Sabah komandamız paytaxt təmsilçisi “İnter”lə görüşəcək ki, belədə bu gün həmin komandaların əvəzedicilərinin görüşü baş tutub Dramatik keçən bu görüşdə 7 qol qeydə alınıb. Bu oyunda “Xəzər Lənkəran”ın əvəzedici heyəti 3 qol vursa da, sevinən tərəf “İnter”in əvəzediciləri olub. Belə ki, onlar bir top da artıq vuraraq qələbəni bayram ediblər 4:3.
Belə hesabla bitən oyunda gənc hücumçumuz Elnur Cəfərov 6-cı dəqiqədə hesabı aça bilib. Lakin rəqib oyunçu Ramil Mansurov 18-ci dəqiqədə hesabı bərabərləşdirib.Bundan sonra Mirsahib Abbasovun 27-ci dəqiqədə vurduğu qol ev sahibi “İnter”i önə çıxarıb. Hesabda geri düşmələrinə baxmayan gəclərimizin fəallığı nəticəsində, Elçin Qasımzadə ilə 34-cü dəqiqədə bərabərlik qolunu vurub, 2:2. İlk hissə bu hesabla yekunlaşıb.
İkinci hissənin 69-cu dəqiqəsi komandamız üçün uğusuz olub. Belə ki, Elnur Süleymanov ev sahiblərini yenidən önə çıxarıb, 3:2. Daha sonra ev sahibləri Mirsahib Abbasovun dublu sayəsində fərqi ikiyə çatdırıblar, 4:2. Bu görüşün 87-ci dəqiqəsində olub. Oyunun son dəqiqələrində komandamızın oyunçusu İlyas Səfərzadanin 89-cu dəqiqədə vurduğu qol matçın sonuncu, yəni 7-ci qolu olub, 4:3. Matçın ilk və son qolunu komandamız vursa da məğlubiyyətdən qaça bilməyib.

ayyyay yay
Salam, Mirhafiz müəllim! Gənclərimizin “İnter”in qapısına üç top vurması əzmkar mübarizədən xəbər verir. Baxmayaraq ki, sonda gənclərimiz bir top fərqiylə məğlub olub.
*****
Qabil bəy, sizi salamlayır və fikirlərinizlə tam şərik olduğumuzu bildiririk.
Mirhafiz muəllim!-Necəsiniz?.saytda fəalliğa öyrəşmişik.İnterlə oyun barədə hecnə yazmamisiniz.Onu deyim ki, bu oyunda kamandamiza özunəinamin qayitmasini əminliklə deyə bilərik.Özunuzə yaxşi baxin,lutfən!
*****
Çox sağ olun Zəfər bəy! Hələ komandada çox işlər görülməlidir.