"Xəzər oğlu Mustafa bəy!"

Ötən yazılarımızın birində Mustafa Denizlinin “Xəzər Lənkəran”a gəlişinə münasibət bildirmişdik: “Mustafa Denizlinin seçimi komandanın tələbatlarına cavab varir. Düzdü onun gəlişi ilə klubda idarəetmə mexanizmi dəyişməyəcək. Amma uzun müddət Türkiyə futbolunun izləyicisi kimi deyə bilərik ki, Mustafa Denizli çox təcrübəli, sınaqdan çıxmış bir mütəxəssisdir. O, Türkiyə futbolunda ağsaqqal bir şəxsdir. Təmkinli və özünə hörmət qoyması ilə seçilir. Özünə hörmət qoyan, işinə də hörmət qoyur əlbəttə. Hər məşqçinin adı müəyyən dedi-qodularda hallansa da, Mustafa bəyin adının hallanmasının şahidi olmamışıq. Ehtiyatlı, ağıllı futbol oynatmağı sevən, müdafiəsinin qayğısına qalaraq, hücumu düşünən, yüngül hücumlara meyl göstərməyən, əsl total futbol sərgiləyən bir komanda qurucusudur. Bütün bunlarla bərabər məntiqi olaraq, nəticə verən bir mütəxəssisdir. Daha bir üstunlüyü də İstanbul nəhənglərindən başqa, orta səviyyəli komandaları çalışdırma təcrübəsi var ki, bu gün “Xəzər Lənkəran”ın sükanı arxasına keçərkən bu çox vacib amildir. Bəzi azarkeşlərimiz xüsusən C. B. Toşakdan sonra yaşlı, enerjisi tükənmiş adam kimi qiymətləndirirlər. Lakin belə azarkeşlərimiz gərək bu amilə görə ruhdan düşməsinlər. Çoxunun yaxşı tanıdığı Rednikin həmyerlisi olan Mirça Luçesku hazırda Donetsk “Şaxtyor”u ilə uğur qazanmaqda davam edir. Ondan əvvəl isə “Beşiktaş” və “Qalatasaray”da uğrlu işi ilə yadda qalıb ki, bu gün həmin azarkeşlər bu mütəxəssisin komandamıza gəlməsinə ikiəlli razı olardılar. Mirça Luçeskunun 68 yaşı varsa, Denizlinin 64 yaşı var. Mirça Luçeskunu təsadüf misal gətimədik. Elə onun oynatdığı futbolla demək olar ki, Mustafa Denizlinin oynatdığı futbolun eynidir. Bir sözlə Mustafa bəyə, oynatdığı ağıllı futbola və şəxsiyyətcə hörmətli futbol adamı olduğuna görə, Türkiyənin Luçeskusu deyə bilərik.”
Məsələ rəsmiləşdikdən sonra indi biz onu ruhlandırmaq və bununla da komandamızı düşdüyü böhrandan daha tez çıxarmaqda yardımçı olmaq üçün, məşhur bir mahnıda “Kizir oğlu Mutafa bəy” əvəzinə, biz tribunalarda belə oxuya bilərik: “Xəzər oğlu, Mustafa bəy!”

4 thoughts on “"Xəzər oğlu Mustafa bəy!"”

  1. mustafa cox guclu bas mesqcidi onun taktikasi cox gucludur turkiyede hormet edilen guclu mesqci varsa biri fatih terim senol gunes bi de mustafa denizli ugurlar mustafa denizli

  2. Hörmətli DOKTOR, Salam! Bizim də istəyimiz odur ki, yazıda qeyd olunan kimi zəngin təcrübəyə malik olan Mustafa bəy, öz potensialından istifadə etməklə komandamızı düşdüyü bu bəladan xilas etsin. Göz gördüyündən qorxar deyiblər, mister Toşak komandamızı uçurumun lap ağzınacan sürüklədi. O da böyük təcrübəyə malik, dünyada sayılıb-seçilənlərdən idi. Amma “Xəzər Lənkəran”ımıza ziyandan başqa heç nə verə bilmədi. Təki Mustafa bəy ümidlərimizi doğrultsun, onda “Xəzər oğlu Mustafa bəy” mahnısını hamılıqla sevə-sevə oxuyarıq.
    *****
    Razıyam.

  3. TOSAK-MUSTAFA ne etmelidirki Qoyun-Nildo, Qoyun-Benahu qol epzodlarini hece cevirirler.Vallah XL-ni indiki duruma salan bu iki futbolcudur…. Nehlet olsun onlara

Comments are closed.