Buradasınız Əsas » Xəbər » ?! ?! ?! ?! ?! ?! ?! ?! ?! ?!
  • Bookmark and Share

?! ?! ?! ?! ?! ?! ?! ?! ?! ?! 

Sual_Nida

Nəhayət, komandalar yoruldular və qış fasiləsinə çıxmağa qərar verdilər. Dörddövrəli sistemlə keçirilən çempionatda iki dövrəni “yorulmadan yola verən” komandamız, belə demək mümkünsə, azarkeşlərimizi nəinki yordu, tarixində son illərin üzüntüsü ilə türk demişkən çıldırtdı. Türkün sözü, çıldırtdı demişkən, Mustafa Denizli ilə Oğuz Çetinə komandamızın məşqçilər korpusunun, tapşırılması yada düşdü. Düşdü demişkən, Con Benjamin Toşakın “Xəzər Lənkəran”ın baş məşqçi postundan düşməsi də yada düşür. Bu dahilərin əlində avara qalan “Xəzər Lənkəran”, bəlkə əksini desək daha düz alınar, “Xəzər Lənkəran” möcüzəsinin əlində avara qalan bu dahi məşqçilər, elə bil tilsimə düşürlər…

Hə, orda qalmışdıq ki, komandalar qış fasiləsinə çıxmağı qərara alıblar. Əslində son illər komandamızın qış fasiləsinə, qış yuxusu da demək olar. Komandamız nəinki təbiətin bəzi qanunauyğunluğu kimi qış yuxusuna gedir, hətta iki ildir ki, elə yayda da yatır. Yayın istisində əziyyət çəkənlər, qışda bu əziyyətin bəhrəsini görərkən, biz yayda da yatmış olduğumuzdan, qışda ayılıb nə ilə məşğul olmalıyıq ki?.. Elə şirin yuxu hamısından qəşəngdir deyib, gözümüzü azca açıb, təzədən yuxulayırıq.

Əslində, əvvəllər bizim öz işgüzarlığımız var idi. Yayı-qışı nəinki yatmazdıq, var gücümüzlə işləyərdik. Heç yoruldum deyənimiz də olmazdı. Bilmək olmur qocaldıq, nədi? Bununla razılaşmasaq da, deyilənə görə 10 yaşımız var. 10 ilə də qocalmaq olar? Bizim hələ həyatda pərvazlanan vaxtımız gərək olsun. Yoxsa ki, nə qocalmaq? Düzdü, komanda öz azarkeşlərini və sahibini bu 10 ildə bəlkə də, 100 ilə bərabər qocaldıb. Amma ötənlərdən düzgün nəticələr çıxarılsa, fərəhlənməyə nə var ki, fərəhlənməksə, insanı bir anda cavanlaşdırır.

Cənab Toşak gələndə, yerli bazar məhsullarına üstünlük verməyi qərara almışdı. Supermarket mallarını bahadır deyə, məsləhət görmürdü. Daha fikirləşmirdi ki, yerli məhsullar ya zaydır, ya da Supermarketdəkindən çox geri qalmasına baxmayaraq, babatı iki-üç dəfə bahadır. Elə ondansa, Supermarket malı daha yaxşıdır. Supermarket demişkən, bu çətinliklərə baxmayaraq, kişi Superkuboku alıb bizə verməyi də bacarmışdı. Kişinin məşqçilik karyerasına baxdıqda elə ona “Kubok Toşak” da deyə bilərik Toşakdan bizə miras qalan tək Superkubok deyil. Ondan bizə miras qalan Nikola Qliqorov, Junior Nildo və Zohair Benouahi də yaddaşlarda qalmaqda davam edir.

İndi Mustafa hoca da bu üçlüyü sevməyi heç cürə bacarmayan azarkeşlərə, onlara sahib çıxmağı, mətbuat konfranslarının birində demişdi. Bu üçlük “Xəzər Lənkəran”ın indiki səviyyəsinə uyğun gəlsə də, komandanın nə adına, nə də arzularımızın komandasına uyğun deyil. Bu üçlük komandada qalarsa, bu böyük ümidlərlə “Xəzər Lənkəran”ın  sükanı arxasına gətirilmiş, həqiqətən təcrübəli və döyüşkən komanda qurmağı bacaran və faktiki nəticə verən Mustafa bəylə azarkeşlər arasında inamsızlıq əmələ gətirəcək və vaxt getdikcə bu inamsızlıq, uçuruma çevriləcək. Son illərdə belə uçurumun dərinliyi oyun zamanı “Fırtınalar Meydanı”nın tribunalarında da böyük ölçüdə hiss olunmaqdadır.

