"Xəzər Lənkəran"ın yeni baş məşqçisi, Mirça Rednik oldu

Komandamızın yeni baş məşqçisinin adı müəyyənləşib. Mirça Rednik, Rumıniya və Belçika vətəndaşlığı daşıyır.
Mirça Redniklə müqavilə bu gün Türkiyədə, məşhur İstanbul şəhərində imzalanıb.
“Xəzər Lənkəran” klubu və rumıniyalı məşqçi arasında iki illik müqavilə imzalanıb.
Onun futbolçu karyerasına nəzər saldıqda, Mirça Rednik 9 aprel 1962-ci ildə Hunedoarada anadan olub. Müdafiəçi olan Mirça Rednik, karyerası ərzində vətənində “Korvinul”, “Dinamo” (Buxarest), “Rapid”, Belçikanın “Standard” və “Sent-Trüden”, Türkiyənin “Bursaspor” klublarında forma geyinib. Bir şeyi də nəzərinizə çatdırmaq istərdik ki, Rednik son Türkiyə çempionu olan “Bursaspor” klubunda o, vaxtlar Türkiyənin məşhur futbolçusu Hakan Şükürlə birlikdə top qovub.
Mirça Rednik, Rumıniya millisində 83 oyun keçirib və iki  qola imza atıb.
Mirça Rednik, məşqçi karyerasına 2000-ci ildə “Rapid”də başlayıb. Daha sonra iki dəfə Buxarest “Dinamo”sunun, bir dəfə “Bakau”nun, bir dəfə “Universiteta Krayova”nın, bir dəfə “Vasluy”un baş məşqçisi olub. 2004-cü ildə Səudiyyə Ərəbistanın “Əl-Nəsr” klubunu çalışdıran Rednik 2009-cu ildə Rusiyanın “Alaniya” klubuna başçılıq edib.
2002/03 “Rapid”lə Rumıniya çempionu, bir il sonra bürünc mükafat qazanan Rednik 2006-2007 və 2008-2009 mövsümündə Buxarest “Dinamo”su ilə  eyni uğura imza atıb.
Arxiv: Bosman.at.ua