“Birinci dövrə yekunlaşarkən…” başlığı ilə dünən saytımızda bir yazı getmişdi. Bu yazıda birinci dövrədə bütün komandaların və əsasən də “Xəzər Lənkəran”ın çıxışına qiymət verilmişdi. Bəzi səbəblər göstərilmişdi. Mümkün və itirilən xallar haqqında analizlər aparılmışdı. O cümlədən birinci dövrənin 9 oyunla yekunlaşdığı və daha belə üç dövrənin bizi gözlədiyi və 27 matçda mümkün 81 xaldan daha səmərəli yararlanmaqla nəyə isə ümidin olduğu bildirilmişdi. Komandanın xüsusən yeni 3 transferindın sonra oyun üslubunda xeyli irəliləyişlərin olduğu göstərilmişdi.
Qış transfer pəncərəsindən daha səmərəli istifadə etməklə ən azı Etame Mbilla, Deyvid Sacconi səviyyəsində daha üç futbolçunun alınması sayəsində, komandada daha da güclənməyə doğru dönüşün olacağı bildirilmişdi. Bu yazının sonunda klub rəhbərliyinin, komandanın bərpasının 10 illik yubileyində bunu azarkeşlərə hədiyyə etməli olduğu vurğulanmışdı.
Yazı saytımızda yayımlandıqdan sonra digər bir azarkeş saytımız olan “12cioyuncu.info” saytında da dərc edilmişdi. Həmin saytın şərh bölümündəki bir neçə şərhdə komandanın pis vəziyyətdə olduğunu və bizim də yalan vədlər verdiyimizi və yaxud bunu “malaladığımızı” deyənlər tapılmışdı. Elə şərh bölümündə bu fikirlərə cavab vermişdik.
Onda matçdan videogörüntülər olmadığından biz də real olaraq nəyi isə ortaya qoyma imkanından yararlana bilməmişdik. Hesabın 1:1 olmasına görə isə yanılanlar bizə tənqidi yanaşma göstərmişdilər. Əvvəla bir şeyi dəqiq bilmədən onun haqqında fikir yürütməyin yanlış olduğunu çatdırmaq istərdik. Doğurdan da komandanın son oyunları, yeni transferlərlərin gəlişindən sonra xeyli dolğunlaşıb. Artıq futbol adına nəsə söyləmək və nəyəsə ümid etmək mümkündür. İndi uzun çalxalanmadan sonra komanda nəhayət özünə gəlib və tempi daha da artıraraq, davam etməlidir. Bir azarkeş kimi də hansı zaman, nəyi necə etməli olduğumuzu bilməliyik. Məhz biz də bu mövqedən yanaşırıq.
Lazımi anlarda ən kəskin fikirlərlə komandanı, rəhbərliyi və sair aidiyyəti üzrə sərt tənqiddən belə çəkinməmişik. Görüş zamanı bir stol arxasında oturub rəhbərliyi sərt şəkildə tənqid etmişik. Bunların nəticəsi olaraq komanda indi düz yoldaykən niyə tənqid etməliyik. Əgər düz yolda olanı tənqid edib həvəsdən salırsansa, onda qərəzli biri olduğun aydındır. Biz qərəzli biriləri deyilik. Komandadan da asılılığımız yox! Bizdə “Xəzər Lənkəran”a sevgi məsələsidir. İndi də komandanın başında başsız həris Biçər deyil ki, ya laqeyd Hüseynov da deyil. Komandanı sarsıtmaq istəyən, düz yoldaykən onu tənqid edərək ruhdan salmaqdır. Amma indiki vəziyyət tam başqadır.
Bir müddət əvvəllə indikini müqayisə etdikdə həvəssiz, meydanda nə etdiyini bilməyən, məğlubiyyətlərdən nəticə çıxara bilməyən, daxili ab-havası nizam-intizamdan çox uzaq, məqsədsiz bir komanda var idi. İndi əksinə olaraq komanda döyüşür, nizam-intizam var və gələbə ruhu ilə alışıb yanır. Belə olmasaydı bir oyunda bu qədər qol vəziyyətləri yarada bilməz, sağdan, soldan, mərkəzdən qurulan hücumlar təşkil edə bilməzdi. Tək bir qol vəziyyətlərinin dəyərləndirilməsi və başqa xırda məsələlər qalıb ki, onları da qaydaya salmaq mümkündür. Əsas odur ki, komanda böhrandan çıxıb, oyun oynayır.
Elşad adlı bir dostum var. Əvvəllər də “Xəzər” (Lənkəran) komandasında oynayıb. Lənkəranın “Xəzər” komandsının son yetirmələrindəndir və təbii ki, kifayət qədər futbol biliklərinə malikdir. Stadionda nə vaxt rastlaşırdiqsa, oyun bitəndən sonra adəti üzrə məndən soruşurdu ki, doktor, oyun xcoşuna gəldi? Mən də yaxşı oynamayıbsa komanda, lap elə qələbə qazanıb, deyirdim ki, yox,, xoşuma gəlmədilər! Və yaxud lazımi qədər yaxşı oynayıb, lakin qələbə qazana bilməyib, məğlub olubsa, eyni suala cavab olaraq deyirdim ki, bəli oyun xoşuma gəldi. Belə anlarda dostum Elşad həmişə deyər ki, nə olar qoy uduzaq, lap bir iki oyun da uduzaq, heç-heçə edək, heç nə olmaz. Əvəzində komanda oynadı, vuruşdu, can qoydu. Nə olsun ki, məğlub oldu. Belə gözəl oynayan komanda bizə lazımdır ki, belə oyunun gələcəyi var! Eyni fikirdə olurduq həmişə və yenə Elşad müəllimlə eyni fikirdəyik. “Komanda sözün əsl mənasında oyun göstərsin!” Belədə məğlubiyyətlər az-az görünən təsadüf olacaq ki, bu bütün dünyada belədir.
