Əti, qanı futbolla yoğrulmuş oğlan…

Son onilliyin ən dahi futbolçularından bəlkə də birincisi olan argentinalı futbolçu Lionel Messini kim tanımır ki? Bu bəstəboy oğlanın futbolda yaratdığı möcüzələrlə çoxlarımız tanışıq. Gah on nəfəri aldadaraq qol vuran, gah ən cəld və sürətlə bir çox ziqzaqvari hərəkətin sonrası qapıçını da arxada qoyub zavallı torla təkbətək qalaraq onu özünəməxsus şəkildə silkələyən, gah heç kimin bacarmadığı yapon möcüzəsi robot qapıçıya da qol vura bilən bu əsrarəngiz futbolçunun sanki əti-qanı elə futbolla yoğrulub. Təqdim etdiyimiz daha bir möcüzəsi də qapı xəttindən bir neçə metr arxada qalıb, topu qapı önünə atmaqla möcüzəli şəkildə hərlədərək qapıdan keçirməkdir. Aşağıdakı videogörüntüdə siz də bunun şahidi ola bilərsiniz.

5 thoughts on “Əti, qanı futbolla yoğrulmuş oğlan…”

  1. Topaz Premyer Liqasında dekabr ayında vurulmuş ən gözəl qol hansıdır?
    Con Oluremi (AZAL) (1404 səs, 56%)
    Etame Mbilla (Xəzər Lənkəran) (1003 səs, 40%)
    Daniel Subotiç (Qəbələ) (58 səs, 2%)
    Mahir Şükürov (Neftçi) (49 səs, 2%)
    Abdulla Abatsiyev (İnter) (13 səs, 1%)
    Nəticə: 2527 səs
    Arxiv ses verin mbillaya

  2. Hər vaxtınız xeyir, Mirhafiz müəllim! Leonel Messi haqqında onu deyə bilərəm ki, zənnimcə 21-ci əsrdə Dünya futboluna onun kimi ikinci bir futbolçu gəlməyəcək. Əgər keçən əsrdə futbol kralı Peleylə yanaşı Maradonanın adı qoşa çəkilirdisə bi yüzillikdə Messinin adı tək çəkiləcək. Saysız-hesabsız titulların və əlçatmaz rekordların sahibi olan Messi bircə Dünya çempionu titulunu qazanmayıb. Bundan sonra qalan futbolçu ömründə Dünya çempionu olmasa belə bu heç nəyi dəyişmir. Müazir futbolda Messi sehrbazlığının analoqu yoxdur və olmayacaq da.

  3. Messi haqda cox danişmaq olar.Onun bir musahibəsini oxumuşdum.Musahibəsində qeyd etmişdi ki, top məndə olanda qarşimdaki futbolcudan bir an belə cəld tərpənirəm.Rəqibin fikirləşdiyini bir an mən tez fikirləşirəm.Bunun sayəsində cox vaxt qalib gəlirəm.Topun firlanan halda və dayandiği vaxt elə nöqtəsi yoxdur ki, zərbə təsirinin reaksiyalarinin nəticələri ilə taniş olmayim.Bunun ucun istək və zəhmətsevərlik lazimdir.Fərdi calişmağimdan zovq aliram və həmişə nəsə yenilik axtariram.******Videoda görunduyu kimi topa aldadici zərbədən sonra ətalət nəticəsində top arxaya qayidir.Bu kimi zərbə vurmaq isə yuksək bacariq tələb edir.Bu bacariqda topu duymaqdan kecir.Təşəkkur edirəm ki ,belə futbolculari xatirlayirsiniz.Cox istərdik ki, bizim kamandamizda belə oyuncular yer alsin.

  4. Hörmətli DOKTOR! Bu xəbərin “Xəzər Lənkəran” azarkeşləri üçün də maraq kəsb etdiyini nəzərə alıb “Bosman.az”da yazmağı özümə borc bildim.
    Ukraynanın “Dinamo Kiyev” komandasının tanınmış veteran futbolçusu Vitali Xmelnitskinin Rusiya mətbuatına verdiyi açıqlaması şok effekt verib. V.Xmelnitskinin “Sport Ekspress”ə müsahibəsində 1966-cı il SSRİ çempionatının son turunda “Neftçi”yə bilərəkdən uduzduqlarını bildirib. “Bakılılar üçüncü yerə çıxmağa can atırdı. Biz də bu addımı “Dinamo Moskva”nınmedalsız qalması üçün atdıq”. V.Xmelnitski bilərəkdən məğlub olmalarının qarşılığında pul almadıqlarını bildirib.
    Paytaxtda oturanların fəxrlə flaqman adlandırdıqları “Neftçi” sən demə hər addımda gözə soxmaq istədikləri bürünc medalı da halallıqla almayıbmış. V.Xmelnitskinin verdiyi açıqlamasından belə çıxır ki, “Neftçi” gözünün ağı-qarası olan o bürüncü 46-il əvvəl saxta yolla alıbmış. Necə ki, həmin saxtakarlığı elə bugün də ölkə çempionatında həyasızcasına davam etməkdədir.
    *****
    Onda V. Xmelnitskinin dediyindən belə çıxır ki, bürünc medallar hədiyyə olaraq verilib.

  5. Mirhafiz müəllim! V.Xmelnitskinin dediyi “bilərəkdən məğlub olmalarının qarşılığında pul almadıq” cümləsi çox mətləblərdən xəbər verir. Əgər bürünc medalları “Dinamo Moskva”nın üçüncü yeri tutmaması üçün “Neftçi”yə hədiyyə ediblərsə bəs onda niyə 5-6 cümləlik qısa müsahibəsində pul almadıqlarını söyləyir? Nəzərə alsaq ki, Sovetlər birliyində rüşvətxorluğun ən çox yayıldığı respublikalardan biri də Azərbaycan olub, onda V.Xmelnitskinin dediyi “pul almadıq” cümləsini “pul aldıq” kimi qəbul etmək daha məqsədəuyğun sayılmalıdır. Birdə ki, rüşvət verən utanmırsa, alan niyə utanmalıdır? Hər il ölkə çempionatı oyunlarında “Neftçi”nin hakimlərlə, bəzi klublarla oyun alqı-satqısında adı hallanırsa deməli 46-il əvvəl də bürüncü pulla alıb. Mənim qəti fikrim belədir.

Comments are closed.