazanaq. Dekabrın 14-də XVII tuda evdə qarşılaşacağımız “Rəvan”a qalib gəlməli və təxminən bir həftə sonra ayın 20-də, XVIII turda, yenə evdə qarşılaşacağımız “Sumqayıt” üzərində qələbə qazanmalıyıq.
Bundan sonra isə qış fasiləsi başlayır ki, bu ərəfədə qış transfer dövrü də aktiv olur və artıq komandaya bələd olacaq Denizli komandaya nələr və ya kimlər lazım olduğunu biləcək və uyğun transferlərin həyata keçirilməsinə müvəffəq olacaq. Bu işdə klubun da Mustafa Denizliyə tam dəstək verəcəyinə inanmaq istərdik. Həmçinin inanmaq istərdik ki, baş məşqçi nəzərdə tutub dedikləri nikbin vəziyyəti yarada bilsin və hədəflərinə, hədəflərimizə çata bilsin.

4 thoughts on “Hesab-0:0, məzmun-0, əzmkarlıq-0, hücum-0, quruculuq-0… (Video)”

  1. Məşqçi haqqında fikir formalaşdırmaq yalnız və yalnız onun etdiyi transferlərdən sonra mümkün olacaq.Məşqçi əlində olan materialdan ideal 11-liyi ortaya qoymağı bacarmalıdır.Mustafa bəy interlə oyunda buna müvəfəq olmuşdu.Bu fakdır ki,komandamızın vuran ayağı yoxdur.
    *****
    “İnter”lə bu oyunda bizi narahat edən, futbolçuların iki və ya üç ötürmə edə bilməmələri idi. Bu hər iki komandada təxminən eyni dərəcədə idi. Belə oyun 15 il qabaqkı futbolumuzu xatırladırdı. Oyunun bütöv videoyazısını saytımızda yerləşdirmişik. Təkrar, təkrar oyuna baxdıqda bunun belə olduğunun hər dəfə şahidi olursan. Bir futbolda ki,qarşılıqlı ötürmələr 90 dəqiqə alınmırsa, belə futbol adamı yorur. Futbolda ki, həyəcan olmadı, o futbol deyil. Komandamız 90 dəqiqə boyunca ardıcıl iki və ya üç ötürmə edə bilmədi. Top ya rəqib futbolçuya “ötürülür”, ya da meydandan çıxırdı. Bu məzmunsuz futboldur. İstəsəniz oyunun videoyazısına bir də baxa bilərsiniz. Qaldı ki, məşqçi haqqında fikir yaratma məsələsinə, biz Mustafa Denizli barədə hələ heç kim münasibət bildirməyə risk etməyəndə, “Bosman” olaraq, çox müsbət fikir bildirmişik. Çünki, biz Mustafa bəyi “Xəzər Lənkəran”a gələrkən yox, ondan çox əvvəl tanıyırdıq və işinə bələd idik. Bu haqda əvvəlki yazılarımıza diqqət versəniz kifayət edər. Bu oyunla bağlı bizim yazıda Mustafa bəy deyil, bütün komanda günahlandırılır. Yazıda da bildirmişik ki, Mustafa bəy hələ komandada təzədir və müəyyən kiçicik problemlərlə hələlik rastlaşa bilərik. Rakif bəy bizi bu yox, ardıcıl iki-üç ötürmə edə bilməyən komanda narahat edir!

  2. Mirhafiz muəllim!-Rakif bəyə verdiyiniz cavabdaki problemlər Rednik gedəndən sonra baş verib ki, dediyiniz vəziyyət bu gunku gunə qədər davam edir.Mən özumdə dəfələrlə şərhlərimdə bu problemləri demişəm.Mən “İnter”-lə oynun əzmkarliğin (0) sifir qiymətilə dəyərləndirilməsinin əleyhinəyəm.Ən azi Lənkərandaki oyundan fərqli oyun numayiş etdilər.Rəqibin arxasindan kecib topu “oğurlamağ” bacaracaqlarini bu oyunda danmaq duz olmazdi.Oyuncularimiz əzmkarliq görsetdilər amma neynəmək olar ki ,kəsərli hucum və nəticədə qapiya zərbə vuran oyuncularimiz yoxdur.Vurulan zərbələr cox bərbad idi ki ,coxuda qapiya hesablanmamişdi.Umumən rəqib “İnter” idi və mən hec-hecəni indiki durumda yuksək qiymətləndirirəm.Butun bunlarla yanaşi sabaha inamla baxiram.Təşəkkurlər!
    *****
    Zəfər bəy, qapıya tərəf gedə bilmirsə, komanda və ya bütün oyun boyu bir təhlükə yarada bilmirsə rəqib üçün burda hansı əzmkarlıqdan söhbət gedə bilər? Əzmkarlıq şüuri bir şeydir və hansısa məqsəd üçün edilir. Yoxsa, başıpozuq zəhmətə əzmkarlıqmı deyilir? Bunu deməklə komandaya inamsızlıq nümayiş etdirmirik və nə də məşqçiyə. Bunu deməklə biz sadəcə komandaya köməklik göstərmək istəyirik. Yazının tonunda inamsızlıq yox, ürəyiyananlıq var.

  3. Məncə bu çempionatın əvvəlki oyunlarıyla müqayisə etsək “İnter”lə oyun bizim üstünlüyümüzlə keçdi. Qol vura bilmədiksə, qol da buraxmadıq. Mirhafiz müəllim, deyirsiz oyunçular üç ardıcıl dəqiq öyürmə edə bilmir. Mən də deyirəm ki, əgər üç dəqiq ötürmə (beş dəqiq ötürmədən söhbət gedə bilməz)verə bilsəydilər məlum məsələdir ki, turnir cədvəlində sonuncu pillələrdə qərarlaşmazdılar. Bu Toşakdan miras qalan komandadır. Siz demişdiniz, mən də hələ ki, səbr edib gözləyirəm. Görək ikinci dövrədə (bizim istədiyimiz komanda) Mustafa bəy öz komandasın qura biləcəkmi?
    *****
    Qabil bəy, əgər klub üzərinə düşən dəstəyi nümayiş etdirsə, inanırıq ki, Mustafa bəy döyüşkən bir kollektiv qura biləcək.

Comments are closed.