Fizuli muəllim, “Xəzər Lənkəran” azarkeşlərinin əksərinin izlədiyi “12cioyuncu.info”azarkeş saytı barədə yəqin məlumatlısınız.
Yunis Huseynov hələ ilk dəfə məşqçi gələndə bu sayt vasitəsi ilə azarkeşləri düşündürən məsələlərlə tanış olur və hətta saytda azarkeşlərin suallarına da cavab verirdi. Ondan öncəki məşqçilərdən Mirça Rednik və son mövsümün tən yarısını əsas heyətdə gənclərlə birgə çalışan məşqçi Elbrus Məmmədov da həmçinin azarkeş saytına müsahibə verir, futbolsevərlərin müzakirələrini yaxından izləyirdilər. Klub rəhbərliyi fasiləsiz olaraq bu saytı diqqət mərkəzində saxlayır, ölkənin idman mediasının da necə deyərlər bir gözü buradadır. Deməyim odur ki, əgər etiraz etməsəniz sizdən musahibə götürüb saytımızda dərc etdirmək istəyirəm, axı azarkeşlərimizin qəlbində sizin xüsusi yeriniz var. Əlbəttə razılıq vermiş olsanız.
-Canla başla razıyam, bu mənim üçün də maraqlı olardı. “Xəzər Lənkəran” mənim üçün həmişə doğma olub.
-Çox gözəl. Eləysə Fizuli bəy, gəlin elə əvvəldən başlayaq, yəni “Ağ-yaşıl” kluba keçidiniz necə baş tutmuşdu, ümumiyyətlə o günləri necə xatırlayırsınız?
– “Xəzər Lənkəran”a məni Nazim Süleymanov dəvət eləmişdi. O zaman mən İranda oynayırdım. “Xəzər Lənkəran” yeni yaranmışdı, kənardakı bir çoxları üçün hələ iddialı deyildi. Klubu hec elə də çox tanımırdılar. Amma biz dəvəti qəbul elədik və sevərək imza atdıq. Həmin günləri anbaan xatırlayıram…
-Həmin ilk ildə komanda yenicə formalaşırdı. Bununla belə siz artıq azarkeşlərin sevimlisinə çevrilmişdiniz. Buna nail olmaq heç də asan iş deyildi, amma siz bacarmışdınız…
-Bəli duzdur. Bunun əsas səbəbi isə o idi ki, ilk gündən azarkeşlər komandaya bağlı idilər. Biz də qələbələri sıralayırdiq. Elə ilk ildəcə gızıl oyuna qaldıq. Çempion ola bilməsək də gümüş medalları gazandıq. Qızıl oyunda “Neftçi”yə məğlub olduq. Həmin oyunu xatırlayıram. “Neftçi”nin cox güclü heyəti var idi. Hesabda öndə olsaq da sonda məğlub olduq. Amma galib də gələ bilərdik.
-“Xəzər Lənkəran” klubu 2014-cü ilin dekabırınadək klubun formasını geymiş ən yaxşı oyunçuların siyahısını tərtib etdi. Siz 25 səslə sağ cinah mudafiəçisi kimi lider oldunuz. Bunu gözləyirdinizmi və ümumiyyətlə bu xəbər sizdə hansı hisslər yaratdı?
– Mən hər oyuna yenilməmək üçün və qələbə üçün çıxırdım, o vaxt hamımız belə idik. Heç nə qarşımı ala bilməzdi, heç kəs məni kecməməliydi. Elə düşünürdüm əgər məni keçərlərsə demək yenilə bilərik, ona görə keçilməz olmalıyam. Razı olardım mənə nəsə olsun, amma rəqib oyunçuya məğlub olmayım. Cənublu azarkeşlər də futbolu yaxşı anlayanlardır, bunu gorürdülər. Mənə meydanda çox dəstək olurdular və hər topa toxunuşumda məni alqışlayırdılar. Yadıma bir olay düşdü. Yadımdadır təzəcə “Simurq” komandasına keçmişdim, 5 il yarımdan sonra yenidən Lənkərana gəlirdim-bu dəfə rəqib komandanın üzvü kim, beləliklə meydana ilk addım atdıqda 15-min azarkeş məni alqışladı və “Fizuli-Fizuli” deyə gışqırdılar. “Simurq”un o zamankı məşqçisi Pakora dedi ki, “sən lap “Xəzər”in əfsanəsisənmiş ki”, mən özüm də hələ bələ alqış görməmişdim. Hə qayıdım, sualınıza. Deməli dogrusu əvvəlcə ən yaxşı oyunçuların siyahısında seçilməyimə inanana bilmirdim. Çünki “Xəzər Lənkəran”da zaman-zaman tanınmış oyunçular çıxış edib. Elə götürək, sağ cinahda oynayan tanınmış Turk futbolçunu, o həm də “Porto”da oynamışdı. Öz aramızdı belə səviyyəli futbolçuların arasından seçilməm məni çox qürurlandırdı.
-Və ardıyca da ikinci sual: Klubda əksər futbolçular sonradan pul davası edəndə siz muqaviləyə baxmadan imza atmışdınız. Bu hadisə necə baş vermişdi ?
-Pula qalsa, açığı “Xəzər Lənkəran”da oynayarkən pul barədə düşünməmişəm. Klub rəhbərliyi ilə çox gözəl münasibətim var, o vaxt da elə idi. Mais müəllim bir dəfə soruşmuşdu ki, sən müqaviləyə pulsuz imza atarsan? Cavab verib demişdim “əlbəttə, sizlərə görə pulsuz da oynayaram” və eləcə də atdım imzamı. Qeyd edim ki, mən dostluğu, sevgini giymətləndirən adamam, o azarkeşlərin sevgisi daha da qiymətlidir, puldan-paradan dəyərlidir mənim üçün.
