Əvəzedicilərimiz səfərdən bir xalla döndü

Sabah “Rəvan” komandası doğma klubumuz “Xəzər Lənkəran”ı qəbul edəcək. Bu gün isə bu komandaların əvəzedici heyətləri, əsas komandaların görüşəcəyi “Bayıl Arena” stadionunda qarşılaşıblar. XXV  tura təsadüf edən bu qarşılaşmanı baş hakim Yusif Hüseynov, laysmanlar Vüsal Qənbərov və Elnur Ağayev, o cümlədən, dördüncü hakim Səbuhi Bayramov idarə ediblər. Qarşılaşma adıçəkilən məkanda, saat 13:00-da start götürüb. Oyun boyu hər iki komandanın çox çalışmasına baxmayaraq nə “Xəzər Lənkəran”ın, nə də “Rəvan”ın gəncləri rəqib qapısına yol tapa bilməyiblər. Beləliklə XXV turdan gənclərimiz bir xalla ayrılmalı olublar. XXV turdan sonra əvəzedicilərin turnir cədvəlindəki vəziyyəti nəzərinizə çatdırırıq. Xatırladaq ki, bəzi komandaların əvəzediciləri, oyunlarını sabah keçirəcəklər. Hal hazırda turnir cədvəlində “Xəzər Lənkəran” dördüncü yerdə qərarlaşıb və turnir cədvəlinin ümumi vəziyyəti belədir. Cədvəli daha aydın nəzərdən keçirmək üçün, üstünə klik edin.
Evezediciler_XXV_tur
 
 

2 thoughts on “Əvəzedicilərimiz səfərdən bir xalla döndü”

  1. Sabah iki turk məşqcilərin ilk dueli baş verəcək və kamandamiz qalib gələcək.Kamandamizin uğurlu seriyalari başlayacaq.Buna cox inaniram.

  2. Salam, Mirhafiz müəllim! Məndə bir ümid var ki, komaandamız sabah baxımlı oyun göstərib qalib gələcək.
    *****
    Qabil bəy, sözün düzü bizdə də buna inam çoxdur.

Comments are closed.