Buradasınız Əsas » Azarkeşlər » Zəfər Lerikli “12cioyuncu.info” və “Bosman.az”-a təşəkkür məktubu göndərib
  • Bookmark and Share

Zəfər Lerikli “12cioyuncu.info” və “Bosman.az”-a təşəkkür məktubu göndərib 

Mektub

Hörmətli Mirhafiz muəllim!-Sizin mənimlə zəhmətiniz çoxdur.Qiyabi olsada,məni taniyirsiniz.Sayta verdiyim videogöruntulər həvəskar olsada, siz tərəddud etmədən o videogöruntuləri yayimlamasina görə mənə qadağa qoymadiniz.Ustəlik öz sevgi və məhəbbətinizi bu camiyəyə verməklə mənədə diqqət ayirdiniz.Butun bunlara görə mən sizə təşəkkurumu bildirməyə acizlik hiss edirəm.Onuda deyim ki ,bu gun saytda azarkeş fikirlərini və izahini “Bosman.az” kimi verməyinizə görə sizə minnətdaram.Mən, mən deməkdən aciğim gəlir,amma 12cioyunçu.info saytinda yazdiğim bir azarkeş şərhimin mövzu halinda yayimlamasinda ,adi keçən saytin rəhbərinə dərin səmimiyyətlə minnətdar olduğumu sizin vasitənizlə bildirmək istəyirəm.
Onuda qeyd etmək istəyirəm ki ,səhərdən-axşama kimi daş daşimaq istəyirəm amma jurnalist olmaq istəmirəm.
Lerik rayonunda sovetlər dövrundə “Bolluq uğrunda” qəzeti çixirdi.Hələ 4-cu-sinifdə oxuyandan bu qəzetə abunə olmaqla yanaşi, bu qəzetə yazi göndərirdim.Vaxt gəlib çatdi və mən 8-ci sinifi qurtardim.Bu vaxt ərzində sinif numayəndəsi və ə”laçi kimi tanindim.Orta təhsilimi qonşu kənddə aldim.Qişda 1metr qarda çapalaya-capalaya 3 sinif yoldaşimla 6km yolu çovğunda, boranda yol qət eləməklə ,çoxunun şirin yuxuda olduğu vaxt ,qaranliqda qorxa-qorxa meşələrdən keçməklə ,ayağimiz dona-dona məktəbə vaxtinda çatardiq.Bununla belə oxuyardiq,çalişardiq.8-ci sinifdən sonra 24-uşaqdan yalniz biz uçumuz bu əzabi qəbul etdik.Şukur yaradana ki, bu əzabin xeyrini göruruk.
O vaxt 8-ci sinifdən sonra sinif uşaqlarimiz bu əzaba qatlanmadi və hərəsi öz yolunu seçdi.Lakin biz çarpişdiq,sinif yoldaşlarimdan biri AMI-nin tibb fakultəsini qizil medalla bitirib ,”cərrah” olmaqla bu gun Lənkəranda xidmət etməklə xalqinin sağlamliğinin keşiyində durdu,digəri Gəncədəki kənd təsərrufati instituta daxil oldu. (XATİRLAMA) 4-cu sinifdə bizə sizin tanidiğiniz Əlisəfa muəllim qisa muddətdə dərs deyib və bizim oturduğumuz partanin əvvəlki sahibidir.

Muəllim!-Mənim o vaxtlar rayon qəzetində kənddə olan zəhmetkeşlərdən, əkin- biçin işlərində fədakar olan insanlardan məqalələrim gedərdi.Qonşu kəndə oxumağa gedəndə bu yazilarim məktəb direktorunun xoşuna gəlməzdi.Mənə qarşi antipatiya numayiş edib və məni cəzalandirardi.Lakin fizika muəllimimiz həmin qəzetin xususi muxbiri idi , yazilarima rişxənd edir və mənə laqeyd munasibət bəsləyirdi.Allah bilən yaxşidir!
12-cioyunçuda yazim getdi.Sizin fikirlərinizi bilmək istəyərdim.Bu gun H.Humbətovun yazisini saytda görendə çox sevindim.Çunki biz azarkeşlər yazi yazmaliyiq, kamandamizin dərdini deməliyik.Kiməsə ehtiyac duymamaliyiq.Bizim qədər axi, kimsənin bizə cani yanmaz.

*********************************************************
Yazimi sayta verib-verməməyinizi şərh kimi sizin ixtiyariniza verməklə kamandami və azarkeşlərimizin hamsinin çox istəməyimi demək istəyirəm.Təşəkkurlər!!!

Hörmətlə: Zəfər Lerikli

10 Şərh yazıya: Zəfər Lerikli “12cioyuncu.info” və “Bosman.az”-a təşəkkür məktubu göndərib

  1. MALIK

    Esk olsun XEZER-LENKERAN azerkeslerine…

     
  2. Qabil

    ZƏFƏR qardaş, Salam! Mövzuyla bağlı nəsə yazmaq Sizdə alınır. İstərdim ki, məqalələr yazmağı davam etdirəsiz. Azarkeşlərimiz nə qədər aktiv olsa, bunun “Xəzər Lənkəran”a yalnız xeyiri dəyəcək. Sizə bu yolda uğurlar arzulayıram. Allah köməyiniz olsun!
    *****
    Qabil bəy, bu sizdə də gözəl alınar. Çünki bir sıra hallarda mən buna dəqiq əmin olmuşam. Xahiş edərdim ki, bir bunu yoxlayardız. Saytımızın izləyiciləri əsasən ziyalılardan ibarət olduğuna görə bizdə bu potensial çoxdur. Qalıb bunları ortaya çıxarmaq məsələsi. Ziyalılığın göstəricisi tək diplomla olmayıb, yüksək təhsillə və İlahi vergi ilə hesablanır. Çünki nə dahi Fizuli, nə İbn Sina, nə Nəsimi, nə də başqa dahilər o vaxtın böyüklərindən təhsil alsalar da, bu günki ali məktəb diplomları yox idi. Saytımız istedadların üzünə həmişə açıqdır. Diplom olsa lap yaxşı, olmasa böyük istedad ondan da yaxşı.

