Buradasınız Əsas » Xəzər Lənkəran » “Xəzər Lənkəran” XVIII tura doğru
  • Bookmark and Share

“Xəzər Lənkəran” XVIII tura doğru 

XL-emblem 3D

Premyer Liqanın XVII turu çərçivəsində dekabrın 15-də “Rəvan”ı minimal hesabla məğlub edən “Xəzər Lənkəran” istirahətsiz məşq edəcək. Komandamız dekabrın 16-da saat 16:30-da oyunsonrası bərpa məşqini keçirəcək. Bu isə o deməkdir ki, futbolçular yalnız hazırlıq prossesinin başlama saatına qədər istirahət edə biləcəklər. Dekabrın 17-də və 18-də isə iki gün ardıcıl olaraq instensiv məşqlərlə komandamız ilin son matçı olan “Sumqayıt”la oyuna hazırlaşacaq. Dekabrın 19-da oyunöncəsi son məşqini keçirəcək “Xəzər Lənkəran”, ertəsi gün dekabrın 20-də (XVIII tur) “Fırtınalar meydanı”nda “Sumqayıt” klubunu qəbul edəcək. Sarı vərəqə limitini dolduran kapitan Rahid Əmirquliyev 2013-cü ilin son qarşılşamasını buraxmalı olacaq.

Mənbə: 12cioyuncu.info

Şərh yazıya: “Xəzər Lənkəran” XVIII tura doğru

  1. Qabil

    “Rəvan”la minimal hesablı qələbə bəzi azarkeşlərimizi qane etməmişdi. Bir çoxlarıyla söhbətdə iddia edirdilər ki, “Xəzər Lənkəran” “Rəvan”a ən azı üç top fərqiylə qalib gəlməliydı. Onlar unudurlar ki, bu Toşakdan miras qalan, ardıcıl məğlubiyyətlər və heç-neçələr qazanan, 15-oyuna 45-mümkün xaldan 15-xal yığan həmən komandadır. M.Dənizli isə komandanı məcburən nəticəyə oynamağa kökləyir. “İnter”lə və “Rəvan”la belə idi və “Sumqayıt”la da belə olmalıdır. Çünki, 3-4 qol vurmağa can atıb öz qapısından top buraxmaqdansa, bir qol vurub üç xalı qorumaq və xala böyük ehtiyacı olan komandamızın indiki durumunda sərfəlidir. Mustafa bəy qış fasiləsində komandanı istədiyi kimi komplektləşdirər, biz də onda İnşallah parlaq qələbələr görə bilərik.
    *****
    Zamanın tələbi, bu dəqiqə siz deyən kimidir, Qabil bəy!

     

Şərh əlavə et


4 − = iki