"Xəzər Lənkəran" fasiləsonrası məşqlərini bərpa etdi

Üç günlük istirahətini başa vuran “Xəzər Lənkəran” bu gündən başlayaraq məşqlərini bərpa edir. Axşam saatlarında Lənkərandakı bazasının ehtiyat meydançasında məşqə çıxacaq komandamız “Bakı” ilə səfər matçının hazırlığına start verəcək.
Xatırladaq ki, Topaz premyer liqasının XIV turunun ”Bakı” – “Xəzər Lənkəran” matçı noyabr ayının 22-də keçiriləcək.
Mənbə: Lankaranfc.com

5 thoughts on “"Xəzər Lənkəran" fasiləsonrası məşqlərini bərpa etdi”

  1. Biriləri paxıllıqdan nə yerdədilər, nə göydə. Yerlə göy arasında qalıblar. Amma bu onların öz problemləridi. Faktla mübarizə aparmaq çətin işdi. “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov Azərbaycan futbolunun üzünü ağardacaq daha bir addım atdı. Dünyanın tanınmış futbol adamlarından birini- Con Benjamin Toşakı kluba baş məşqçi təyin etdi.
    Bəzi futbol “ekspertlərindən” fərqli olaraq mən bu sahəni dəqiq bilmirəm. Ona görə də Toşakın həm oyunçu, həm də baş məşqçi kimi qazandığı uğurlardan xəbərsizəm. Lakin onu bilirəm ki, heç bir baş məşqçinin əlində sehrli çubuq olmur. Və tanınmış mütəxəssisin də işi hər dəfə uğurlu alınmaya bilir.
    Əsas məsələ odur ki, amansız dediyimiz fakt ortadadı. “Xəzər Lənkəran”ı bu dəfə dünyaca ünlü Toşak çalışdıracaq. Hansı tərəfdən baxsan, Mübariz bəy doğru qərar verib. Hansı tərəfdən baxsan, Toşak böyük görünür.
    Bu bir neçə saat da sürətlə ötüb keçsə idi Toşak görəvinin icrasına başlardı. Səbirsizliklə həmin anı gözləyirəm. Böyük futbol adamı Toşak gəlsin, amma gəlməsin!
    Vallah burda tapmaca-filan yoxdu, söz oyunu qurmaq fikrində də deyiləm. Son illər “Xəzər Lənkəran”ın başına elə oyunlar açıblar ki, söz oyunu onun yanında heç nədi.
    Yaxşı, Toşak gəlsin, bəs niyə gəlməsin? Həmişə yazdıqlarımız və yaza bilmədiklərimiz səbəblər üzündən “Xəzər Lənkəran” quyunun dibinə düşüb. Toşak nə qədər tez gəlib klubu bu durumdan xilas etsə o qədər yaxşıdı. Məsələ ondadı ki…
    İnşallah görəvinin icrasına başlayacaq Con Toşakın Lənkərana gəlməyi önəmli deyil, hətta Azərbaycana uçmağı belə tələb olunmur. İnformasiya və kommunikasiya texnologiyaları əsrində yaşayırıq. Milli peykimiz də göydə o yana süzür, bu yana süzür.
    Cənab Toşak Böyük Britaniya ərazisindən çıxmadan da klubu idarə edə bilər.
    Tutaq ki, Azərbaycana, məmləkətimizin dilbər guşələrindən biri Lənkərana gəldi. “Xəzər Lənkəran”ın saf, fədakar fanatları dünyaca ünlü ingilis mütəxəssisi cənublulara məxsus qonaqpərvərliklə şəhərin girəcəyində qarşıladılar. Klubun bazasında gördüklərindən sevinən Toşak yol yorğunluğunu unudacaq. Futbol adamı olduğu üçün stadionu görməyə tələsəcək və… Azərbaycana gəlməyinə peşman olacaq. Çünki onun çalışdığı ölkələrdə belə bərbad qazonlu stadionlarda əyləncəli pişik yarışları keçirilir. Bizim stadionun direktoru ağzın açınca Toşakın qızıldan qiymətli başına ən azından hava gələcək. İşini bilən adamın işin elementar tərəflərini bilməyənlərin əhatəsində çalışması yaman dərddi. İlk təəssüratlarını ailəsinə bildirmək üçün telefonla mesaj yazan 64 yaşlı Toşak bilməyərəkdən özünə quyu qazacaq. Şərəfsiz hərəkətlərinə görə uzun illər ərzində klubdan maaş alan birisi orda-burda deyəcək ki, Toşak Tounkaranın istədiyi qızla mesajlaşır.
    Hələ bu harasıdı? Klubu oyunlara çıxaracaq Toşak referelərin gəlin maşını sürürlər kimi tez-tez fit çalmalarından, yanlış qərarlarından, yan xətt hakimlərinin aut qeydə almaq üçün BMT Təhlükəsizlik Şurasının qətnaməsini gözləmələrindən əsəbiləşib etiraz edəcək. Bununla da Rövnəq Abdullayevin, Ramin Musayevin “radarına” düşəcək. AFFA, PFL rəhbərləri ünlü məşqçinin qələmini qıracaqlar. Bu işdə onlara bəzi muzdlu “qələm adamları” kömək edəcək.
    Milli çempionatımızın ovqatını öyrənmək üçün Toşak yəqin ki, stadionlara gedəcək. Görəcək ki, liderlik uğrunda mübarizə aparan “Neftçi” ilə “İnter” arasında görüşü 789 azarkeş izləyir. İkinci altılıqda görüşən “Kəpəz”lə “Turan” oynayanda stadionda futbolçular, məşqçilər, texniki heyət də daxil olmaqla cəmi 45 adam var.
    Toşak bizim kanallarda futbolla bağlı reportajlara, şərhlərə tamaşa edəndə isə zəhrimara qalmışı-təzyiqi qalxacaq.
    İndi mən demirəm, siz deyin, Toşak gəlsin, gəlməsin?- Zefer Lerikli: İndi bu yazini oxuyanda adami maraq buruyur ve duşunmeli olursan.Goresen Toşak getmeli yoxsa qalmalidir.Budur sual!?-Cavab vermek ise cox cetindir.

  2. AXŞAMINIZ XEYİRLİ OLSUN, MİRHAFİZ MÜƏLLİM! SAYTDA XOŞ GÖRDÜK SİZİ. İNDİ SƏHHƏTİNİZ NECƏDİR?
    *****
    Çox sağ olun Qabil bəy! Yavaş-yavaş qaydaya düşür, Allahın köməkliyi ilə.

Comments are closed.