Buradasınız Əsas » Azarkeşlər » “Xəzər Lənkəran”lı olmaq…
  • Bookmark and Share

“Xəzər Lənkəran”lı olmaq… 

Rovsen Esedov

Şərəfdir, qürurdur bu adı daşımaq,

Doxsan dəqiqə üçün sərhədləri aşmaq, ölkələri dəyişmək,

Kənd-şəhər demədən stadiona axışmaqdır,

“Fırtınalar Meydanı”na tələsərək, axın-axın gəlməkdir,

Körpüyə çatdıqda isə daha çox həyəcanlanmaqdır Xəzər Lənkəranlı olmaq.

Pis-yaxşı gün demədən stadionda olmaq,

Yağışın-qarın, yayın-qışın fərqinə varmayaraq,

Aclığı, susuzluğu düşünməyərək,

Cibindəki son bir manatla bilet almaqdır Xəzər Lənkəranlı olmaq.

Ən çətin anlarda belə yalnız buraxmamaq,

Ən acı məğlubiyyətlərdə belə üz çevirməmək, sonunadək sahib çıxmaqdır,

Daha çox bağlanmaq, daha çox sevməkdir Xəzər Lənkəranlı olmaq.

Qarşılıqsız, ölümünə sevməkdir, aşiq olmaqdır,

Vəfadır, sadiqlikdir, son nəfəsədək bağlılıqdır,

Ağ-yaşıl rənglərlə nəfəs almaqdır Xəzər Lənkəranlı olmaq.

Oyundan öncəki gecə həyəcandan yata bilməmək,

Doxsan dəqiqə susmamaq üçün səbirsizliklə gözləmək,

Səhər açılınca isə oyun başlasın deyə dəqiqələri saymaqdır,

Saatlar öncə tribunada yerini almaqdır Xəzər Lənkəranlı olmaq.

Qışın dondurucu soyuğunda tribunada coşmaq,

Yayın od saçan günəşiylə tribunada yanmaq,

Mübarək orucunu belə tribunada açmaqdır Xəzər Lənkəranlı olmaq.

Tətili də, məzuniyyəti də “Xəzər”ə görə planlamaq,

İstirahətim də, əyləncəm də “Xəzər”dir deyə bilməkdir Xəzər Lənkəranlı olmaq.

Səfər oyunlarında rəqibdən çox olmaqdır,

Rəqib meydanlarını da Lənkəran bilməkdir,

Ağlamaqdır, sevinməkdir, gülməkdir Xəzər Lənkəranlı olmaq.

Şərəfinlə oynayıb haqqınla qazanmaqdır,

Qürurlanmaq, fərəhlənmək, başı uca olmaqdır,

Qalib olan günlərdə sevinc göz yaşları tökməkdir,

Məğlub olduğu oyunda isə meydanı başıaşağı tərk edən futbolçusunu,

Öz ürəyi qan ağlamasına rəğmən “hər zaman sizinləyik” deyib alqışlamaqdır,

Sonadək dəstək olmaqdır Xəzər Lənkəranlı olmaq.

Bax budur Xəzər Lənkəranlı olmaq…

Hər kəsin yaşaya bilməyəcəyi, yaşayanların qürur duyduğu,

Yaşamayanların isə bu qürurdan məhrum olduğu şahanə bir duyğu…

rosvshen-esedov-plakat

Rövşən Əsədov 

 

Mənbə: 12cioyuncu.info

Şərh yazıya: “Xəzər Lənkəran”lı olmaq…

  1. Qabil

    Hamınızı Salamlayıram! Rövşən qardaşımızın “Xəzər Lənkəran” haqqında yazdığı hər bir cümləsi elə-belə deyilmiş söz yığınına bənzəmir. Mən bu yazını oxuyanda bir daha əmin oldum ki, “Xəzər Lənkəran” sevgisi görün nə qədər saf, pak,təmiz qəlbli insanlarımızın ürəyində özünə əbədi məskən salıb. Rövşən özü bu sevgiyə canlı nümunədir.

     

Şərh əlavə et


yeddi − = 0