– Sonuncu dəfə “Fənərbaxça” ilə yoxlama görüşündə meydanda olmuşdunuz. “Rəvan”la qarşılaşmada “Xəzər Lənkəran”da ilk rəsmi matçınıza çıxdınız. Təəssüratlar necədir?
– Hər bir futbolçu meydanda olarkən özünü yaxşı hiss edir. Əvvəl-axır hansısa bir matçda oynayacaqdım ki, bu da “Rəvan”la matça təsadüf etdi. Ancaq çox təəssüf ki, debüt matçımda komandam yenə qələbə qazana bilmədi. Çalışdım ki, 3 xal qazanmaqda mənim də rolum olsun.
– Debütünüzün belə uzun – 8 turluq fasilədən sonra baş tutacağı heç ağlınıza gələrdimi?
– Bizim işimiz yaxşı hazırlaşmaq və hər an oyuna hazır olmaqdır. Oyunçuları isə meydana buraxan məşqçidir. Biz meydana çıxmaq üçün zamanımızı gözləməliyik. Yenə mənə şans verilsə, “Xəzər Lənkəran” üçün əlimdən gələni edərəm.
– Çıxışınızı necə dəyərləndirirsiniz?
– Buna azarkeşlər cavab versə, yaxşı olar.
– “Rəvan”la oyun haqqında nə deyə bilərsiniz?
– Matçın əvvəlindən sonuna kimi topa nəzarət etdik. Rəqibdən çox üstün oynadıq. Ancaq təəssüf ki, top “Rəvan”ın qapısına girmək istəmədi. Səviyyəli futbolçularımız var. Ancaq bəxtsizlikdən onlar da rəqibə qol vura bilmirdi. Düşünürəm ki, zamanı gələcək, bu problem də aradan qalxacaq.
– Komandanız cari mövsüm qeyri-sabit qrafik cızır. Qələbə qazana bilməməyinizi yalnız bəxtsizlikdə görürsünüz?
– Futbolçular həmişə bir yerə yığılanda bu haqda söhbət edirik. Müzakirə etməklə bunun səbəblərini öyrənməyə çalışırıq. Qeydə alınan nəticələr də komandada sabitliyin çatışmadığını göstərir. Milli komandaların oyunları ilə əlaqədar olaraq 2 həftəlik fasilə olacaq. Bu müddətdə də çalışacağıq ki, həmin problemi yoluna qoyaq.
Səbuhi TOFİQOĞLU
Apasport.az
3 thoughts on “Duqlas Leyte: "Həmin problemi də yolyna qoyacağıq"”
Comments are closed.
“Xəzər Lənkəran”lıları Salamlayıram! Keçirilmiş son oyunlarda əlbətdəki komandamızın yüksələn xətt üzrə getməsi gözlə görünən dərəcədədir. Bütün xəttlər üzrə əlaqələr, oyunun sürəti, yaradılan çoxlu qol imkanları qənaətbəxşdir. Çatışmayan cəhət yalnız qolların vurulmamasıdır. Buda bizə lazım olan əsas amildir. Yaranmış qol imkanlarının havaya sovrulması hesabına itirilmiş xallar qazanılmış xallardan az qala iki dəfə çoxdur. Duqlas Leyte müsahibəsində bizi ümid edir ki, yaranmış fasilədən istifadə edib qol vura bilməmək problemini yoluna qoyacaqlar.Bizim də komandadan istəyimiz elə odur da…
Herden fikirleşirem ki ,falci Umbulnise nenenin yanina gedim.Her halda fala inanmasamda, televiziya kanallarinda cox populyar adamlar faldan danişirlar.Az qala qol vura bilmemeyimizi tilsimle,caduyla elaqelendirenlerde tapilmaq uzredir.Toşakin mocuze adlandirdiqi bu olaylardan sonra mence Umbilnise neneye yene ehtiyac var.Goresen falciya gedim,hucumcu gelmeyini gozleyim yoxsa Toşak kimi duşunum!?
*****
Mənə elə gəlir ki, falçı Ümbülnisə nənə elə fala baxmağıynan günah etmiş olur. Onun da toruna ya səbirsiz, ya da avam adamlar düşür. Uca Allahin insanlara tövsiyyə etdiyi səbr adlı bir anlayış var. Səbr həmişə qalib gəlir. Məhz düzgün tətbiq olunursa. Allahın tövsiyyəsi, yəqin ki, Ümbülnisə nənənin falından yaxşı olar!
Ne qeder deyisede yene oz dediyinden donmeyenler fala ustunluk verirler.Elbette Cenabi-Haqqin yaninda Umbilnise nenenin fali ne karedir ki?.Cox fikirleri bezen Umbilnise nenenin fali ile demek rahat olur e…mene dediki, klub deyirsen,kamanda deyirsen ay bala,qoca adamam,bele şeyleri anlamiram. Bildi ki, el ceken deyilem-daha gelmisen,qoy fala baxim dedi.Onun dediklerinin hamsini deye bilmerem amma bir kelmesini mutleq demeliyem:Bala!-PFL deyirler,ne deyirler ,bilmirem.Oranin boyuyunede agah olub ki,kamandaniz mukafatcilar sirasina daxil olar.Demeli oda bunu hiss edibse, qalanlara fikir vermek lazim deyil.