16 Yaşlı Nəhəng

21 Oktyabr 2013-ci il müstəqil Azərbaycanın ilk müstəqil idman nəşrlərindən olan “Futbol+” qəzetinin təsis edilməsindən və ilk sayının işıq üzü görməsindən 16 il ötür. Əvvəllər, sovet dönəmində idman ictimaiyyətini Azərbaycan dilində məlumatlandıran sovet Azərbaycanının yeganə nəşri “Идман” qəzeti idisə, yeni dövrə ölkədə öz xüsusi yanaşma tərzi ilə “Futbol+” qəzeti öz möhürünü vurdu. Doğurdan da elektrotexnikanın və davamı kimi internet xidmətinin belə bir inkişaf səviyyəsinə çatdığı bir dövrdə bir qəzet nəşrinin informasiya aktuallığını necə saxlaya bildiyi, sözün əsl mənasında təəccüb doğurur. Bu qəzetlə bərabər və ondan sonrakı dövrlərdə də neçə-neçə belə idman nəşrləri fəaliyyətə başlasa da onların çoxunun ömrü qısa oldu. Lakin “Futbol+” qəzeti artıq bu gün 16 ildir ki, nəşr olunur və oxucuların çox intizarla gözlədiyi növbəti sayını onların ixtiyarına həvəslə təqdim edir.
“Futbol+” qəzetinin bir çox özəllikləri də var ki, bunların biri elə onların idmanda baş verənlərə obyektiv yanaşma tərzidir. Müxtəlif fikirlilik kimi əsl demokratik yol seçən bu qəzetin sevilmə səbəblərindən biri də onun hər hansı məsələdə qarşı tərəflərin hamısına eyni tribuna yaratma ustalığıdır. Müxtəlif araşdırmalarla əsl həqiqəti ortaya çıxarmaq bacarığı bu qəzetin ömrünü uzatdıqca,  uzadacaq deyə bilərik.
Bir çox üstünlüklərindən biri də onun azarkeş mövqeyinə ciddi önəm verməsidir ki, bunun da əsasını elə bu qəzet qoyub ki, bu gün də bu işi lazımi səviyyədə davam etdirməkdədir.
Bu 16 ildə gözəl və peşəkar kadrları bir “Futbol+” ailəsində toplamaq və yetişdirməklə, əsl peşəkarlıq nümunəsi göstərən bu qəzetin, oxucular tərəfindən niyə belə sevilməsinin səbəbi hamıya aydındır.
Biz “Bosman” fanklubu olaraq bu qəzeti həqiqətən də yüksək dəyərləndirir, qəzetin kollektivinə can sağlığı, uzun ömür, həmişəki kimi peşəkarlıqda və sağlam ruhda davam etmələrini arzu edirik. Məhz bunun nəticəsi olan “Fdutbol+” qəzetinin növbəti saylarını həvəslə gözləməkdə davam edirik.
Bir daha 16 yaşın mübarək olsun “Futbol+”!
Fut+ koll-1fut+ koll-2fut+ koll-3fut+ koll-5
 
Hörmətlə:   “Bosman” fanklubu və “Bosman.az” Redaksiyası      22 Oktyabr 2013 

1 thought on “16 Yaşlı Nəhəng”

  1. Mən də nəşrə başladığı vaxtdan mütəmadi izlədiyim “FUTBOL+” qəzetinin kollektivini təbrik edir və qəzetdə çalışan peşəkar jurnalistlərə demək istəyirəm ki, həmişə sükanı belə saxlayın. Yaşınız uzunömürlü olsun!

Comments are closed.