İndi nə qədər ki, videogörüntülər yox idi fikrimizi bəzi oxucular başa düşməkdə çətinlik çəkirdi. Sonradan komandanın rəsmi saytı da icmal xarakterli video paylaşdı ki, çoxlarına çox şey aydın oldu. Daimi izləyicimiz Zəfər Lerikli də oyundan çəkdiyi videogörüntüləri bizə göndərib ki, bu da deyilənlərə sübutdur. Zəfər bəyə təşəkkür edirik həm bu videolara görə, həm də komandasına ürəkdən bağlı olduğuna görə.
Mirhafiz Babayev
6 thoughts on “Videogörüntülər yayımlanarkən…”
Comments are closed.
Axşamınız xeyir Doktor! Məqalədə toxunduğunuz məqamlarla mən də Elşad müəllim kimi tam razıyam və saytda öz fikrimi bildirmişəm.Sizdən soruşmaq istədiyim Elşad müəllim haqdadır. Əgər yazıda qeyd etdiyiniz “Xəzər”(Lənkəran) komandasının keçmiş ən güclü yerli oyunçularından biri olmuş Elşad Rzayevdirsə, Elşad müəllim futbola baxışında heç vaxt yanılmır. 1987-1993 cü illərdə mənimlə Lənkəran kondensator zavodunda idman metodisti işləyib, həm də qonşuyuq. Demək olar ki, komandamızın əksər oyunlarını onunla təhlil edirik. Onun fikirləri əksər hallarda məni qane edir.
*****
Elşad Rzayev və Dadaşa böyük hörmətimiz var. Salam göndəririk sizin vasitənizlə. Amma mən dediyim Elşad Qurbanovdur. Ata evlə
ri “Türmə”nin yanında yerləşir. Bu futbolçular nəsli, Elşad Rzayev futbol nəslindən bir qədər cavan, yəni onlar bitirərkən, bunlar başlayanlardır.
Insaf namine duzunu qeyd etmek lazimdir.Xezer -Lenkeranin son oyunlari goz oxşayir.Bunu stadionda canli oyunu izleyen ve oz vicdani qarşisinda her bir azarkeş tesdiqleye biler ki, oynun 80 faizi tamaşacilarin alqişi ile kecdi.Bir-birini evez eden qol epizodlari defelerle azarkeşleri ayaq uste alqişlamaqa mecbur etdi.Unutmayaq ki,kamanda yehudilere aqir meqlubiyyeden sonra bele oyun gorsede bilmirdi.Son transferler kamandani cox guclendirib.Menim şexsi fikrime gore, kamandaya Svetkov ve ilk gelişinde formada olan Parks kimi oyuncular almaq lazimdir.Eger hucumda bele oyuncular alinsa,inanin ki,Xezer meydanda xariqeler yaradar.Her şey onda mehfe mehkum olur ki,umid olmur.Son oyunlar subut edir ki ,artiq qigilcimin alova donmesine sayili gunler qalib.Buna inanin!-Bu tezlikle baş verecekdir.En guclu saydiqiniz kamanda ele bizlerin gozu onunde başiaşaqi meydani terk edecekler.Sadece bu realliqdir.
Butun bunlarla yanaşi kamandada catişmayan cehetler baredede oz fikrimi kifayet qeder yazmişam.
*****
Zəfər bəy, yazıda da deyildiyi kimi komandada hələ çatışmayan cəhətlər yox deyil. Amma bu o demək deyil ki, düz yola qədəm qoymuş komandanı haqsız tənqidlərlə ruhdan salasan. Hər şeyi olduğu kimi demək lazımdır ki, siz də məsələyə bu konteksdən yanaşmısız.
Men Sizlernen tam raziyam.Stadiondada azarkeşler arasinda fikir muxtelifliyi hiss olunurdu.Buda mentiqle duzdu.Cunki muxtelif fikirler axirda realliqi tam uze cixardir.Teşekkur edirem!
Çox təəsüf, Rednikin yeni komandası evdə məğlub oldu. GENT-GENK 1-2
*****
Rednikin hazırki komandası çox zəif təsir bağışladı. Görünür bu heyətlə çox çalışmaq lazımdır.
Tamamiylə doğru deyirsiz. Oyunu tam izlədim. Əsasən ötürmələrdə çoxlu səhvlər var idi. Birdəki, məncə cinahlardan kəskin hücumlar qura bilmədiklərinə görəm məğlubiyyət qacılmaz oldu. Hətta hərdən mənə elə gəlirdiki, komandamız hücum qurmaqda “Gent”dən üstündür. Rednikin komandası baxmayaraq ki, evdə oynayırdı zəif təsir bağışladı.