Sabah ölkə futbolunda Superkubok ənənəsi bərpa olunacaq. 18 illik fasilədən sonra ölkənin iki ən güclüsünün iştirakı ilə qarşılaşma baş tutacaq. Naxçıvanda keçiriləcək “Xəzər Lənkəran”-“Neftçi” derbisi futbol tariximizə IV Superkubok kimi düşəcək. Ancaq indiyədək yalnız 2 belə matç baş tutub. Bir dəfə isə mükafat “qızıl dubl” müəllifinə verilib. Bu yerdə tarixə baş vurmaq yerinə düşər.
Superkubok ənənəsi 1992-95-ci illərdə mövcud olub. İlk belə matç isə 1993-cü il fevralın 21-də baş tutub. Sumqayıtda çempionla kubikun sahibi, “Neftçi” ilə “İnşaatçı” görüşüb. Həmin matç böyük hesabla nəticələnib-4:1. Ölkə çempionu “Neftçi” bu yarışda gücünü göstərib.
1993-cü ildə “qızıl dubl” edən “Qarabağ”a superkubok hədiyyə edilib. Hərçənd çempionun kubokun finalçısı və ya gümüş medalçı ilə oynaması mümkün idi. Necə ki, “Neftçi” ilə “Xəzər Lənkəran” məhz bu statusla üz-üzə gələcək. Yəni girişdə işlətdiyimiz “ölkənin iki ən güclüsü” ifadəsi bəlkə də yerinə düşmür.
1993-94 mövsümünün çempionu “Turan”la kubokun qalibi “Kəpəz” arasında Superkubok oyunu isə baş tutmayıb. Çünki həmin vaxt çempionatda çıxışını dayandıran “Neftçi” və bakılıların tərəfində olan klublar AFFA-ya alternativ qurum yaratmaqla məşğul idi. Belə vaxtda Superkubok heç yada da düşmürdü.
1994-95 mövsümünün qalibi “Kəpəz” isə superkubokda oynamaqdan imtina edib. Belədə kubokun qalibi “Neftçi”nin qarşısına vitse-çempion “Turan” çıxıb. 1995-ci il iyunun 23-də Sumqayıtda keçirilən qarşılaşma 1:1 hesabıyla bitib və matç penalti seriyasına qədər uzanıb. Burda isə bakılılar üstün olub-10:9.
2004-05 mövsümündə də bu ideya gündəmə gəlmişdi. O vaxt “Neftçi” ilə “Bakı” arasında oyun az qala gerçəkləşəcəkdi. Ancaq nədənsə indiki kimi Naxçıvanda baş tutması planlaşdırılan görüşü keçirmək mümkün olmadı. Görünür, qismət “Xəzər Lənkəran” ilə “Neftçi” arasında “böyük oyun”a imiş.
Bir məqamaydındı ki, budəfəki “böyük oyun”da əvvəlki ajiotaj olmayacaq. Çünki hər iki tərəf Naxçıvanda özünü “qərib” sayacaq. Bu mənada əsas yük yerli azarkeşlərin üzərinə düşəcək. Naxçıvanlılar həm də uzun aradan sonra premyer-liqa klublarını qonaq edəcək, səviyyəli komandaların oyununa şahidlik edəcək.
Hakimlər Komitəsi məsul oyunu, xəbər verdiyimiz kimi, FİFA referisi Rəhim Həsənova həvalə edib. Hakimlərin işinə isə komitə sədri Xaqani Məmmədov özü qiymət verəcək.
Mirağa (“Futbol+” qəzeti 22-23 oktyabr 2013)
12 thoughts on “Azərbaycanda Superkubokun Tarixindən Səhifələr”
Comments are closed.
