“Xəzər Lənkəran” bu həftə qələbə üçün çox darıxmış, doğma meydanda AZALı qəbul edəcək. Rəsmi sayt oyuna tarixin və statistikanın prizmasından nəzər yetirməyi təklif edir.
Ən çox məğlub edilən rəqib
AZAL bütün yarışların statiskasına görə komandamızın ən çox məğlub etdiyi komandadır. Belə ki, bu rəqibə qarşı keçirilmiş 15 oyundan “Xəzər Lənkəran” qalib hesabla ayrılıb.
Ölkə birinciliyində bu komandalar arasında 2005-ci ildən bəri 21 oyun baş tutub. 13çempionat matçında qələbə qazanan komandamız 4 dəfə heç-heçə edib və 4 dəfə məğlub olub. Ümumi top fərqi – 28:13.
Lənkəranda baş tutan 10 oyunda 6 qələbə, 3 heç-heçə və 1 məğlubiyyət qeydə alınıb. Doğma divarlar arasında vurduğumuz qolların sayı isə rəqibin vurduğu qolları ikiqat üstələyir – 14:7.
“Xəzər Lənkəran” – “Olimpik-Şüvəlan” 2:1 (10.12.2009). Bir il sonra bu komanda Lənkərana yeni adla gələcək.
Hazırkı mövsüm
Hər iki komandanın bu mövsüm göstəriciləri ürəkaçan deyil. Son 6 tura nəzər salsaq, “Xəzər Lənkəran”da 1 qələbə, 2 heç-heçə və 3 məğlubiyyət, AZALda isə 4 heç-heçə və 2 məğlubiyyət var.
Komandamızın bu çempionatda məğlub etdiyi üç rəqibdən biri də məhz “təyyarəçilər”di. 7-ci turda “AZAL Arena”da keçirilən oyun 3:1 hesabı ilə komandamızın xeyrinə başa çatıb.
AZALın çempionatda son qələbəsi isə daha əvvəl, 5-ci turda baş tutub. Səfərdə “Qarabağ”ı məğlub etməklə ardıcıl 4-cü qələbəsini qazanmış paytaxt klubu o gündən qələbə qazana bilmir.
Digər məqamlar
AZALa qarşı birinci dövrədə keçirilmiş oyun həmçinin “Xəzər Lənkəran”ın geridə qalan 14 tur ərzində hesabı açdığı yeganə qarşılaşmadır.
Braziliyalı Deyvid Sakkoni 3-cü dəqiqədə AZALın qapısıdan komandamızın formasında ilk və hələ ki yeganə topunu keçirməklə, həm də bu mövsüm “Xəzər Lənkəran”ın vurduğu ən tez qolun müəllifi olub.
Dünən keçirilmiş məşqdə fərdi şəkildə çalışmalar yerinə yetirən Ağabala Ramazanov vəUğur Pamuk bugün tam olaraq komanda ilə birlikdə məşğul oldular. Həmçinin Adrian Pitdə uzun fasilədən sonra əsas heyətlə məşqə çıxır.
“Xəzər Lənkəran” – AZAL. 30 noyabr, saat 17:00, “Xəzər Lənkəran” Mərkəzi Stadionu.
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Elşən Acalov, Teymur Fərhadov.
Mənbə: Lankaranfc.com
Mənə də elə gəlir ki, komandamız “Azal”la oyunu yüksək səviyyədə keçirəcək. Qələbə qazanıb turnir cədvəlində “Azal”la yerini dəyişəcək. Qələbə qazanmaq ona görə labüddür ki, artıq Toşak yoxdur və futbolçular Emin Quliyevə görə ürəklə oynayacaqlar. Mən futbolçularımızın məşq prosesində çox həvəslə məşq etdiklərinin şahidi oldum. Digər tərəfdən futbolçular heyətdə qalmaqdan ötrü “Azal”la var gücləriylə oynayıb özlərini həm də M.Dənizliyə göstərməyə çalışacaqlar.
xezer2-0azal
Neyneyek ki, Xezerin qelebesine şahid olmaq isteyirik!-Alinmirda…Bu Nildo Nil derinlikde yixdi bizi daha.