Əvəzedicilərimizin bugünki oyununda 7 qol qeydə alınıb

Sabah komandamız paytaxt təmsilçisi “İnter”lə görüşəcək ki, belədə bu gün həmin komandaların əvəzedicilərinin görüşü baş tutub Dramatik keçən bu görüşdə 7 qol qeydə alınıb. Bu oyunda “Xəzər Lənkəran”ın əvəzedici heyəti 3 qol vursa da, sevinən tərəf “İnter”in əvəzediciləri olub. Belə ki, onlar bir top da artıq vuraraq qələbəni bayram ediblər 4:3.
Belə hesabla bitən oyunda gənc hücumçumuz Elnur Cəfərov 6-cı dəqiqədə hesabı aça bilib. Lakin rəqib oyunçu Ramil Mansurov 18-ci dəqiqədə hesabı bərabərləşdirib.Bundan sonra Mirsahib Abbasovun 27-ci dəqiqədə vurduğu qol ev sahibi “İnter”i önə çıxarıb. Hesabda geri düşmələrinə baxmayan gəclərimizin fəallığı nəticəsində, Elçin Qasımzadə ilə 34-cü dəqiqədə bərabərlik qolunu vurub, 2:2.  İlk hissə bu hesabla yekunlaşıb.
İkinci hissənin 69-cu dəqiqəsi komandamız üçün uğusuz olub. Belə ki, Elnur Süleymanov ev sahiblərini yenidən önə çıxarıb, 3:2. Daha sonra ev sahibləri Mirsahib Abbasovun dublu sayəsində fərqi ikiyə çatdırıblar, 4:2. Bu görüşün 87-ci dəqiqəsində olub. Oyunun son dəqiqələrində komandamızın oyunçusu İlyas Səfərzadanin 89-cu dəqiqədə vurduğu qol matçın sonuncu, yəni 7-ci qolu olub, 4:3. Matçın ilk və son qolunu komandamız vursa da məğlubiyyətdən qaça bilməyib.

3 thoughts on “Əvəzedicilərimizin bugünki oyununda 7 qol qeydə alınıb”

  1. Salam, Mirhafiz müəllim! Gənclərimizin “İnter”in qapısına üç top vurması əzmkar mübarizədən xəbər verir. Baxmayaraq ki, sonda gənclərimiz bir top fərqiylə məğlub olub.
    *****
    Qabil bəy, sizi salamlayır və fikirlərinizlə tam şərik olduğumuzu bildiririk.

  2. Mirhafiz muəllim!-Necəsiniz?.saytda fəalliğa öyrəşmişik.İnterlə oyun barədə hecnə yazmamisiniz.Onu deyim ki, bu oyunda kamandamiza özunəinamin qayitmasini əminliklə deyə bilərik.Özunuzə yaxşi baxin,lutfən!
    *****
    Çox sağ olun Zəfər bəy! Hələ komandada çox işlər görülməlidir.

Comments are closed.