Kifayət qədər ciddi media hesab olunan bəzi portallarda bu gün, XIV tur “Xəzər Lənkəran”ın “Bakı”ya 3:0 məğlubiyyətindən sonra Toşakın istefa verəcəyi barədə informasiyalar yayıb. Hətta onun yerinə yeni namizədin adını da açıqlayıblar. Bu ismin türk mütəxəssis Oğuz Çetin olduğu deyilir. Belə görünür ki, Toşak getməkdə tərslik etməsə bu və ya buna oxşar vəziyyət baş verəcək.
Matçı VİP tribunadan izləyən Oğuz Çetin bir hissəyə baxıb, komandanın oyunu həmçinin futbolçuların potensialını canlı izlədikdən sonra müəyyən öhtəliklər götürməyin mümkün olduğunu yəqin ki, yuxarılara çatdırıb. Bundan sonra komanda ikinci hissədə də 3:0 məğlub olunca azarkeşlər də istefa şüarı səsləndirərək, Toşakı yola salmaq tələbini irəli sürdürüblər. Beləliklə, Toşakın istefasına real şərait yaranıb demək mümkündür.
Xatırladaq ki, bugünki oyunun ilk hissəsi 0:0, ikinci hissəsi isə 3:0 qurtarıb.
Artıq, klubun rəsmi saytında “Toşak istefa verdi” başlıqlı xəbər də yayımlanıb ki, xəbərin mətni belədir:
“Bakı” – “Xəzər Lənkəran” matçından sonra keçirilən klubdaxili iclasda “Xəzər Lənkəran” komandasının baş məşqçisi Con Bencamin Toşak istefa verib. Təcrübəli çalışdırıcı klubumuzda çalışdığı müddətdə ona yaradılan şəraitdən razılığını ifadə edərək alınan nəticələrə görə şəxsən özünün məsuliyyət daşıdığını bildirərək istefa verib. Con Toşakın istefasından sonra komandaya rəhbərlik Covanni Melkiorrenin rəhbərliyi altında məşqçilər korpusuna həvalə olunub.
Yəqin mətbuat konfransında iştirak etsəydi belə deyərdi, Birinci hissə pis oynamadıq və hesab 0:0 idi. İkinci hissədə niyə 3 qol buraxdıq? Bunun səbəblərini heç özüm də bilmirəm.
Əlvida, dünya şöhrətli Con Benjamin Toşak!
11 thoughts on “"Xəzər Lənkəran" baş məşqçi tacını Toşakdan alıb Oğuz Çetinin başına qoymaq istəyir?”
Comments are closed.
rednik gelsin no lar
rednik ya da agaselim
admin sizce bas mesqci kim olacaq?
*****
Bunu söyləmək çətindir. Bəlkə də bundan sonra qərar verəcəklər.
DOKTOR, Oğuz Çetin futbolçu kimi yaxşı olub amma baş məşqçi kimi heç bir nailiyyəti yoxdur. C.Toşakı “Beşikdaş”ın rəhbərliyi fəxri prezidentimizə məsləhət görmüşdü. Oğuz Çetin “Fənərbağça”lı olduğuna görə onu da deyəsən Əziz Yıldırım dostuna məsləhət bilib.
Turk mesqcidense AGASELIM yaxsi olar. bu menim fikrimdir.
Hərçəndki bu kuluba hörmətim itib yenə də bir XL sevər kimi bu sözləri yazmağı özümə borc bilirəm.Şəxsən mən istəməzdim Toşaq getsin.Rednik kimi Toşaqın da torbasını yenə Bakı ilə oyunda tikdilər.Yaxşı Toşaqı yola saldılar.Rəhbərlik özü də yaxşı bilir ki,Hamı Rednikin gəlişini gözləyir.Onda bəs yaxşı bu turk hardan çıxdı?Əgər bu turk gələrsə onun ömru Toşaqın ömründən bu komandada az olar.Demək yenə də rəhbərlik azərkeşlərin və fankulubların istəyini saya salmır.Doktor,xahiş edirəm butün bunlarla əlaqədar öz şəxsi fikirlərinizi bildirərdiniz?Şəxsən mənim belə bir açıqlamaya böyük ehtiyaçım var.
