Buradasınız Əsas » Rəylər » XXX turda “Bakı” ilə oyunda “Xəzər Lənkəran”ın qapısına 5 penalti təyin olundu
  • Bookmark and Share

XXX turda “Bakı” ilə oyunda “Xəzər Lənkəran”ın qapısına 5 penalti təyin olundu 

yasil-ag_dunya2ci

Dünən və bu gün XXX turun oyunları keçirilirdi. Dünən əvəzedicilərimizin “Bakı” ilə 3-1 məğlub olduğu oyununu şərh edərkən qapımıza vurulan hər üç qolun penaltilərlə olduğunu xüsusi diqqət çəkərək vurğulamışdıq. Bu xüsusi vurğunun təsir dairəsinin əsas komandaların oyununa da sirayət edəcəyini sanki bilirdik deyə buna əlahiddə diqqət yetirmişdik.

Budur əsas heyətlərin bu günki oyununda, birinci hissədə 0-2 öndə olan “Xəzər Lənkəran”ın qapısına, ikinci hissədə ardıcıl iki penalti təyin etməklə, hakim hesabı bərabərləşdirmiş oldu. XXX turda üçü əvəzedicilərimizin, ikisi isə əsas heyət komandamızın qapısına olmaqla bir komanda beş penalti zərbəsindən beş qol vurdu. Dünya futbol tarixində, bir turda bir komandanın  qapısına beş penalti zərbəsindən beş qol vurulması hadisəsi (penaltilər seriyası deyil, əsas oyun vaxtında) olmamışdı ki, bu da Azərbaycanda qeydə alındı.

Bu faktı rəsmiləşdirərək UEFA və FİFA-ya göndərməyimiz lazımdır ki, onlar da bunu ilk belə tarixi hadisə kimi “Ginnesin Rekordlar Kitabı”na təqdim etsinlər. Hər halda bununla futbolumuz da həmin rekordlar kitabında yer almaqla, dünya futbol tarixinə öz töhfəsini vermiş olar. Bu penaltilərin nə qədər haqlı olmasına yəqin ki, AFFA, PFL və HK də əmin olmalıdır. Əgər düzgünlüyünə əmindirlərsə, onda ölkə futbolunda belə bir göstərici ilə onlar özləri təşəbbüskar olmalı və dediyimiz kimi bu faktı UEFA və FİFA xəttiylə Ginnesin Rekordlar Kitabına salmağa nail olmalıdırlar.

Əgər ölkəmizin yuxarıda adları çəkilən futbol qurumları futbolumuzun inkişafı üçün səy göstərirlərsə, bunu, yəni dünya futbolunda baş vermiş bu ilk, nadir hadisəni Ginnesin Rekordlar Kitabına saldırmaqda mütləq maraqlı olmalıdırlar. Yox, əgər bu yöndə fəaliyyət göstərməsələr onda ölkə futbolu onları maraqlandırmır.

Keçək “Bakı” ilə oyunumuzun qısa şərhinə. Dünənki əvəzedicilərin oyununu da qısa şərh etmişdik. Bu gün əsas heyətlərin oyununda “Xəzər Lənkəran” oyuna çoxlarının gözləmədiyi tərzdə başladı və nəticəni də gördü. İlk hissəni böyük əzmkarlıqla  keçirən komandamız meydanın hər bir yerində görünür, hər qarış uğrunda mübarizə aparırdı. Rəqibi tamamilə oyundan təcrid edən “Xəzər Lənkəran” bu döyüşkənliyi hesabına iki qol vurmağı da bacardı ki, əslində bir neçəsini də boşa vermiş oldu. Görmək istədiyimiz komandanı cəmi 45 dəqiqə bizə yaşatdı. Bunun üçün əhsən! nidasını da izləyənlərin hamısı tərəfindən qazandı. Bu oyunu ikinci hissədə də davam etdirməli olan komandamız hakimliyin bu səviyyədə olduğunu bilərkən, təəssüf ki, hesabı qorumağa çalışdı ki, müdafiə taktikasında penaltilərin doğaçağı gün kimi aydın idi. Əgər ilk hissədə olduğu kimi əsasən qısa ötürmələrlə topu özündə saxlayıb hücum, ya da yarımhücum forması ilə oyunu mərkəzdə, qismən də hücumda futbolçuların qarşılıqlı ötürmə anlaşması keyfiyyətində davam etdirsəydi yəqin hakimin də penaltilərinə bəhanə verməzdi.

İstənilən halda son turlara nəzərən, komanda şəklində oyun, qarşılıqlı anlaşmalar, sürət, hər qarış uğrunda əzmkar mübarizəsinə görə komandamızı alqışlayırıq. Bunu bacardığını  əvvəllər də qeyd etmişdik və niyə son turları sönük keçirməsinə üzülmüş və haqlı tənqid etmişdik. Sən bunu bacarırsan “Xəzər Lənkəran” demişdik. Qoy bir oyunda sənin qapına beş yox, əlli penalti təyin edib ölkə, dünya rekordlarını təzələsinlər. Yetər ki, sən bizim üçün oyna! Biz səni belə sevmişik!

