Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən Azərbaycan çempionatının XXVIII tur oyunları baş tutub. “Xəzər Lənkəran”lı gənclər “Neftçi” klubunun əvəzedicilərinin qonağı olublar. “Bayıl Arena” stadionunda hakimlər – Sərxan İsmayılov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Xəlil Xəlilovun idarəçiliyində saat 14:00-da start götürən qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə bitib. Matçın 12-dəqiqəsində qapımıza vurulan bircə qol görüşün taleyini həll edib.
“Neftçi” – “Xəzər Lənkəran” 1:0
Mənbə: “12cioyuncu.info”