*****
Rakif bəy, sorğunuza gələn kimi cavab varmə imkanım yox idi. Çünki sistem altında idim. Oğuz Çetin hardan çıxdı? sualına belə cavab verərdim. Mətbuatdan bilirik ki, Con Toşakın bura gəlməsində Sərdar Bilgilinin rolu olub. Hansı ki, o “Beşiktaş”ın prezidenti olanda Con Toşak bu komandada işləyib. Mübariz Mənsimov da onun vasitəsilə Toşakı komandamıza dəvət edib. Deməli Toşakın gəlməsində nüfuzlu insanlar rol oynayıb ki, onun da göndərmə çətinliyi, bu mənəvi amilə bağlı idi. Ona görə də Toşakın burada işinin alınmamasına baxmayaraq səbr nümayiş etdirildi. Amma belə davam edə bilməzdi və ən yaxşı yol seçilib. Yəni Sərdar Bilgilinin etibarını itirməmək üçün ona vəziyyət başa salınıb və özü məsləhət bildiyi mütəxəssisi oyunların birində canlı izləməyə göndərilib. Oğuz Çetinin də vəzifəsi o olub ki, izləyib görsün Toşak komandanın potensialındın düzgün istifadə edir, ya yox. Yəni uğursuzluq futbolçulara, yosa Toşaka bağlıdır. Ola bilər Çetinin missiyası təkcə bundan ibarət olsun. Ona görə də yazşda belə bir fikir işlətmişik ki, tacı Oğuz Çətinin başına qoyur, YA DA BUNUN KİMİ BİR ŞEY. Bu yazı yazılanda Toşakın istefası rəsmiləşməmişdi. Başqa xəbər qaynaqlarında var idi Oğuz Çətin məsələsi. Biz isə onun yalnız bir ekspert kimi gələ biləcəyini düşünüb “YA DA BUNUN KİMİ BİR ŞEY” yazmışdıq. Yəni xəbərdə Toşakın gedişi olan birinci məsələ həllini tapdı demək istəmişik. İndi gələn o da ola bilər digəri də…
XEZER-LENKERANDA mesqci deyisikliyi adet halina cevrilib. Yaxsi mesqcide pis mesqcide yarim il isler islemez bizim canimiza velvele dusuki bu mesqcinide qovaq. Sonda ya axirdan birinci oluruq ya qazon yanir ya oyuncu qitligi olur. Xeyri tekce transver vaxti pul qazananlar olur….
Kaş ki M.Rednik yç ay da işsiz qalıb “Gent”i götürməyəydi.
DOKTOR, qorxuram “Xəzər Lənkəran”ın baş məşqçi tacı Oguz Çetinin başına “çətin” olsun.
Mirhafiz bəy,sizin sistemdə olmağınız məni çox kədərləndirdi.Allahdan sizə şəfa diləyirəm.Mirhafiz bəy,Rednikin gəlişi nə dərəcədə realdır.Ancaq onu deyim ki,XLnın dərdinə dərman Yalnız və yalnız Rednikdir.
*****
Qayğıkeşliyə görə çox sağ olun! Rednikə gəlincə bunu hamımız istəyirik. Yalnız burdakı mühit məni ehtiyatlandırır. Ona olan hörmətimizi də burdakı yaramazlar puça döndərərlər. Əgər gəlmiş olsa belə, bütün məsələlərdə birləşib onun arxasında durmalıyıq.
Gələn baş məşçinin özündən çox şey asılıdır.Məşqçi öhtəlik götürəndə öz huquqlarının da tələb etməyi bacarmalıdır.XLda başməşqçilərə yeganə maneə transfer məsələsidir.Rəhbərlik tərəfindən gələn baş məşqçilərin istədiyi oyunçular alınmır və baş məqçi buna nədənsə ehtirazını bildirmir.İstədiyi komandanı qura bilmədikdə işi alınmır.Təbiiki buna uyğun nəticə verə bilmir.Mənə elə gəlir ki,biz birləşib transfer zamanı baş məşqçiyə kömək etməliyik.Bunun üçün də bu işdə rəhbərliyə təsiretmə mexanizmini axtarıb tapmalıyıq.Təsiretmə mexanizminin icrasını azərkeşlər arasında xüsusi çəkiyə malik olan fankulublara həvalə etmək olar.Dediyim mexanizm fankulubların aktiv üzvlərindən ibarət işçi qurupunun təşkil olunmasından ibarət olmalıdır.