Buradasınız Əsas » Xəbər » “Xəzər Lənkəran”ın müdafiəçisi Alvaro Silvanın müsahibəsi
  • Bookmark and Share

“Xəzər Lənkəran”ın müdafiəçisi Alvaro Silvanın müsahibəsi 

alvaro-silva-

“Xəzər Lənkəran”ın müdafiəçisi Alvaro Silvanın müsahibəsi

 

– Topaz Premyer Liqasının VIII turunda “İnter”ə məğlubiyyəti necə şərh edərdiniz?

– Biz çox yaxşı oynadıq. “İnter” isə cəmi bir şans qazandı. O da qol oldu. Bundan sonra 80 dəqiqə ancaq vaxt apardılar. Bizim isə xeyli şansımız oldu. Amma heç nə, istifadə edə bilmədik.

 

– Qol şansları yaratsanız da, istifadə edə bilmirsiz. Necə fikirləşirsiz, hücum xətti zəif çıxış etmirmi?

– Bizim ən böyük problemimiz şanslarımızdan istifadə edə bilməməyimizdir. Oyun ərzində bu qədər qol imkanları yaradırıq, amma sonra ya məğlub oluruq, ya da heç-heçə edirik. Hücumda da super oynayırıq. Sadəcə, son vuruş çatışmır. Müdafiədə də yaxşı oynayırıq. Amma rəqib yaratdığı bir şansı qola çevirir.

 

– O zaman bu məğlubiyyəti qapıçı Orxan Sadıqlının ayağına yazmaq olar?

– Yox, elə demək olmaz. Bir gün mənim səhvimdən qol vurarlar, bir gün başqasının. Bu futboldur və belə hallar olur. Təkcə, Orxanı günahlandıra bilmərik. Uduzmuşuqsa, deməli, bütün komandada günah var.

 

– Komandanız “qara zolaq”dan çıxa bilmir, yoxsa cari mövsüm bəxtsizlik sindromu hələ də davam edir?

– Biz şanssızıq. Amma həmişə bəxtsizlik deyə bir şey yoxdur. Bu “qara zolaq”dan mütləq çıxmalıyıq. Bəxt tilsimini qırmalıyıq.

 

– Bəs, qol vurmamağa səbəb nədir?

– Siz oyuna baxdınızmı? Biz bir səhv etdik və məğlub olduq. Bir gün bəxt bizim tərəfə keçəcək və asanlıqla qələbə qazanacağıq. Rəqibin şansı oldumu? Biz “İnter”lə 10 dəfə oynasaq, doqquzunda qələbə qazanarıq. Bizim növbəti oyunda mütləq qələbəyə ehtiyacımız var. “Rəvan”la görüşdə iddiamızı sübut edəcəyik.

 

– “Rəvan”la qarşılaşmada qalib gələ biləcəksiz?

– Şanslarımızdan istifadə etsək, böyük hesablı qələbə qazanarıq. Biz çox güclü hazırlaşırıq. Hər şey dəyişəcək və “Xəzər Lənkəran” çempionluğa doğru gedəcək.

 

Mənbə: millifutbol.az

 

2 Şərh yazıya: “Xəzər Lənkəran”ın müdafiəçisi Alvaro Silvanın müsahibəsi

  1. Zefer Lerikli

    Qol veziyyeti yaradib ,qapiya duzgun zerbe vurmaqa taqeti qalmayan oyunculara bext neynesin?.Mbilla hec bilinmir mudafiecidir yoxsa yarimmudafieci!-Meydanin her yerinde can qoyan oyuncu zedelendi.Bunun sebeblerinden biride oyuncunu yerinde oynatmamaqdir.Revan deyesen gozunuze siradan bir kamanda gorunur.Mudafiede oynayib, yene sehflerinizden yararlanmaqa calişarlar.Bu Toşakin taktikasindan ve oyuncu secib yerleşdirmeyinden hecne anlamiram.Birde o meşqci, mense azarkeş.Burda teccublu ne var ki?
    *****
    Məntiqli yanaşmadır!

     
  2. Qabil

    Ağasəlim Mircavadovdan və Mirça Rednikdən görmüşdük ki, qələbə qazanmaqdan ötəri oyunun gedişində dəfələrlə taktiki gedişləri dəyişməklə qələbəni təmin edirdilər. Toşakın isə oyun taktikasından indiyə kimi heç nə baç açmaq olmur. Oyunun gedişatında dönüş yaratmaqdan ötəri etdiyi əvəzetmələrin heç bir effekti olmur. Güclü oyunçunu çıxarıb yerinə ondan zəifini saiır. “İnter”lə oyunda biz bunun şahidi olduq. Oyunçulara gəldikdə isə hər bir oyunçu taktikasız öz güclərinə oynayırlar.

     

Şərh əlavə et


səkkiz + 3 =