Əvəzedicilərdən məhsuldar heç-heçə

Əvəzedici heyətlər arasında ölkə çempionatının 27-ci turu çərçivəsində 22.03.2014 tarixində “Fırtınalar meydanı”nın ehtiyat meydançasında “Xəzər Lənkəran” və “Simurq”un əvəzedici heyətləri qarşılaşdılar. Maraqlı və dramatik keçən matçda qalib müəyyənləşməyib.

İlk dəqiqələrdən qonaqlar üstünlüyü ələ alaraq hücumlar qurur və əvəzedicilərimizin qapısı ağzında ardıcıl təhlükəli vəziyyətlər yaradırdılar. Bir neçə epizodda qapıçımız Tərlan Qasımzadə xilaskar rolunda çıxış etdisə bir dəfə Elvin Mirzəyev topu boş qapıdan çıxartdı. Buna baxmayaraq oyunda hesabı “Xəzər Lənkəran” açdı. Belə ki, 34-cü dəqiqədə cərimə zərbəsindən Elnur Cəfərovun ötürməsini Əli Əliyev  qapıya göndərir 1:0. Fasiləyə qədər hesab dəyişmir və hesab açılandan düz yarım saat sonra artıq Zaqatalalılar bərabərliyi bərpa edirlər 1:1. Lakin gənclərimiz həvəsdən düşmür və mübarizəni davam edirlər. Və nəticə də özünü gözlətmir. Hücumların birində sağ cinahdan ötürülən topu bu dəfə Kazım Kazmlı tora qovuşdurur 2:1. Dramatik matçın sonrakı davamında “Simurq”un əvəzedici heyəti də öz döyüşkənliyi ilə seçilməyi bacarır. 75-ci dəqiqədə zərimə zərbəsindən qonaqlar yenidən bərabərliyi bərpa edə bilirlər 2:2. Final fitinə qədər hər iki komandanın bir neçə qol imkanı olsa da hesab dəyişmir. Beləiklə “Xəzər Lənkəran” və “Simurq” klublarının əvəzediciləri arasında keçirilən qarşılaşma 2:2 hesabı ilə bitir.

Mənbə: “12cioyuncu.info”

4 thoughts on “Əvəzedicilərdən məhsuldar heç-heçə”

  1. Mirhafiz bəy Vaqif Rəşidaovun dedikləri ilə razılaşsam da ( topazda olan mərclərlə bağlı )
    amma nəsə qaranlıq qalıb ki bizim komanda da belə iyrənclikləırə gedə bilərmi?.Əslində kimin göstərişiylə Rednikə torba tikildisə ,bəlkə bu işin içində o var .Bu mənim ehtimalımdı.
    *****
    Əslində hər şey ola bilər, “R.S.” bəy! Lakin axırıncı yazının sonunda iki vurğu var.

    • Başa düşdüm .yenidən oxuyaraq.Bəzən daxilən gərkinlik olanda yazının tam mənası başa düşülməyə bilər
      .bir sualda.bir admaın getməyi ilə görəsən işlər qaydasına düşəcəkmi ? Bəzən oxumuşuq tarix də var ki İmperiyanın başında duranı öldürməklə insanların azadlığına nail olmaq olmaz .Həmin sistemin tam olaraq məhv edmək lazım gəlir.yəqin ki nə deiyimi bildiniz.
      *****
      Tarixi misalınız gözəldir. Amma burda fərqli düşünürəm. Çünki burda imperiyanın istismar obyekti yoxdur. Sadəcə imperializmin vəhşi “qanunlarından” istifadə edib pillə-pillə qalxmaq istəyənlər var, məncə. Bədən tərbiyə müəllimi, dahi mütəxəssisin yerinə göz dikmiş olduğunu yadınıza salın və oxşar vəziyyət burda da ola bilər.

  2. Sizin fikrinz də böyük həqiqət var .
    bir fikir də məni narahat edir Hüseyin Cəbrayiloğlunun kəsərli yazıları azalıb Bir mətbuat katibi kimi də kəsərli fikrlərin də görmürük .İndi mənə elə gəlir ondan yaxşı başa düşən yoxdur vəziyyəti sadəcə bir peşakar kimi öz işinə sadiqdir .Burda isə yenə zərər azrkeşlərə komandaya dəyir .Hakim var idi (inanın adı yadımmdan çıxıdı) düz danişdəğına görə kulubdan qovuldu .Kulubda yenidən qurma olmasa çətin bu buz ərisin.
    *****
    Babək Quliyevi nəzərdə tutursunuz?

Comments are closed.