…əvəzedici heyətə göndərildi
Son bir neçə ayda “Xəzər Lənkəran”la Adrian Pits arasında fikir ayrılığının yaşandığından xəbərdarsız. Rəhbərlik Con Toşakın fikrini əsas gətirərək, müqavilə ilə kluba məxsus olan futbolçunu heyətə yaxın buraxmır. Bu azmış kimi, rumın yarımmüdafiəçiyə son üç ayın maaşı da verilməyib. Ən maraqlısı isə komandaya lazım olmayan Pitsə hər dəfə “gözlə” deyilməsidi. Bütün bunlardan bezən futbolçu klubun Bakıdakı və İstanbuldakı ofislərinə son xəbərdarlıq məktubları göndərdiyini qəzetimizə açıqlamışdı. Bununla yanaşı, FİFA və UEFA-ya da üz tutacağını dilə gətirmişdi.
Son durumu öyrənmək üçün hazırda Bakıda olan Adrianla yenidən əlaqə saxladıq: “Bugün klubun ofisinə baş çəkdim. Digər rəsmilərlə söhbətdən sonra klub prezidenti Mais Mənsimovla görüşdüm. Mais bəy ona inanmağımı və keçmişdə baş verənləri unutmağımı istədi. Yaxın bir neçə gün ərzində futbolçular maaş alacaq. Həmin gün mən də üçaylıq məvacibimi almalıyam. Hər halda, Mənsimov söz verib və mən də ona inanıram. Bazar günü isə Lənkərana yollanıb, əvəzedici komandanın məşqlərinə qoşulacağam. Dünyanın hər yerində necədirsə, burda da həmçinin. Dekabra qədər əvəzedicilərlə məşq edəcəyəm, lazım olsa, meydana çıxacağam. Ancaq yanvarda rəhbərliklə yenidən söhbət etməliyəm. Əsas heyətdə oynamayacağamsa, “Xəzər Lənkəran”da qalmaq mənasızdı. Özləri mənə yeni iş yeri tapsınlar, karyeramı davam etdirim. Qısası, indi oktyabrın 25-dək gözləyirəm. Söz verildiyi kimi, pulumu versələr, qalacağam. Verməsələr, FİFA-nın qaydalarına görə avtomatik azad agentə çevrilirəm. Futbolçu üç ay maaşını almasa, deməli, azad agentdi. “Xəzər Lənkəran” isə bu gün də olmasa, bir neçə aydan, yaxud ildən sonra mənə çatmalı olan puldan da artığını FİFA-ya ödəyəcək”.
HƏBİB (“Futbol+” 19-20 oktyabr 2013)
1 thought on “Pits Mais Mənsimovla görüşdü və…”
Comments are closed.
İKİBAŞLI OYUNUN MƏNTİQİ NƏTİCƏSİ BELƏ DƏ OLMALIDIR. PİTS “XƏZƏR LƏNKƏRAN”A HƏLƏ ÇOX BAŞAĞRISI OLACAQ.