Buradasınız Əsas » Xarici Futbol » Dünya Çempionatı » Yeddinci dünya çempionatı, 1962-ci il. Çili (VİDEO və Sxematik)
  • Bookmark and Share

Yeddinci dünya çempionatı, 1962-ci il. Çili (VİDEO və Sxematik) 

Cili1962_Football_World_Cup_pos

Çempionatın final mərhələsində iştirak etmək üçün 56 komanda sifariş vermişdi. İlkin oyunlar ərəfəsində 5 ölkə öz namizədliyini geri götürdü. Lakin 51 iştirakçı da dünya çempionatları üçün rekord rəqəm idi. Braziliya çempion, Çili isə ev sahibi olduğuna görə ilkin oyunlar keçirmədilər. Müxtəlif Qitələrdə seçmə oyunlar keçirildi. Dünya çempionatına vəsiqəni təmin etmiş komandalar püşk yolu ilə çempionatın qruplarına salındılar.

 

 A qrupu: 
SSRİ, Yuqoslaviya, Uruqvay, Kolumbiya

 B qrupu: 

AFR, Çili, İtaliya, İsveçrə

  C qrupu: 
Braziliya, Çexoslovakiya, Meksika, İspaniya

 D qrupu:
Macarıstan, İngiltərə, Argentina, Bolqarıstan

 

Əlavə oyunlar keçirilməsinin qarşısını almaq üçün nəzərdə tutulmuşdu ki, komandalar eyni miqdarda xal toplasalar, üstünlük topların daha yaxşı nisbətinə malik olan kollektivə veriləcəkdi. Üçüncü yer uğrunda oyunda Çili futbolçuları Yuqoslaviya komandasına 1-0 hesabı ilə qalib gəldilər. Yeganə top oyunun əsas vaxtının qurtarmasına 40 saniyə qalmış vuruldu. Roxasın uzaqdan vurduğu top müdafiəçiyə dəyərək istiqamətini dəyişdi və qapıdan keçdi.

Braziliya və Çexoslovakiya komandaları arasında final oyunu ilk dəqiqələrdən qarşılıqlı hücumlarla keçdi. Hesabı 15-ci dəqiqədə çexoslovakiyalı Masopust açdı. Cəmi iki dəqiqə sonra Amarildo hesabı bərabərləşdirdi. 69-cu dəqiqədə Amarildonun ötürməsindən sonra Zito öz komandasını hesabda irəli çıxardı. 78-ci dəqiqədə isə hesab 3-1 oldu (Vava). Braziliyalılar ikinci dəfə dünya çempionu oldular.

********************************

Daha sxematik olaraq bax

********************************

Videonu izlə

Arxiv: Bosman.at.ua

Şərh əlavə et


9 + yeddi =