Buradasınız Əsas » Aktual » Yaranmış tarixi şərait…
  • Bookmark and Share

Yaranmış tarixi şərait… 

rednic_la_debut

Son bir neçə ildir ki, doğma komandamız olan “Xəzər Lənkəran” uğursuzluqlar yaşayır. Bu ilk növbədə yüksəlişə qədəm qoyaraq, böyük klub olma yolunu tutan Mirça Rednikli komandamızın kənar təsirlərə və kənar təsirlərin planlı surətdə aparılmasına boyun əyməsindən sonra baş vermişdi. Kimlərsə (əslində bunu hamı bilir) bu planlı işi müxtəlif vasitələrlə həyata keçirmək yolunu tutmuşdular. Bunun üçün də komandanın və klubun içərisindən də özlərinə a-dan, z-kimi “dəstək” də tapmışdılar. Məhz bu qlobal həmlə sonda bütün işləri pozmuş və Rednikin özünün klubdan ayrılmasına səbəb olmuşdu.

Bu həmlənin kluba nələrə başa gəldiyinin də o vaxtdan ta bu ana qədər nələrə başa gəldiyinin hamımız şahidi olduq. Bunun baş verəcəyini biz qabaqcadan da ehtimal edirdik deyə, çox çabalar göstərdik. Məhz bu çöküşün qarşısını almaq üçün “Bosman” fanklubunun və “12-ci Oyunçu” azarkeş qrupunun göstərdiyi çabalar, yuxusuz gecələr birinci cəhddə bunun qarşısını aldısa, ikinci vəhşiləşmiş cəhddə dahi mütəxəssisin özünün də artıq bütün mənəviyyat məsələlərinin yandığını görüb klubdan ayrılma qərarı verməsinə səbəb oldu. Klubun gələcəyini müdafiə edən bizləri isə bəziləri şərəfsizcəsinə Rednikdən pul aldığımıza görə bu müdafiəni təşkil etməyimizi deməkdən də çəkinmədi. Yəqin o şərəfsizlər mənəviyyatın nə olduğunu bilmədiklərindən hər şeyin pula satıldığını öz arşınları ilə ölçürdülər. Onlara Azərbaycanda yeganə dəstəyin onbeşmindən iki yüz-üç yüz nəfərə düşməsi lazım imiş. Azərbaycanda çağdaş dövrün ilk və yeganə böyük camiəsini “öz əlimizlə” ovladılar. Sonrakı dövr bizim nə qədər haqlı olduğumuzu sübuta yetirdi.

Sonrakı dövr bir çox məşqçilərlə klub anlaşsa da hətta dünya divləri olan mütəxəssislər də bu dərdə əlac ola bilmədi. Onların hamısını biz qiymətləndiririk. Lakin əfsus ki, reallıq başqa şey diqtə etdi.  Böyük camiənin Azərbaycan naminə yenidən qurulması baş vermədi.

Bu gün bu böyük camiə yenidən Azərbaycan futbolu uğrunda qaldığı nöqtədən tərpənmək istəyir. Lakin Azərbaycan futbolunda bu dirçəlişi istəməyən bir az köhnə və bir az da təzə faktorlar yenə şüdd edib bunun qarşısını almağa çalışırlar.

Çatan xəbərlərə görə Rednikin bura gəlməsini əngəlləmək istəyən qüvvələr peyda olub. Bu gəliş indi də baş verməyəcəksə, bu günki durumu ilə uçurumda olan “Xəzər Lənkəran”ın yaşamağı da sual altına düşəcək. Varlığı ilə çoxlarımızın mənəviyyatına məlhəm olan bu sevgimizi ölməyə qoymamalıyıq. Düzdür bu dəfə biz daha ehtiyatlı mövqe tutub ilk dəfə bu tipdə yazı ilə çıxış edirik. Bu da muzdlu azarkeş deyən şərəfsizlərin dəyirmanına su tökməmək üçün idi.

Yaranmış bu tarixi şərait isə artıq bunun gerçəkləşdirilməsini tələb edir. Çünki, “Xəzər Lənkəran”da baş məşqçi postu boşdur və eyni zamanda komandanı böhrandan çıxara bilən Mirça Rednikin də hələ ki, hər hansı bir klubla müqaviləsi yoxdur. Amma üzərimizə bir ağır yük də düşür ki, Rednikin gəlişinə yollar açıldığı kimi, onu bundan sonra da qorumağı bacarmalıyıq. Deməyə, müzakirə etməyə məsələlər çox olsa da hələlik bu aktuallığı olan hissəni yazıb sizə çatdırırıq. Bilin ki, istəyimizə qovuşmaq üçün yaranmış bu tarixi şəraitin nəticəsi həm də hamımızın fəallığından asılıdır.

