Əvəzedicilərimiz II dövrəni qələbə ilə IV pillədə başa vurdu

XVIII 2013-cü ilin son turudur. Bu həm Premyer Liqada çıxış edən klubların, həm də onların əvəzedici heyətlərinin II dövrəni başa vurması deməkdir. Bundan sonra isə qış fasiləsi başlayır ki, komandamız bu turdan sonra istirahətə buraxılacaq. 2014-cü ilin Yanvar ayının 3-də Türkiyədə təlim-məşq toplanışı başlayır. XVIII turun əvəzedicilər arasında keçirilən  oyunları baş tutub ki, bu turda “Xəzər Lənkəran”lı gənclər evdə “Sumqayıt” klubunun əvəzedicilərini qəbul ediblər. Bu oyun Lənkəran şəhər stadionunun ehtiyat meydançasında keçirilib. Saat 14:00-da start götürən qarşılaşmanı idarə edən hakimlər briqadası bu tərkibdə olub: Hakimlər: Etibar Həsənov, Zöhrab Abbasov, Maya Nəbiyeva, Fəridə Lütfəliyeva. Göründüyü kimi ölkəmizdə qadın hakimlər də artıq oyunlara təyinat alır. Bu həm də bir oyunda iki qadın hakimə etibar etmək deməkdir.
Oyuna gəlincə, Əvəzedicilərimiz ikinci dövrənin son matçında 3-xal qazanmaq üçün mübarizə aparırdılar. Meydanda üstün olan tərəf kimi “Xəzər Lənkəran”ın əvəzediciləri daha fəal mübarizəyə qoşulmuşdular. Bunun nəticəsi olaraq, final fitinə qədər komandamız qonaqların qapısından 4 top keçirə bilmişdilər. Özü də gənclərimiz qapılarını toxunulmaz saxlaya biliblər. Topları qonaq komandanın qapısından Anar Babazadə 47 və 58-ci dəqiqələrdə keçirməklə dubl edib. Anar Babazadənin dublu rəsmiləşdirməzdən əvvəl 52-ci dəqiqədə Əli Əliyev qonaqların qapısının torunu silkələyib. Son nöqtəni isə 79-cu dəqiqədə başqa bir istedadlı futbolçumuz Elvin Mirzəyev qoyub. Onu da deyək ki, Elvin Mirzəyev müdafiəçi olmasına baxmayaraq son bir neçə oyunda fərqlənməyi bacarır.
“Xəzər Lənkəran”ın əvəzedici heyəti, ilin son matçında qazandığı bu qələbə ilə 3-cü dövrəyə  30-xalla turnir cədvəlinin 4-cü pilləsindən başlayacaq..
Evezediciler 18-tur

4 thoughts on “Əvəzedicilərimiz II dövrəni qələbə ilə IV pillədə başa vurdu”

  1. Salam, Mirhafiz müəllim! Biz əvəzedici komandanın hər bir gənc oyunçusunu yaxın illərdə “Xəzər Lənkəran”ın əsas heyətində görə bilərik. Mən onların Lənkərandakı oyunlarının daimi izləyicisi kimi bunu əminliklə deyirəm. Mudafiəçi Elvin Mirzəyevi( Kaladze) xüsusiylə qeyd etmək istəyirəm. Elvin çox ürəklə oynayan futbolçudur.Baxmayaraq Elvinin ampulası müdafiəçidir amma, oyun ərzində həm yarımmüdafiyəyə həm də hücuma köməklik göctərir və nəticə göz qabağındadır.
    *****
    Salam, Qabil bəy! Sizinlə razıyam və gənclərimizin belə səviyyədə yetişməsi mənə çox fəxarət hissi verir. Elvin Mirzəyevi şəxsən tanıdığım üçün və çox tərbiyəli bir gənc olduğunu bilirəm. Şəxsən mən onun futbolçu kimi yetişməsində, mənim tövsiyyələrimi həmişə necə diqqətlə dinlədiyini və oyununa tətbiq etdiyinin şahidi olmuşam.

  2. Salam muəllim,necəsiniz?.-Bu gun kamandamizin Sumqayitla oynu mənə cox təsir etdi.Kamandamizin ikinci hissədə sərgilədiyi oyun butun əsəblərimi pozdu.Mən hec anlamiram-bu futbolculara nə olub!?-Mən bu kamandada bəzi oyunculari bir dəqiqə saxlamaram….məgər yenə Nildo və Benahunu “gunahkar” cixartmaliyiq.Klub artiq hərəkətə kecməlidir…..yoxsa 3-cu dövrəni təsəvvur etmək belə mənə cox cətindir.
    *****
    İnanın ki, oyuna baxa bilmədim. Dostumun atasını çox ağır vəziyyətdə, ürək çatmamazlığı ilə Bakıya çatdırdılar. Onun xəstəxanaya yerləşdirilməsi və əməliyyar olunması məsələlərini yoluna qoymalı olduğumuzdan sevimli komandamızın oyununa baxa bilmədim.Təbii ki, baxmadığım oyuna münasibət də bildirə bilməzdim. Amma hesabdan və qolların vurulma ardıcıllığından hiss olunur ki, komanda irəli çıxdıqdan sonra arxayınlaşma olub. Yaxşı ki, qələbəni əldən verməyiblər. Bu vəziyyət özü Mustafa bəyə yeni heyət qurmaqda kömək etməlidir məncə. İrəlidəki günlər nə dərəcədə düşündüyümüz kimi olacağını göstərəcək.

    • Muəllim!-İnşallah duşunurəm ki,səhhətinizdə problem olmasin.Saytda yazilarinizin yeri görunur …..
      *****
      Allah razı olsun. Səhhətimdə problem yoxdur. Sadəcə, şəxsi işlərlə əlaqədar gərginlik var deyə, bir az saytda fasilələr olur.

  3. Xeyirli axşamlar,saytda xoş gördük Sizi Mirhafiz müəllim! “Sumqayıt”la oyun haqqında fikirləriniz doğrudur. Birinci hissədə üç, ikinci hissənin əvvəlində bir qol vuran komandamız üstəlik bir xeyli qol imkanlarını da sağa-sola xərclədikdən sonra oyunçularda boşalmalar oldu. Rəqib də fürsətdən istıfadə edib (hesab 4-1olarkən) iki qol vurdu. Nəticədə on ilə “Xəzər Lənkəran”ın qapısına cəmi on top vuran “Sumqayıt”lılar qapımıza bir oyunda üç top vurdular. Bu amil özü komandamız üçün bağışlanmazdır. Onsuz da 2013-cü il komandamız üçün antirekordlar ili kimi yadda qaldı. “Sumqayıt”in “Fırtınalar meydanı”nda üç top vurması da bir antirekorddur.
    *****
    Fikirləriniz çox doğru və dəyərlidir, Qabil bəy!

Comments are closed.