     
    • Zəfər Lerikli

      Qabil qardaş salam! Sizə təşəkkur etməklə yanaşi qeyd etmək istəyirəm ki, sizdə kamandamizin hazirki ağir vəziyyətini öz baxişinizla yazi halinda hazirlayib və bizlərə təqdim edəsiniz.Yazilan yazilarimizda biz heçdə butun problemləri aşkar edib və bir yazinin içində verə bilmirik.Belə ki, yazarlarimiz çox savadli yazilar yazsada amma heç vaxt hami tərəfindən birmənali qarşilanmir.Hər bir oxucu yazilan yaziya öz prizmadan yanaşir və munasibət bildirir.Biz öz fikrimizi deməklə həmdə azda olsa muəyyən faktlara yaxinlaşa bilirik.Bizimdə azarkeş kimi yazilarimiz yalniz sevgidən yaranir ki,səhflərimiz olsada haqli iradlara hazir olmaliyiq.Yuksək intelekt səviyyəsi ilə fərqlənən sizin kim insanlarla həmfikir olmaq bir xoşbəxtlikdir.Sağ olun, Qabil bəy!

       
  3. Qabil

    Salam, Mirhafiz müəllim! Mənə önəm verdiyinizə görə Sizə minnətdaram. Çox istərdim, mən də nəsə yazıb göndərim amma, Sizin yazıların qarşılığında bu yükün altına gırməyə risq edə bilmirəm.
    *****
    Yox, bu risk deyil. Hər şey başlayır, inkişaf edir və mükəmməlləşir. Şeir yazmaqda xeyli irəli gedə bilmisiz. Yazı niyə də olmasın?

     
  4. R.S.

    Zəfər bəy bu yaznızı oxudum Szin əzmkarlığınız sizi yarı yolda qoymayb.Bİr şey həqiqətdir ki .bizlərdə belədir ki istedadı irəli getməyə qoymurlar . Bu üzdən sizə paxıllıq ediblər O vaxtki gənclər də əzmkarlığı indiki gənclərdə yoxdur .Bayaq bir verlişin sonuna təsadüfən baxdım (onu da deyim indi verlişlərə baxmıram .səviyyə çox aşağıdır ) Orda bir cavan yazar vardı inanın ki dəhşətə gəldim .Seyran Səxavət də o verliçdə idi Gənc deyir ki Vətə mən ev maşın mebel vermirsə neynirəm o Vətəni .Seyran onu başa sala bilmədi ,
    Bizim gəncliyimiz çox pis vəziyyətdədir .Futbolumuz ondan pisdir .Biz uçrumdayıq.

     
  5. Qabil

    “Xəzər Lənkəran”ın fiziki hazırlıq üzrə məşqçisi Covanni Melkiorre Türkiyənin İstanbul şəhərində “qrija”dan əməliyyat olduğundan komandanın heyət üzvlərinin fiziki durumu nəzərəçarpacaq dərəcədə aşağı düşüb.Fiziki durumun aşağı olması amili son oyunlarda özünü təsdiqləyib. C.Melkiorrenin əməliyyat olunmasıni bugün H.Cəbrayıloğlunun verdiyi məlumatlardan əldə etmişəm.

     
  6. R.S.

    çox maraqlıdır telfonda Arena verlişinin olmasə barədəxəbər var kompüterdə yoxdur .Düzdü Telfonda baxa bilmirəm.
    *****
    Verilişin videoyazısı yəqin ki, sabah saytımızda yerləşdiriləcək.

     
  7. Zəfər Lerikli

    Mirhafiz muəllim salam!-Muəyyən işlərimlə bağli İnter.az kanalinda televiziya ilə sizin verilişinə vaxtinda çata bilb izləyə bilmədim.İndisə komputerdə baxiram.”Araz Naxçivan” kamandasi ilə bağli yazdiğim mesaj oxunulanda çox sevindim.Həqiqətən sizlərin efirə çixib biz azarkeşlərə məlumat verməyiniz sevindiricidir.Sizə minnətdaram.
    *****
    Mən də sizi salamlayıram. Verilişin videoyazısını sabah saytımızda yerləşdirməyə çalışacağıq. Əlbəttə müəyyən səbəblərdən baxa bilməyələr olub.

     
  8. Qabil

    Axşamınız xeyir, MÜƏLLİM! “Arena” verilişindəki iştirakınız və gətirdiyiniz arqumentlər məni tam qane etdi. Verilişdə məni düşündürən bəzi qaranlıq məqamlara iştirakçılar tərəfindən aydınlıq gətirildi. Odur ki,ikl öncə Sizə, aktual yazılarıyla tanıdığım və hörmət bəslədiyim Natiq Muxtarlıya, birdə ki,sayğı göstərib Sizləri verilişinə dəvər edən həmyerlimiz Rüfət Nadirliyə öz səmimi təşəkkürümü bildirirəm. Arzu edirəm ki, Sizin iştirakınızla belə verilişlərin sayı daha da çox olsun!
    *****
    Təşəkkür edirəm Qabil bəy!

     

Şərh əlavə et


doqquz + 5 =