Komandamız Naxçıvana yollandı (Fotolar)

Bu gün, gunorta saatlarında “Xəzər Lənkəran” komandası, “Neftçi” ilə keçiriləcək,  futbol üzrə Azərbaycan Superkuboku uğrunda,  oyun üçün Naxçıvan Muxtar Respublikasına gəlib. Əldə olunan məlumata görə komandanın bütün üzvləri Naxçıvana yollanıb. Superkubok oyunu üçün komandamızda bir itki var ki, bu da yalnız çempionatın son turunda “Simurq”la görüşdə zədə almış Franko Nildonun adı ilə bağlıdır. Belə ki, F. Nildo bu oyunda iştirak edə bilməyəcək. Əvvəlcədən xəbər verdiyimiz kimi komanda “Duz dagı” otelində artıq məskunlaşıb. Komanda bu gün yol yorğunluğunu çıxarandan sonra məçqə çıxacaq və qalan saatlarını istirahət edəcək.
Naxcivanda-1Naxcivanda-2Naxcivanda-3
Mənbə: 12cioyuncu.info
_________________________________________________________________________________________________________________________________________
Apasport.az saytına məxsus başqa bir məlumatda deyilir ki,
Bu gün Azərbaycan Superkuboku uğrunda matç üçün Naxçıvana yola düşən “Xəzər Lənkəran” artıq 5 ulduzlu “Duzdağ”otelində məskunlaşıb. Aldığımız məlumatlara görə, saat 14:00-da Azərbaycan Hava Yollarına məxsus “Lənkəran” adlı, “Boinq 757-200” tipli təyyarəsi ilə yola düşən “ağ-yaşıllar” 55 dəqiqəlik rahat uçuşdan sonra Naxçıvan Beynəlxalq Hava Limanına çatıb.
Komanda daha sonra məskunlaşacağı Muxtar Respublikanın ən tanınmış oteli sayılan “Duzdağ”ın yolunu tutub. Qısamüddətli istirahətdən sonra futbolçular saat 17:00-da adıçəkilən otelin kiçik ölçülü futbol meydançasında məşqə çıxıb. Bir saatlıq məşqdən sonra komanda istirahətə çəkilib.
Hazırda klub prezidenti də başda olmaqla bütün klub rəsmiləri “Duzdağ” otelindədir. “Xəzər Lənkəran” Naxçıvana çatdıqdan sonra Muxtar Respublikanın güc strukturlarının rəhbərləri oteldə klub rəhbərliyini ziyarət edərək, lazım olan bütün köməkliyi göstərməyə hazır olduqlarını, burada olduqları müddətdə komandanın təhlükəsizliyinin ən yüksək səviyyədə qoruyacaqlarını bildiriblər.
Nax-mesq-1Nax-mesq-2Nax-mesq3Nax-mesq-4

2 thoughts on “Komandamız Naxçıvana yollandı (Fotolar)”

  1. KAPİTANIMIZ RAHİD BƏY, SABAH STADİONA ÇIXARKƏN İLK SÖZÜNÜZ ALLAH, MƏHƏMMƏD, YA ƏLİ OLSUN, ALLAH SİZLƏRƏ KÖMƏK OLSUN!

Comments are closed.