14 Şərh yazıya: Yaranmış tarixi şərait…

  1. Demir Agaci

    “Amma üzərimizə bir ağır yük də düşür ki, Rednikin gəlişinə yollar açıldığı kimi, onu bundan sonra da qorumağı bacarmalıyıq.”

    Nece de gozel vurgulamisiniz. Yadima Kufe camaati dusdu. Kufe camaati kimi olmaqdan qorxuram.Cenab Rednike sahib cixa bilmesek…
    *****
    Çox düzgün vurğulamısınız. Müraciətdə də bu vurğu ona görə qoyulub. Lakin işin mərhələlərdən ibarət olacağı gün kimi aydındır. Növbəti mərhələlərdə də bu davam etməlidir deyə azarkeşlərimiz əgər komandanı sevirlərsə, bu sevgini əldə edəriksə, qorumağı da bacarmalıyıq deyə bir mesaj bu başdan verilir.

     
    • İslam Cabbarlı

      Az qala hər addımda Küfə əhlinə bənzərlərlə rastlaşırıq. Allah bizi belələrinin namərdliyindən saxlasın.
      *****
      Amin!

       
  2. R.S

    Mirhafiz bəy Rednikin gəlməsi üçün bizlərdə mühribəyə qoşulmalıyıq .Bir saytda yazıblar ki rəsmi sayt REdniklə bağlı xəbəri verib sonra da siliblər .Bu onun göstərir ki vəziyyət çox qəlizləşib .Allah özü köməyi olsun Rednikin İnşAllah ki alınar.
    *****
    Mənə çatan xəbərə görə rəsmi saytda belə bir anlaşılmazlıq olmayıb. Əslində rəsmi saytda gedən məlumat da belə olmamalıydı məncə. Çünki orada, Redniki burda heç kimin tanımadığı formada təqdim ediblər. Bu isə reallığı əks etdirmir. Axı, Rednik komandamızda yeni deyil. Onun bu formada təqdimatını mən qəbul edə bilmədim.

     
    • lovethegame

      Salam.

      @R.S Həmin xəbər artıq silinib. Orada 4 il bundan qabaq Rednik komandaya baş məşqçi təyin olunan gün qoyulan xəbər göstərilib. O xəbəri indi də saytdan tapmaq olar. Sportarena.az saytının jurnalisti hansısa digər jurnalistin Facebook’da bu şaiyəni paylaşdığını görüb və yoxlamadan dərc edib. Bu da mediamız )))

       
  3. Zəfər Lerikli

    Rednik adi bir insan və heç kimdən artiq olmayan bir şəxs və futbol aləmində Azərbaycanin cənubunda özundən söz etdirməyi bacaran bir mutəxəssisdir.Rednikə sevgi nədən yaranib və niyə əksər azarkeşlər bu mutəxəssisi sevir?.Bəlkədə bunlari izah eləməkdə bir çox azarkeşlərimiz çətinlik çəkir amma mən həqiqəti demək istəyirəm.Sözumun əvvəlində onuda deyim ki ,məni yanliş olaraq kimsə başa duşə bilər.Əsas odur ki ,sözumun məğzini tutan arif olar.

    Mən duşunurəm ki ,indiyə kimi dunyaşöhrətli məşqçilərin (Toşak. M,Dənizli və s) heç birindən Rednik artiq və heçdə əskik deyil.Artiq o mənada deyil ki , əvvəlki mutəxəsislər kimi məşqçidir( ola bilsin ki titul baximindan fərq var) və ona görə əskik deyil ki ,onlar kimi haqsizliğa əyilməyərək kişi kimi istefa verdi.Əslində Toşak istefa vermişdi amma qəbul edilməmişdi.Lakin sonra məcburi istefa verməli olduğu halda , M.Dənizli kimi “oyun” oynamadi.İki dəfə istefa verib və hər ikisində qirmizisifətlik edən M.Dənizli hörmətini itirdi.Elə məqamlar var ki, onlarin hamsini demək olmur.Yəni “Kişi sözu” kimi tutmali olursan.Gəlin həqiqəti deyək.Nə Toşaka ,nədə M.Dənizliyə klubdan haqsizliq və azarkeşdən hörmətsizlik olunmadi.Əgər kimsə məni qinamali olsa özu bilər və öz işidir.Rednikə isə əməlli-başli haqsizliqlar oldu.Bu haqsizliqlari sadə azarkeş görurdu.Lakin deməyə bir unvan tapa bilmədiyindən həmin haqsizliqlarin əsasinda Rednik bir “sevgi məbədi”nə çevrildi.Rednik irəlidə lider olanda təqyiq altinda haqsizliğa boyun əymədiyi halda bu kimi məşqçilər axirinci yerlərdə belə dəstək görurdulər.Azarkeş Rednikdən sonra gələn hər məşqçini gunahlandirdi,onun keçirtdiyi hər oyunu saxta adlandirdi.Əslində gələn məşqçilərin heç bir gunahi olmasada azarkeşin gözundə gunahkar aləmə duşən insanlar kimi görunməyə başladi.Uğur qazana bilməzdilər, çunki halalliq yox idi.Rednikin haqqi yeyilmişdi.Bu haqq uçun gunun bu gunundədə vuruşuruq.Buna haqqimizda çatir.

