Topaz Premyer Liqasının VI turunun “Bakı” ilə oyunundakı 2:1 hesablı qələbə “Xəzər Lənkəran” üçün tarixi əhəmiyyət kəsb edib. Belə ki, “ağ-yaşıllar” yarandığı 2004-cü ildən indiyədək öz meydanını 100-cü dəfə qalib kimi tərk edib.
2004-cü ildə əsası qoyulan komandamız bu matçadək 9 il ərzində 99 ev qələbəsi əldə etmişdi. Etame Mbillanın dublu ilə qazanılan 2:1 hesablı zəfər bu siyahıda 100-cü, yubiley qələbəsi oldu.
“Xəzər Lənkəran” 100-cü qələbəsini 171-ci matçında bayram edib. 51 heç-heçə və cəmi 20 məğlubiyyəti olan komandamız öz meydanında 304 top vurub və 105-ni buraxıb.
100 ev qələbəsindən yalnız biri avrokuboklarda qeydə alındığı halda, 80 dəfə Azərbaycan Premyer Liqası, 19 dəfə kubok çərçivəsində qonaq komandalar məğlub edilib.
Qələbələrdən 74-ü Lənkəran şəhər stadionunda əldə olunub. Bundan başqa komandamız 14 dəfə Lənkəran Olimpiya İdman Kompleksi, 5 dəfə Mehdi Hüseynzadə adına Sumqayıt, 3 dəfə Tofiq İsmayılov adına Suraxanı qəsəbə, 2 dəfə Cəlilabad, 2 dəfə “Şəfa” və ADBTİA stadionunda qələbə qazanıb.
1-ci. 12.08.2004 “Şəfa” 2:1
50-ci. 30.10.2008 NBC 3:0
100-cü. 14.09.2013 “Bakı” 2:1
Bunadək son 3 ev oyununda qələbə qazana bilməyən komandamız Maltanın “Sliyema Uonderers” klubu ilə Avropa Liqasının I təsnifat mərhələsinin iyulun 11-dəki qarşılaşmasından sonra 65 gün idi 100-cü qələbəni təxirə salırdı. Həmin 1:0 hesablı qələbədən sonra “Xəzər Lənkəran” ümumilikdə 7 matç idi qalib gəlmirdi. Bunların 3-ü evdə, 4-ü səfərdə qeydə alınmışdı. 2 avrokubok və 5 çempionat matçındakı qələbəsizliyə 100-cü ev uğuru ilə son qoyuldu.
Mənbə: lankaranfc.com
tebrikler
Hər vaxtınız xeyir! Dünən TV kanallarında yayımlanan futbol icmalı verilişləri bizim Yüzüncü ev qələbəmizə kölgə salmağa cəhd göstərərək nə qapımıza vurulan qanunsuz qoldan nə də oyunçularımıza qarşı edilən çoxsaylı kobudluqlardan bir kəlmə belə söz açmadılar. Hətta vura bilmədiyimiz 11-metrlik cərimə zərbəsini hakim səhvi kimi tamaşaçılara sırımağa çalışdılar. Admin qardaş, “Xəzər Lənkəran” yaranandan bugünə qədər əksər idman yazarları, ayrı-ayrı futbol mütəxəsisləri, hətta idman verilişi aparıcıları, futbol diktorları az qala komandamıza qənim kəsiliblər. Mən başa düşə bilmirəm ki, niyə həmişə bizim haqqımız yeyilir. İstər oyunu idarə edən hakim olsun, istərsədə futbol icmalçısı olsun fərq etməz, Haqqımız yeyilir…
admin xezer azal oyununa harda baxaq?
*****
Oyuna bir-iki gün qalmış məlumat olacaq.