8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Bütün Xanımları təbrik edir, onlara can sağlığı, arzuladıqları xoşbəxtlikləri yaşayacaqları uzun ömür ərzində Allahdan nəsib almalarını arzu edirik. Qadınlar incə məxluq yaradıldığından, biz kişilərin də onlarla daim incə rəftarımızı, sevgimizi və ən müqəddəs ANA kəlmələrinə layiq hörmətlə yanaşacağımızı, əsl kişilər adından boynumuzun borcu olduğunu bir daha xatırlayaraq, təbrik edirik!
“Bosman” Fanklubu 08. 03. 2015
Həmçinin bu bayramla əlaqədar tarixi xatırlatma və qadınlara aid digər bayramlar haqqında aşağıda məlumat verməyi özümüzə borc bilirik:
8 Mart – Beynəlxalq Qadınlar Günü
Beynəlxalq Qadınlar Günü — Hər il 8 mart tarixində qeyd olunan beynəlxalq bayramdır.
8 mart – ənənəyə görə bu gün qadınlar əks cinsin nümayəndələrindən diqqət, gül və hədiyyə gözləyirlər. 8 mart postsovet respublikalarında, habelə Anqola,Burkina-Faso, Qvineya-Bisau, Kamboca, Çin, Konqo, Laos, Makedoniya, Monqolustan, Nepal, Şimali Koreya və Uqandada qeyri-iş günü sayılır. BMT də 8 martı beynəlxalq qadınlar günü kimi tanıyıb.
Tarixi
Qadınların kişilərlə bərabər hüquqlu olmaq uğrunda apardığı mübarizənin təmsili başlanğıcı olaraq, 8 Mart 1857 -ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə e`tiraz olaraq tə`til etməsi qəbul edilir. Lakin polis aksiyanın uzun sürməsinə izin verməyərək nümayişi dağıtdı.
1908-ci il Nyu-Yorkda 15000 qadın, daha qısa çalışma saatı, daha yaxşı gəlir və səs vermə hüququ üçün nümayiş keçirdi. Nümayişdə ayrıca ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı ” Çörək və Gül ” idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha rifah həyat tərzini ifadə edirdi.
1909-cu ildə isə Avropadaki qadınlar, fevral ayının son bazar gününü, fevralın 28-ni ilk qadın günü olaraq keçirdi.
1910-cu ildə 1857-ci il hadisələrdən 52 il sonra Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasyonalının qurultayında 1857-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq Klara Setkin adlı bir alman sosialist qadını, Amerikada 8 martda yandırılaraq öldürülən 129 qadın işçinin xatirəsinə hər il 8 mart gününü Dünya Qadınlar Günü olmasını təklif etdi və bu təklifi qəbul edildi.
Bəzi tarixçilərin fikrincə, 8 martın təqvimə qırmızı rəqəmlərlə düşməsinin səbəblərini bilmək üçün 1910-cu ildə həmin günün bayram kimi qeyd olunması təşəbbüsünü irəli sürmüş Klara Setkininşəxsiyyətinə, xüsusən onun milli mənsubiyyətinə nəzər salmaq lazımdır. Yəhudi Klara Setkinin təklif etdiyi 8 Mart günü 1910-cu ildə yəhudilərin Purim bayramı ilə üst-üstə düşürdü (yəhudi təqvimində Purim bayramının yeri dəyişir). Purim bayramı isə yəhudilərdə qadın ağlı, eyni zamanda bu millətin özünümüdafiə haqlarını simvolizə edir.
Bibliya rəvayətlərinə görə, miladdan əvvəl 480-ci ildə yəhudilərin Babil əsarətindən qurtulmasından sonra arzu edənlərin Qüdsə qayıtmasına icazə verilib. Amma “özünü tutmuş” yəhudilər bunun üçün tələsmirdilər. Bu vəziyyət iranlıları getdikcə daha çox narahat etməyə başlayırdı. İran ordusunun baş komandanı Aman İran şahı Kserksin yanına gedərək vəziyyəti ona danışır. Kserks isə bütün yəhudiləri qırmağı qərara alır. Kserksin arvadı, özünün yəhudi olduğunu hamıdan gizli saxlayan Esfir ərinin qəbul etdiyi qərarı dəyişdirməyə nail olur. Nəticədə İran şahının çıxardığı qərarda yəhudilərin deyil, onların düşmənlərinin öldürülməsi nəzərdə tutulur. Tezliklə yəhudilər antisemit iranlıları darmadağın edərək Amanın qulağını kəsirlər. Yeri gəlmişkən, indiyədək yəhudilər Purim bayramında Amanın qulağını rəmzləşdirən üçbucaq şirniyyat növü bişirirlər. Çox güman ki, Klara Setkinin təklifinin əsasında şəxsi maraqlar durub. İnqilabi hərəkatın da öz bayramlarının olması istəyi aydındır. Məsləkdaşlarını həvəsləndirmək, fəhlə kişilərlə yanaşı, qadınları da mübarizəyə qatmaq ağıllı və effektli ideya idi.