    Biz heçdə Rednikin”ala ” və ya “qara” gözunə vurulmamişiq.Biz haqqi istəyirik.Qoy Rednikdə öz gucunu subut edə bilmək uçun haqsiz maneələrlə qarşilanmayaydi.Rednik gedəndən sonra Azərbaycan futbolu diz çökub.Stadionlar boş ,futbolumuza maraq 90-ci illərin ilk çempianatina oxşayir.İndi Rednik kimi şəxsiyyətlər bu camiənin hesabina Azərbaycan futboluna yenə lazimdir.Ona görə ki, stadionlar dolmali, futbolun səviyyəsi azda olsa dövlət proqramina uyğun gəlməlidir. Axi bu baş verməsə Pfl-in axiri olar.Yenicə tikilməkdə olan çoxminli stadion dəyərsiz və heç kimə lazim olmaz.

    Bir muddət “Neftçi” klubu Redniklə maraqlanirdi.Niyə?-….indi siz deyin.Təsəvvur edin ki, Rednik “Neftçi”dədir. Əslində burda heçnə yoxdur tam təbii futbol qaydalaridir.Belə olan halda stadionlar dolardimi ?…yox.Bizim azarkeşlərin əksəriyyətinin sevgisi nifrətə dönməzdimi?…Onu siz deyin, zəhmət olmasa.

    Indi Rednik gəlir ya gəlmir?-Onu rəsmi muqavilədən sonra bilərik.Əgər gəlsə bu haqsizliqlari əritmək uçun biz kömək olmaliyiq.İşdi uğur qazana bilməyib və haqsizliqlara rast gəlməyib gedərsə onda oda gedən məşqçilərdən biri kimi yadimizda qalacaq.Biz haqqi mudafiə edib və onu yaradandan sonra istənilən məşqçi sevimlimiz ola bilər. Bəlkə duz demirəm?. Təşəkkurlər!

     
  4. MALIK

    Bu defe REDNIK gelecekse biz azerkesler onu qorumaliyiq. Qoymamaliyiq ki, onu istemeyen serefsizler (yeni beleleri veteni de satar!) bas qaldirsin.

     
  5. MALIK

    REDNIKI istemeyenler bilsin ki, ne vaxtsa onun adina Lenkeranin her hansi kucesinin adini REDNIK adini verecekler.. Ne vaxtsada onun uca heykelini stadionun qabaginda ucaldacaqlar…
    *****
    Malik bəy, bu istək sizdə haradandır, yoxsa o bizi kimi sizə də külli miqdarda pul verib? Bizə verdiyi pul bu gün qurtardı deyə, biz artıq hərəkətə keçmişik. Amma yadında saxla bu sözləri birdən başqa yerdə demə.

     
    • İslam Cabbarlı

      Hamımızda bitib Redikin verdiyi xərcliklər. Ay Allah sizi güldürsün.
      *****
      Sizdə də qurtarıb? Onda onun gəlişi lap yerinə düşəcək. Amma gizli qalmasını xahiş edirəm, İslam bəy. Mən də hər adama demirəm ha… yeri gəldi deyə yadıma düşdü. Bu aramızda qalsın!

       
      • R.S

        Allah hər ikinizi qorusun! Allah köməyiniz olsun!Sağ olun ki,belə gərgin vaxtlarda ,təbəssüm yaradırsınız insanın çöhrəsində.
        *****
        Həmişə çöhrənizdən mənalı təbəssüm əskik olmasın.

         
      • İslam Cabbarlı

        Oldu, gizli saxlamaq!

         
  6. Qabil

    Salam, Mirhafiz müəllim! Aptıq M.Rednikin qayıdışı reallaşdıqca bu mövzu ətrafında əməlli başlı informasiya müharibəsi gedir və hər saat yeni-yeni, bir-birinə əks xəbərlər yayılmaqdadır. Klub rəsmilərindən məsələyə aydınlıq gəlmədiyindən saysız-hesabsız şayiələrin yayılmasına şərait yaranır. Bundan istifadə edən anti Rednikçilər xeyli fəallaşıb. Bu dezinformasıyaların əksər hissəsi elə onlar tərəfindən azarkeşləri çaş-baş saxlamaqdan ötrü dövriyyəyə buraxılır. Biz Redniksevərlər, elə indidən Redniki belələrindən necə qorumaq haqda düşünməli və planlı surətdə M.Redniki müdafiə etməliyik.
    *****
    Salam, Qabil bəy! Dədə Qorqud demişkən:-“Torpağı qoruya bilməsən, əkib-becərməyə dəyməz, yox əgər əkib-becərməyəcəksənsə, onda da qorumağa da dəyməz!”