-Azarkeş saytımızda həmişə Lənkəran futbolunun əfsanələri xatırlanır. Gələcəkdə bu siyahıda sizin yerinizin olacağı da şubhəsizdir. Sizin “Rəvan”-19-dakı fəaliyyətinizi də izləyirdik. Bir gün yenidən “Xəzər Lənkəran”a qayıtmaq istərdinizmi?
-İnşaAllah gələcəkdə niyə də olmasın. Ondan ötrü isə mən gərək daha çox məşqçi biliyimi təkmilləşdirəm. Çunki “Xəzər” iddiali klubdu, orada həmişə tanınmış, bacarıqlı məsqçilər calışıb.
-“Rəvan”ın 19 yaşlıları ilə yarışın çempionu oldunuz. Sonra “Zirə”19 komandasının baş məşqçisi seçildiniz.
-Bəli, hal-hazırda “Zirə”dəyəm. Və “Zirə”nin yuksəlməsi üçün əlimdən gələni etməyə çalışacağam.
-Yeri gəlmişkən, son zamanlar “Xəzər Lənkəran” eniş dövrünü yaşayır. Bu vəziyyət sizi klubun keçmiş bir futbolçusu kimi narahat edirmi? “Xəzər Lənkəran” azarkeşlərinə bəlkə bir sözunuz var?-Axi sizin kimi əfsanələrə indi daha cox ehtiyacimiz var.
-“Xəzər Lənkəran”ın məğlubiyyətləri – enişi məni narahat etməyə bilməz. Çünki mənim doğma klubumdur. Nəzərə alsaq ki, bu klub həmisə iddiali olub, deməli indiki enişlər keçiləcək, uğursuzluqlar adlanacaq və “Xəzər Lənkəran” yenə də iddiali olduğunu ortaya qoyacaq. Azarkeşlərə nə sözüm ola bilər ki, onlar yalnız və yalnız sevgi və hörmətə, eləcə də sevimli komandalarının ardıcıl uğurlarına sevinməyə layiqdirlər.
-Sonda sizə təşəkkur edir və işlərinizdə uğurlar arzu edirik, çox sağ olun.
-Siz sağ olun, “Xəzər”lilərlə söhbət etmək həmişə xoşdur. Siz həmişə ürəkdəsiniz.
Söhbəti apardı: Zəfər Lerikli.
Mənbə: 12cioyuncu.info
Salam Mirhafiz muəllim.Yaziya dəyər verib və çoxlu sayda ziyali təbəqəsi olan “Bosman”az saytinda yayima verdiyinizə görə sizə təşəkkur edirəm. Uca Tanri sizi qorusun. Amin!
*****
Salam, Zəfər bəy! Əsl təşəkkür sizə düşür ki, futbol tariximizdə insanda müsbət emosiya oyadan və elə bu şəkildə də yadda qalan və qalacaq məqamları bir daha canlandırdınız. Qabil bəy kimi mən də bu ənənənin davamlı olmasını arzu edirəm. Bunun çətin bir iş olduğunu mən yaxşı bilirəm, amma doğurdan da qürurverici tarix səhifələnməlidir ki, insan bunlardan enerji alıb, nəyin daha yaxşı olmasını bir daha kəsdirsin və uğurlu gələcəyin təməllərini atsın.
Salam, Mirhafiz müəllim. “Xəzər Lənkəran”ın yenidən yarandığı tarixdən indiyə kimi gəlib gedən futbolçular sırasında Fizuli Məmmədovun öz yeri və özünəməxsus oyun dəst-xətti olub. Fizuli Məmmədov mənim yaddaşıma müdafiə xəttinin alınmaz qalası timsalında həkk olunub desəm heç də yanılmaram. Biz öz aramızda hətta onu oxşar cəhətlərinə görə məşhur italiyalı Cennaro Qattuzoyla müqayisə edirdik. Bugün Fizulini bizim üçün əfsanələşdirən də eiə o amillərdir.
Doktor, çox istərdim ki, qardaşımız Zəfər bəy bu ənənəni davam etdirsin. Çünki, Zəfər bəy azarkeş yaddaşını o illərə qaytarmaqla, komandamızın artıq əfsanəyə dönmüş üzvlərini bizlərə təqdim etməklə uğurlu bir işə öz imzasını atıb.
*****
Salam, Qabil bəy! Fizuli Məmmədov doğurdan da bir əfsanə futbolçularımızdan olub. Futbolçu keyfiyyətləri siz dediyiniz kimi çox yüksək olub. Hətta xeyli əlavələr də edə bilərəm. Amma elə o vaxtı onun məni kövrəldən əməli heç bir rəqəm göstərilməmiş müqaviləyə imza atması xəbəri oldu. Bu imzadan əvvəl dediyi isə təxminən belə olmuşdu ki, siz ora heç bir rəqəm yazmasanız da mən bu klubu, onun azarkeşini sevdim, siz məndən imtina etməyincə mən bütün bacarığımla burda olacağam. Bax, Fizulini həmin gündən tarixə çevirən məhz bu cür yanaşma idi ki, hamı onu sevdi.
Heqiqetende Fizuli Memmedov Xezer Lenkeranin efsanevi oyuncusu olub.Mende Fizuli Memmedova tesekkurumu bildirirem… Cox heyif ki davamli XL-gormedik..
*****
Bəli, Malik qardaş nə qədər ki, belə əfsanələr var biz çalışacağıq ki, onları yaddan çıxarmayaq.