1911-ci ildə Kophenagen qərarından sonra ilk dəfə olaraq 19 martda Avstriya, Danimarka, Almaniya və İsveçrə də bu bayram qeyd edilmişdir.
1917-ci ildə Çar Rusiyasında qadınlar, pis həyat tərzinə qarşı ” çörək və sülh ” adlı nümayiş keçirdilər. 8 mart günü olan bu tətil, daha sonra digər Avropa ölkələrində də qeyd edilməyə başlandı.
1975-ci il dünya qadınları üçün xüsusi əhəmiyyət daşıyır. Məhz bu il, Beynəlxalq Qadınlar ili olaraq tarixə düşdü. Həmin ilin beynəlxalq qadın ili e`lan edilməsindən sonra BMT-də 1975-ci ilin 8 martını ilk dəfə Beynəlxalq Qadınlar Günü olaraq keçirildi. İki il sonra 1977-ci ildə isə nəhayət Birləşmiş Millətlər Təşkilatının Ümumi Qurultayında 8 mart, qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edildi.
Beynəlxalq Qadınlar Günü eyni zamanda qadın hüquqlarının genişləndirilməsinin və bu günkü qadının daha azad olmasının tarixi səbəblərinin xatırlanması üçün də xüsusi gündür.
Bütün bunları nəzərə alaraq, demək olar ki, 8 Mart, sadəcə, qadınlar günü yox, qadın-inqilabçılar günüdür.
Beynəlxalq Qadınlar Günü Azərbaycanda
Bayramınız mübarək !
8 Mart Sovet İttifaqından qalma bayram olsa da, Azərbaycanda indiyədək qeyd edilir. Ədalət naminə demək lazımdır ki, qadınların kütləvi şəkildə savadlanması, müəyyən hüquqlara malik olması həmin dövrə təsadüf edir. Bəlkə də buna görədir ki, 8 Mart digər sosializm mənşəli bayramlardan fərqli olaraq, artıq müstəqillik qazanmış keçmiş SSRİ respublikalarının təqvimindən bu günə qədər silinməyib.
1998-ci ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. 1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.
Səhiyyədə çalışanların 70, təhsil işçilərinin isə 69 faizi qadınlardan ibarətdir. Respublikanın 85 rayonundan 2-nin icra başçısı, 22-nin isə icra başçısının müavinlərindən biri, Milli Məclis üzvlərinin 13-ü, iki komitə sədri, ombudsman, iki nazir müavini qadındır. Ali və apellyasiya məhkəmələrinin sədrləri də yaxın keçmişimizdə zərif cinsin nümayəndəsi olub.
Analar günü
Amma dünyanın bir çox ölkələrində müxtəlif vaxtlarda qeyd olunan Analar günü bayramı var. Avstraliya, Belçika, Danimarka, İtaliya, Türkiyə, Finlandiya, ABŞ və Yaponiyada Analar günü mayın ikinci bazar gününə düşür. Hindistanda oktyabrın əvvəllərində on əli olan Durqa adlı ana-ilahənin şərəfinə on günlük Durqa Puca bayramı keçirilir. İspaniya və Portuqaliyada anaları dekabrın 8-də, Fransa və İsveçdə isə mayın sonuncu bazar günündə təbrik edirlər. Amma analar günü ən orijinal şəkildə Serbiyada qeyd edilir. Miladdan 2 həftə əvvəl qeyd olunan həmin bayram günündə sübh tezdən uşaqlar analarının yatağına yaxınlaşıb onu çarpayıya bağlayırlar. Ana əsirlikdən qurtulmaq üçün bir gün əvvəldən balışının altında hazır qoyduğu hədiyyələri balaca “quldurlar”a verməli olur. 8 Martın beynəlxalq qadınlar günü elan edilməsi haqda qərar 1910-cu ildə, sosialist qadınların Konpenhagendə keçirilən ikinci beynəlxalq konfransında qəbul edilib. Bayram ilk dəfə 1911-ci ildə ABŞ-da və bir sıra Avropa ölkələrində qeyd olunub. 8 mart 1966-cı ildə SSRİ rəhbəri Leonid Brejnevin sərəncamı ilə qeyri-iş günü və dövlət səviyyəli bayram elan edilib.