Cənublu tərəfdarlar Naxçıvana getməyəcək

Bu gün, 21 oktyabr 2013-cü il “Fubol+” qəzeti, Superkubok iştirakçılarının azarkeşlərinin komandalarını dəstəkləmək üçün Naxçıvana gedib-getməyəcəkləri ilə bağlı hər iki komandanın fanklub rəhbərlərindən müsahibə dərc edib. “Neftçi” fanatları Naxçıvana gedəcəkləri ilə bağlı açıqlama veriblər. Komandamızın fanat qurumlarının rəhbərləri isə müəyyən səbəblərdən bu oyunu seyr etməyə və komandaya stadiondan dəstək verməyə gedə bilməyəcəklərini, qəzetə açıqlamalarında bildiriblər. Həm də uzun müddət mətbuata xəstəlik səbəbindən açıqlama verə bilməyən İslam Cabbarlı da xəstəlikdən sonra ilk dəfə mətbuata danışıb. Fanklubumuzun rəhbərinin də qəzetə dediklərini təqdim edirik:
İslam Cabbarlı, “12-ci oyunçu”nun rəhbəri: “İnfarkt keçirəndən sonra ilk dəfə yalnız “Futbol+”ə danışıram. Səhhətimlə bağlı həkimlər danışmağa icazə vermir. Heç televizor vasitəsilə də doğma komandamızın oyununa baxa bilməyəcəyəm. Üzvlərimizin Naxçıvana gedib-getməyəcəyi haqda məlumatsızam.  Həkimlər ürəyimdə problemlərin olduğunu əsas gətirərək, əməliyyatın vacibliyini vurğulayıb. Bilin ki, “Xəzər Lənkəran” ürəyimdi. Kuboku alsalar, bu, ürəyimin tezliklə sağalmasına təkan verəcək”.
Mirhafiz Babayev, “Bosman”ın rəhbəri: “Dünənə qədər üzvlərimizdə bilet alınması ilə bağlı fəallıq yox idi. Çox güman, məsafənin uzaqlığına və bəzi şəxsi işlərimə görə gedə bilməyəcəyəm. Evdə xəstə adamın şəfaya ehtiyacı var. Gedib-gəlmək çox vaxt aparar. Ancaq Naxçıvandakı “Xəzər Lənkəran” azarkeşləri mənə söz veriblər ki, komandanın yüksək səviyyədə dəstəyi olacaq. Azı 300 nəfər stadionda yerini tutacaq. Superkuboku alacağımız ürəyimə damıb”.
 

4 thoughts on “Cənublu tərəfdarlar Naxçıvana getməyəcək”

  1. İslam bəy İnşallah Ürəyiniz sağalar .Mirhafiz bəy siz də burda lazımsınız azakeşlərə ,Allah hər ikinizə can sağlığı versin ,köməyi olsun
    Çox təssüf 12-ci oyunçunun rəhbəri ,belə bir oyunöncəsi .xəstələndi .və O .televizya vastəsi ilə baxmaqdan da məhrumdur ,çünki .sağlam adam baxnada dərmanlar qəbul edir .Ona isə həyacanlamaq qəti şəkildə olmaz .Bu Həyatdır .özüdə amansız bir həyat .

  2. Hər vaxtınız xeyir! İslambəy “Futbol+”a verdiyi müsahibəsində bildirir ki, “Xəzər Lənkəran” mənim ürəyimdir”. Bəli, “Xəzər Lənkəran”aqəlbən bağlı olan birisi başqa nə deyə bilərki? Odur ki, İslam bəydən bir ricam var. Qardaşım, xəstəliklə durmadan mübarizə aparin, vuruşun, qalib gəlin. Qalib gəlin ki, sağalasınız və bu xəstəlikdən “Xəzər Lənkəran”ı da sağaldasınız. Çünki Siz ürək xəstəsisiniz “Xəzər Lənkəran” da Sizin ürəyiniz. Hər ikinizə Allahdan şəfa diləyirəm.

  3. Salam Mirhafiz muellim!-Necesiniz?
    *****
    Çox sağ olun, Zəfər bəy! Superkubok öncəsi həyəcan artıq məndə başlayıb. Ürəyimə damıb ki, Superkubok bizim olacaq İnşallah! Oyuna həyəcandan necə baxacağımı deyə bilmirəm.

    • Bu deqiqelerde Pfl her iki kamanda arasinda naraziliqlara son verib ve onlari barişdirmaq ucun tedbir kecirdir.Mene ele gelir ki, yeqin baş veren haqsizliqlardan netice goturmek isteyirler.İndi hami anlayir ki, Xezer savadli oyun uslubuna qedem qoyub.Bizede kamandamizin bele yukselişde olmaqi lazimdir.Narahat olmayin!.Superkubok artiq Lenkeranda olmalidir.Bu ureyime damib.Birde hadiselerin inkişafi ve kamandamizin son oyunlarda ezmkarliqi buna subutdur.

Comments are closed.