Buradasınız Əsas » Xarici Futbol » Avropa Liqası » Zaman yerində qalsa da, məkan dəyişdi
  • Bookmark and Share

Zaman yerində qalsa da, məkan dəyişdi 

olimpia_fc

Bildiyiniz kimi Avroliqanın ilk təsnifat mərhələsində Moldovanın Baltsı şəhərini təmsil edən “Olimpiya” klubu doğma “Xəzər Lənkəran”ımıza rəqib olub. “Olimpiya” klubunu “Xəzər Lənkəran”ımıza rəqib edən püşk, həmçinin İlk oyunun İyulun 1-də Lənkəran şəhərində və cavab görüşünün isə bundan bir həftə sonra yəni, İyulun 8-də Moldovada keçiriləcəyini də müəyyən etmişdi.

Amma görüşlərin keçiriləcəyi tarixlər yox, həmin tarixlərdə nəzərdə tutulan yerlər bir-birinə nəzərən dəyişdirilib. Yəni İyulun 1-i matç Moldovada, 8-də keçiriləcək cavab qarşılaşması isə Lənkəranda baş tutacaq.

Buna səbəb Moldova təmsilçisinin UEFA-dan xahişi olub. “Olimpiya” ev oyununu keçirmək üçün, UEFA-nın tələblərinə cavab verməyən doğma stadionunda deyil, paytaxt Kişinyovun “Zimbru” stadionunda keçirəcək. Burada daha bir problemin olduğunu nəzərə alsaq, yəni Moldovanın digər Avroliqa təmsilçisi “Daçiya” klubunun da eyni gündə həmin “Zimbru” stadionundan istifadə edəcəyinə görə bu dəyişiklik baş vermişdir. UEFA isə eyni gündə bir stadionda bir neçə oyunun keçirilməsinə icazə vermir. Ona görə də “Zimbru” stadionu bir hətə “Olimpiya”ya, növbəti həftə isə “Daçiya” klubuna ev sahibliyi edəcək.

Yadınızdadırsa, əvvəllər bizdə də belə dəyişikliklər T. Bəhramov stadionu ilə bağlı olurdu. İndi şükürlər olsun ki, Avropa miqyasında da “Xəzər-Lənkəran” ev oyunlarını doğma Lənkəran şəhərində, öz arenasında keçirəcək.

Doğma komandamıza uğurlar arzulayırıq !

 

Arxiv: Bosman.at.ua

Şərh əlavə et


8 − bir =