Superkubok uğrunda oyun sonuncu dəfə 1995-ci ildə keçirilib. Belə çıxır ki, uzun fasilədən sonra keçirilən bu tip oyunlara get-gedə maraq artacaq. Çünki “Xəzər Lənkəran”ın ölkə çempionatında iştirakından başlayaraq çempionata və ölkə kuboku oyunlarına maraq artmağa başladı. İndi də “XəzərLənkəran” Superkuboku yenidən moda mindirəcək. Artıq bu heç kimə sirr deyil ki, əyər “Xəzər Lənkəran” çempionatda, kubok oyunlarında iştirak etməzsə o oyunlara maraq olmayacaq. Necə ki, “Neftçi”, “Qarabağ”, “Bakı” və digərləri öz ev oyunlarında ancaq “Xəzər Lənkəran”la oynayanda azarkeş yığa bilir. Əyər “Neftçi”-“İnter” oyununu AFFA-nın verdiyi məlumata görə 350-tamaşaçı izləyirsə, artıq bir söz deməyə lüzum yoxdur.
tebrikler en boyuk xezer admin bey oyundan evvel demisdim ki 2-1 olacaq belede oldu butun xezerlileri tebrik edirem
*****
T Ə B R I K L Ə R ! ! !
Mirhafiz bəy sizi ,İsalm bəyi və bütün Xəzərsevərləri Təbrik edirəm !!!!!1,TƏbriklər! ,Nə etsələr də mane ola bilmədilər .
*****
T Ə B R I K L Ə R ! ! !
GĞZÜNÜZ AYDIN OLSUN, DOKTOR MİRHAFİZ QARDAŞ! SEVİNCİMİN HƏDDİ-HÜDUDU YOXDUR VƏ BU SEVİNCİMİ SİZLƏRLƏ PAYLAŞIRAM. ALLAH SİZİ QORUSUN!
*****
Qabil bəy, Allah hamımızı qorusun! Layiq olduğumuzu bizlərə həmişə gec də olsa bəxş etsin. T Ə B R I K L Ə R ! ! !
Mirhafiz bəy, indicə bir məlumat aldim ki, kobokun təqdimatından dərhal sonra “Neftçi” prezidenti S.S komandasının bütün məşqçi korpusunu istefaya göndərib. Məlumat hələlik rəsmiləşdirilməyib. YALANSA, DOĞRU OLSUN!
*****
Bu yəqin ki, gözlənilən idi. “Avtoqol Tərlan”ın yeri deyildi.
VAN PERSİ QARDAŞ! TƏBRİK EDİRƏM, VERDİYİN PROQNOZ DÜZ ÇIXDI.
sagol qabil qardas
ZƏFƏR QARDAŞIMI DA XÜSÜSİ TƏBRİK EDİRƏM. BİZ AZARKEŞLƏRƏ “XƏZƏR LƏNKƏRAN”IN QƏLƏBƏSİNDƏN SAVAYI HEÇ NƏ LAZİM DEYİL.
Minnetdaram!-T E B R İ K L E R ! ! !
Mirhafiz müəllim, istərdim Siz də “Bocman.az” vasitəsiylə sabah komandamızın LƏNKƏRANDA qarşılanmasına rəhbərlik edəsiniz. “Bosman.az” da qarşılanma yerinin dəqiqləşdirilib yerləşdirilməsi, bizə ayrı-ayrı yerlərdə yox, bir yerə toplaşmağa böyük kömək olardı. Vaqif bəy də bu haqda məlumatlıdır. Hər iki saytımızda eyni məkanın elanı verilsə şox gözəl olar. Qabaqcadan Sizə minnətdaram.
*****
Vaqif bəylə danışıb yeri müəyyən etdikdən sonra, elanımız olacaq.
Mirhafiz muellim!Superkubokda baş veren ve yayimlanan bezi videolari qisa icmal halinda heveskar olaraq yigib sayta vermek isteyirem.Meslehet bilseniz sayta vermeyinizi xahiş edirem!.Teşekkur edirem!
*****
Buyurub göndərə bilərsiz.
İnşallah birazdan hazir olar.Olan kimi lingi sayta gondererem