12 Şərh yazıya: XXX turda “Bakı” ilə oyunda “Xəzər Lənkəran”ın qapısına 5 penalti təyin olundu

  1. Zəfər Lerikli

    Bu sözləri həyacansiz oxumaq olmur.
    Qoy bir oyunda sənin qapına beş yox, əlli penalti təyin edib ölkə, dünya rekordlarını təzələsinlər. Yetər ki, sən bizim üçün oyna! Biz səni belə sevmişik!

    Bəli!-Sən bizim uçun oyna və qoy qapimizda penalti görək.Onuda görək ki ,sən oynayib uduzduruldun ki ,bu lazim idi futbol dəllallarina…

     
  2. Rakif

    Salam,Mihafiz bəy.Xlnın ilk hissədə göstərdiyi oyun heyrətamiz və alqışlanası idi.İkinci hissədə XLa qarşı Bakının oyunçuları yox hakim mübarizəyə başladı.İnsan nə qədər alçaq olar,nə qədər vicdansız olar.Fasilədə başqa bir hakim hakimlər otağına girib müəyyən müddət qaldıqdan sonra otağı tərk etmişdir.Hətta XL rəhbərliyi bu haqda öz narazılığını bildirmişdir………..
    *****
    Salam, Rakif bəy! Bunlar zatən dünənki oyundan da bəlli idi.

     
  3. Qabil

    Hörmətli DOKTOR! Məncə, artıq şərhə ehtiyac da yoxdur. Bu yazı elə bizim futbol başbilənlərinə gözəl “töhfə”dir. Mən də tərəfdarıyam ki, futbol klublarımızın avropalıların yaddaşında qala biləcək bir şey edə bilmədiklərini nəzərə alıb AFFA bir komandanın bir komandanın qapısına vurduğu 5-penaltini Ginnesin Rekordlar Komitəsinə gğndərsələr yaxşı olar. Əminəm ki, bu fakt Ginnesin Rekordlar Kitabına düşəcək və gələcəkdə heç olmazsa avropalılar futbolumuzu bu rekordla tanıyarlar.
    *****
    Qabil bəy, adam inanmır ki, bu reallıqda baş verib.

     
  4. Qabil

    MÜƏLLİM, “Bakı”ya gəldiyi ilk gündən həmişə hakimlikdəm şikayətçi olan Milinlo Pantiç nəhayət ki, bugünkü oyunun idarəçiliyindən razı qalıb. Təkcə M.Dənizli hələ ki, hakimlikdən çikayət etməyib. Deyirəm bəlkə M.Dənizli ümumiyyətlə Xaqaninin “virusları”ndan razıdır.
    *****
    Qabil bəy, inanmıram ki, Denizli hakimlərdən şikayətlənsə, onu razı salan olsun. Heç bizə hakim köməkliyi də lazım deyil. Buna oxşar hallar olanda komandamız olmasına baxmayaraq, elə ilk olaraq özümüz tənqid etmişik. Yetər ki, obyektiv olsunlar.

     
  5. Azərbaycanlı

    Birinci hissədə az qala oyunun videogörüntüsünü seyr etməkdən qısa müddətə imtina edib qoşulam oyun boyu komment yazanlara içimdən gələn bir nida ilə – “Aləm bilir sən bizimsən, Xəzər Lənkəran!” … nədənsə, gözlədim… sonra…sonrasını bütün aləm gördü…amma öz aramızda qalsın, komanda ikinci hissədə mənalı-məntiqli çalışmalardan xeyli çəkildi, hələ fiziki təzyiqi bir kənara qoyuram…
    *****
    Sizinlə razı deyiləm. El, aləm hər şeyi gördü. Bu necə aramızda qala bilər?

     
  6. Qabil

    DOKTOR,əlbəttə bizə heç bir hakim köməkliyi əsla lazım deyil. Sadəcə istəyimiz odur ki, oyunlar hakimlər tərəfindən düzgün idarə olunsun. Bu qədər haqsızlıqların müqabilində M.Dənizlinin gələn gündən ta indiyə kimi heç bir irad bildirməməsi Xaqani və onun dəstəsini get-gedə bir az da şirnikləndirir. Qorxuram kubok oyununda da onlar bildiklərini etsinlər.
    *****
    Qabil bəy, Denizli bunların mədəniyyət sahibi olduqlarını zənn edib, ehmallı tərzdə, yəni diplomatik tərzdə etirazını bildirir. Yəni aydın olan bir şeyi, deməməklə, lakin o barədə danışmaqla. Bunlar da özlərini başadüşməməzliyə vururlar. Türk demişkən:-“Tek ve net cavab”, belədir.

     
  7. R.S.

    Bu gün komandamın oyunundan razı qaldım .ikinci hissə Pfl-in idi .