Mustafa Denizli bir professional mütəxəssis kimi bunları anlamamış deyil. Son illərin yay və qış transfer dönəmlərini boşa verməkdə ya məşqçi səriştəsizliyi, ya da klubun para limiti bərbad hal yaradıb. Bu bərbad halın yaşanması üzündən komanda böhrana düşüb və hələ ki, çıxa bilmir. Mustafa Denizli kimi bir mütəxəssisin gəlişi ilə bu böhhrandan çıxmaq üçün münbit şərait yaranıb. Yetər ki, onun istədiyi komandanı qurması yolunda klubun sahibi ona tam yardımçı olsun. Ümidlərimiz bu qış transferi ərəfəsində yeni komandanın qurulmasına çox böyükdür. Azarkeş hayqıraraq və için-için sızıldayaraq bunu deyir, zamanı, fürsəti boşa verməyin!

2 Şərh yazıya: ?! ?! ?! ?! ?! ?! ?! ?! ?! ?!

  1. Zefer Lerikli

    Muəllim salam!-Son zamanlar fasilə yaranandan bəri azarkeşlərimiz məlumatsizliqdan,həmcinin gizlin gedən proseslərdən cox narahat olurlar.Bu bir tərəfdən başa duşulən olsada buna səbrimiz qalmayib.Səbəb isə aydindir,biz hər işimizlə öndə getmək istəyirik və idmanimiza daha cox fayda vermək istəyirik.Cox təssuf ki ,dunya malina hərislik hissləri baş bilənlərə bu zövqu duymağa imkan vermir.Dekabirin 31-i dunya azərbaycanlarin həmr”əylik bayramidir.Həmcinin İslam aləmində əlamətdar bir gundur.Kimsə həmin gunu necə kecirdirsə,öz işidir.Lakin rus təqvimi ilə gələn və hələdə bu təqvimlə yaşayanlardan haqq və ədalət istəyirəm.Haqli mubarizə,haqli rəqabət və gözəl dunya istəyirəm.XL-kimi bir azarkeşə layiqli klub və kamanda istəyirəm.Bu boyda azarkeşi qoyub dunya malina görə kiməsə arxayin olub haqqi itirməməyi istəyirəm.Cox istəmədim ki…
    *****
    Salam, Zəfər bəy! Sizin “çox istərdim ki…” arzularınıza biz də həmişə tərəfdar olmuşuq. Allahdan təvəqqemiz budur ki, dünya malına hərislik edənləri, yavaş-yavaş şan-şöhrət hərisi etsin ki, onlar “Xəzər Lənkəran”ın Avropa zəfərlərinə köklənib, şan-şöhrətlərini bu tanınmış, köhnə qitədə tanıtmaq həvəsinə düşsünlər.

     
  2. Qabil

    Hörmətli DOKTOR! Yazıya görə çox sağ olun. Mən elə bilirəm son illər “Xəzər Lənkəran”ın düşdüyü vəziyyətdən çıxarmaq üçün hər yeni gələn baş məşqçinin ilk aylarında münbit şərait yaranıb. Sadəcə Yunis Hüseynov, Bakes, C.Toşak yaranmış şəraitdən səmərəli istifadə etməyiblər. Əsasən transfer siyasətində buraxılan səhvlər hər üç baş məşqçinin istefasıyla nəticələnib. İndi növbə M.Dənizlinindir və hələ ki, transfer işləri köhnə senari üzrə gedir. Bir dahi göndərildi yerinə bir dahi gətirildi. Yazdığınız cümlənin əksi daha düz alınır, yəni “Xəzər Lənkəran” möcüzəsinin əlində avara qalan bu dahi məşqçilər, elə bil tilsimə düşürlər” kimi qəbul etmək daha məqsədəuyğundur. Kimin deyimi olduğunu xatırlamıram, sitat olduğu kimi yadımda qalıb, “Futbol yuxarıda oturanlar üçün əyləncə, bizlər üçünsə işgəncədir”.
    *****
    Fikirlərinizə görə təşəkkür edirik, Qabil bəy!

     

Şərh əlavə et


− iki = 6