Buradasınız Əsas » Xarici Futbol » Dünya Çempionatı » XX Dünya Çempionatı Braziliya-2014ün Lənkəranla da əlaqəsi
  • Bookmark and Share

XX Dünya Çempionatı Braziliya-2014ün Lənkəranla da əlaqəsi 

Brasil-2014

Futbolsevərləri Braziliyada keçirilən Dünya Çempionatı “FİFA-2014”ün artıq başlama ərəfəsində olduğu münasibəti ilə təbrik etmək istəyirik. 1930-cu ildə Cənubi Amerika ölkəsi olan Uruqvaydan elə Uruqvay millisinin çempionluğu ilə başlayan və hər dörd ildən bir keçirilən çempionatı futbolsevərlər o qədər səbirsizliklə gözləyirlər ki, bunun nə vaxt başlayıb, nə vaxt sona çatdığını belə hiss eləmirlər. Başa çatmağını o qədər maraqla gözləyirlər ki, final oyunundan sonra, niyə belə tez qurtardığının iztirabın çəkməyə başlayır və həmin gündən də növbəti dörd ildən sonra keçiriləcək çempionatı gözləməyə, günləri saymaqla davam edirlər. Düzdü bu dörd il arada qitə çempionatları, ölkə və qitə klub turnirləri olsa da Dünya Çempionatı tamam başqa hisslərin məcmusudu.

Saytımızın “Xarici Futbol” bölməsində ilk, 1930-cu il Dünya Çempionatından başlayaraq ta bu günə qədər keçirilən çempionatların final videoları və çempionatların bütün oyunlarının hesabları, qolların neçənci dəqiqələrdə kimlər tərəfindən vurulmasına qədər sxematik olaraq göstərmişik. Hər çempionat haqqında da fərqli qaydaların tətbiqi, izahlı formada göstərilib.

Bu elə mövzudur ki, haqqında danışdıqca heç vaxt qurtarmaq bilməz. Bu Çempionat Azərbaycan və Lənkəran futbolsevərləri üçün də maraqlı məqamlar yox deyil. Burada dahi mütəxəssis Mirça Rednikin Lənkəran komandasında işlədiyi vaxt “Xəzər Lənkəran”a gətirdiyi Kosta-Rikadan olan və öz döyüşkən oyunu ilə yaddaşlarda qalan hücumçu Uinston Parksın yaddaşlarda qalması yəqin ki, təbiidir. Daha sonra öz gözəl oyunu ilə xatırlanan və Kosta-Rika futboluna marağı artıran bu futbolçunun gedişindən sonra, bu ölkədən digər hücumçu futbolçu Rendal Brenes də “Xəzər Lənkəran”a ümidlərlə gətirilsə də o özünü doğrulda bilməmişdi. Görünür ki, onu da Uinston Parks kimi döyüşkən vəziyyətə gətirmək üçün mükəmməl məşqçi işi lazım idi. Bu baxımdan təsadüfi deyil ki, dünya çempionatına Kosta-Rika da vəsiqə qazana bilmiş və Braziliyaya apardığı heyətdə, Azərbaycanda çıxış etmiş həmin Rendal Brenes də var.

Sayca 20-ci olan bu dünya çempionatında “D” qrupunda Uruqvay, İngiltərə və İtaliya milliləri ilə yarışlara qoşulacaq Kosta-Rika millisi özü ilə dörd hücumçu aparıb ki, bunlardan da biri həmin Rendal Brenesdir. Digər üç hücumçu isə bunlardır: Bryan Ruis (PSV, Hollandiya), Joel Kempbell (“Olimpiakos”, Yunanıstan), Markos Urenya (“Kuban”, Rusiya). Qeyd edək ki, Rendal Brenes öz ölkəsinin “Kartagines” klubunda çıxış edir.

4 Şərh yazıya: XX Dünya Çempionatı Braziliya-2014ün Lənkəranla da əlaqəsi

  1. MALIK

    Cox ozel xeberdir.. Rendal Brenes tamamiile yadimdan cixmisdi, ve cox hevesle ona azerkeslik edecem…

     
  2. MALIK

    Bu fakti BOSMAN-fk ve, onun sayiti gorub. Bununlada gosterib ki, LENKERAN futboluna nece diqqet ayirir..

     
  3. saglaser

    Dünya Çempionatı’na son 1 gün qalıb.

    Favortiniz kimdir?
    *****
    Yenə, köhnə qurdlardan biri. Özüm İspaniya futboluna çox vurğunam. Həm də Afrika komandalarının təəssübkeşiyəm, Nigeriya, Kamerun və sair.

     
  4. Tənqidci

    Hər vaxtiniz xeyir!.Dunya çempianatinin başlanmasi munasibətilə butun futbolla maraqlanan sayt istifadəçilərini təbrik edirəm.Mənim fovaritim Almaniyadir.Amma musəlman ölkələrin oyunlarina maraq görsədirəm.
    Kaş Azərbaycanda dunya çempianatinda iştirak edəydi.Heyətdədə “Xəzər Lənkəran” kamandasinin oyunçulari olaydi.Kaş!-Ona görə kaş ki ,maddiyyatina görə dost olanlarla bu mumkun olmayacaq.

     

Şərh əlavə et


səkkiz − 3 =