     
  8. Rekord.az

    Gelun obyektivliyi itirmiyey 2-ci hisse XL oynamadi
    *****
    Biz bunu da yazıda qeyd etmişik. Xahiş edirik diqqətli olasınız. Fəqət bu heç də yalançı penalti qərarlarına haqq vermir!

    Sizin təbirinizcə desək: Əgər siz, Rekord.az saytını yaxşı işlətmirsinizsə, xəbərləri gec-gec yerləşdirirsinizsə, onda bu kiməsə haqq verir ki gəlib saytı (Oxu: “XL”-in qələbəsini) sizin əlinizdən alsın ki, siz əvvəllər yaxşı işləyirdiniz, amma son zamanlar (Oxu: II hissə) heç də yaxşı işlətmirsiz, verin bura saytı, qoy başqası işlətsin… (Oxu: “Bakı” xal qazansın)? Bu nə məntiqdir!?

    Sizin yazıda diqqət etmədiyiniz yerləri bir daha yadınıza salırıq: “Keçək “Bakı” ilə oyunumuzun qısa şərhinə. Dünənki əvəzedicilərin oyununu da qısa şərh etmişdik. Bu gün əsas heyətlərin oyununda “Xəzər Lənkəran” oyuna çoxlarının gözləmədiyi tərzdə başladı və nəticəni də gördü. İlk hissəni böyük əzmkarlıqla keçirən komandamız meydanın hər bir yerində görünür, hər qarış uğrunda mübarizə aparırdı. Rəqibi tamamilə oyundan təcrid edən “Xəzər Lənkəran” bu döyüşkənliyi hesabına iki qol vurmağı da bacardı ki, əslində bir neçəsini də boşa vermiş oldu. Görmək istədiyimiz komandanı cəmi 45 dəqiqə bizə yaşatdı. Bunun üçün əhsən! nidasını da izləyənlərin hamısı tərəfindən qazandı. Bu oyunu ikinci hissədə də davam etdirməli olan komandamız hakimliyin bu səviyyədə olduğunu bilərkən, təəssüf ki, hesabı qorumağa çalışdı ki, müdafiə taktikasında penaltilərin doğaçağı gün kimi aydın idi. Əgər ilk hissədə olduğu kimi əsasən qısa ötürmələrlə topu özündə saxlayıb hücum, ya da yarımhücum forması ilə oyunu mərkəzdə, qismən də hücumda futbolçuların qarşılıqlı ötürmə anlaşması keyfiyyətində davam etdirsəydi yəqin hakimin də penaltilərinə bəhanə verməzdi.”

     
  9. Rekord.az

    Bizim saytimiz cox gozel caliwir ve bizim ilk kredomiz ictimayata xeberleri duzgun catdirmag, kimese bu aci ve xowagelmez ola biler amma biz kredoni deiwmeriy!!!
    *****
    İndi biz Rekord.az saytına sorğu göndərərik. Bunu ilk şərhi cavablandırarkən etməliydik əslində. Hansısa saytın adından çıxış etmək bir məsuliyyətdir. Bunu biz aydınlaşdırarıq. Siz də bu məsuliyyəti hiss etməlisiniz.

     
  10. Qabil

    Axşamınız xeyir, MÜƏLLİM! Rekord.az adıyla saytımıza şərh yazan istifadəçi “Rekord.az” saytı adından danışırsa deməli jurnalist olmalıdır. Amma onun jurnalist olması şübhə doğurur. Çünki, yazdığı iki qısa şərhdə həm qrammatik, həm də düzgün qurulmayan cümlə səhvi var. Bu istifadəçinin “Rekord.az” saytına bəlkə heç aidiyyəti yoxdur?
    *****
    Salam, Qabil bəy! Bunları mən də nəzərə alaraq, “Rekord.az” saytına sorğu göndərmişəm. Cavab gələn kimi bu haqda bildiriş verəcəyəm.

     
  11. ŞAĞLASER

    admin bey ehval ruhiyrniz necdi?
    *****
    Çox sağ olun, hər şey yaxşıdır. “Qəbələ” üzərində sərfəli nəticədən sonra daha yaxşı olacaq, İnşallah!

     
  12. Mubariz

    Salam.Doktor dunya futbolunda udan komanda mu-dafie futboluna ustunluk verir.O demek deyilki, hakim haqsiz olaraq penal versin. On-da gerek ‘Inter’-in qapisina her oyun penal varilsin.Rekord.az-in nymayendesi eger futbol oynayibsa bilmelidir ki esassiz penal oyuncuya nece tesir edir.O oyektivlikden danisirsa niye indiye qeder AFFA-ni tenqid etmeye huneri catmir.Pul qazanmaq ucun acilan saytlara munasibet bildirmek lazim deyil.Onlar anti reklam olunmaqla qazqnc elde edirler.
    *****
    Salam, Mübariz bəy! Mən adıçəkilən sayta sorğu göndərsəm də hələ ki, cavab almamışam.

     

Şərh əlavə et


dörd + = 5