     
  7. Azərbaycanlı

    Bu Mirçə ötən dəfə XL-nın qısa müddətdə qalxdığı şöhrətin pikindən enməsinin (endirilməsinin) başlanğıcında bizə gəldi və əvvəl bu enişin səbəbini ancaq komandanın futbolçu heyətinin səviyyəsində görüb tanıdığı çempionatın tanıdığı futbolçularından demək olar ki, bir mini komandanı birdəfəlik Lənkərana köç etdirib özünün fərqli oyun tərzini XL-in köhnə qalıqlarına calaq etmək yolu ilə vəziyyətdən çıxmağa başladı. Komandanın oyunundakı enişi dayandırmaqda kifayət qədər uğurlu nəticələr alındı, köpü yatmış azarkeş ümmanımız da kükrəməyə başlamışdı. Kubok və vitse çempion pilləsi, bərkgedənlərin arzuolunmaz məqamlarda məyus edilməsi, bizim reallıqda həqarət kimi qəbul edilən kreativlik elementləri böyükkişiıərin üskük tutumlu səbir fincanlarını daşdırdı, artıq müxtəlif istiqamətlərdən eyni zamanda edilən oyundankənar həmlələrə sinə gərmək lazım gəldi. Burada komanda daxilində də nankorlar bəzən baş, bəzən də əks qütbdəki ətraflarını qaldırıb endirməyə başladılar, necə deyərlər əğyarın işinə yarın yarıması yaman kökə saldı bizi. Bax elə buradan başlayırdı mübarizə, məşqçi eyni zamanda həm komandanın arenada duruşunu qorumalı, həm də müdaxilələri dəf etməli idi. Mirçə müəllim, “умный в гору не пойдет, умный гору обойдет” qaydasını üstün tutub dağlar aşmaqdan vaz keçdi. Yazılanlara inansaq, özünün deməsindən belə çıxır ki, ikinci dəfə eyni yerdə batmamalıdır. Təki belə olsun.

     
  8. TELMAN

    SALAM HORMETLI AZERKESLER.MENE ELE GELIR KI REDNIKIN GELISINDEN SONRA NE REDNIK OZU IMKAN VERER KI,ONA GARSI TORBA EMELIYYATI BASLANSIN NE DE BIZ BUNA IMKAN VERMERIK. BU GEDER AZERKES SEVGISINI GAZANA BILEN ADAMA NECE BOHTAN ATILA BILER.BU SEVGI GELBDEN DOGAN HEGIGI SEVGIDIR.BU SEVGINI GORUYUB SAXLAMAGA BIZIM BOYUK AZERKES ORDUMUZ VAR VE BU ORDU GUNU GUNDEN COXALMAGDA DAVAM EDECEKDIR.GOZU GOTURMIYENLER TEZLIKLE BUNUN SAHIDI OLARLAR.MIRCA REDNIK CENUBLULARIN UREYINI FETH EDE BILIB VE BU SEVGI GARSILIGLIDIR.GORUN BUTUN SAYTLAR REDNIKE GARSI OLAN SEVGIDEN DANISIR.GOZU GOTURMIYENLERE ISE MEN BU SOZLERI DEMEK ISTEYIREM,,HEGIGET OZU OZUNE GARSI FIRTINALAR GOPARIR KI,TOXUMLARI UZAGLARA SEPELENSIN,, SIZ GOZU GOTURMEYENLER BUNUN GABAGINI ALA BILMEYECEKSIZ.

     
  9. ARSAD ASTARA

    axsaminiz xeyirli olsun Doktor ve Xezer Lenkeran azerkesleri.coxdandir ki serh yazmasamda bu iki sayti(bosman ve 12ci oyuncu)hamise izleyirem.kamandanin inkisafini istemiyenler artiq buynuzlarini cixardiblar.eger o dahinin gelmesini isteyirikse onda hemise calismaliyiq.en azindan stadionun etrafina yigisaraq Redniki sesliye bilerik.her halda Mirhafiz bey siz daha yaxsi bilersiz.
    *****
    Hər vaxtınız xeyirli olsun, Arsad bəy! Dahi Redniki komandamızın başında görmək üçün etik və sivil yollardan istifadə mümkündür ki, bunun biri də siz deyən variantdır. Biz də həmin deyilən çərçivədə işlərimizi davam etdiririk. Təki yaranmış bu tarixi şəraiti komandamız naminə dəyərləndirə bilək.

     

Şərh əlavə et


altı − = 4