"Xəzər Lənkəran" və "Araz-Naxçıvan"ın Lənkəranda, birgə İlaxır Çərşənbəsi

Hər dəfə ilaxır çərşənbədə azarkeşlərimiz “Xəzər Lənkəran” komandasını ziyarət edir və futbolçulara bayram sovqatı aparırlar. Əldə olunan məumata görə bu ilki çərşənbə axşamı da maraqlı anlarla yadda qalıb. Belə ki, fəal azarkeşlərimiz ənənələrinə sadiq qalaraq klubun bazasına gedib futbolçularımıza bayram sovqatlarını təqdim ediblər. Daha sonra isə fəal azarkeşlər klub rəsmiləri ilə birgə Lənkəranın “Qala” otelində məskunlaşan “Araz Naxçıvan” komandasını təbrik etmək üçün otelə yollanıblar. Qonaq komanda axşam yeməyi zamanı süfrə arxasına keçər keçməz “Xəzər Lənkəran” azarkeşlərinin və klub rəsmilərinin nümayəndələri Muxtar Respublika təmsilçisinin ziyarətinə gəliblər. Özləri ilə klubun hazırladığı xonçaları gətirən “ağ-yaşıl” elçilərimiz Naxçıvan klubunun üzvlərini il axır çərşənbə münasibəti ilə təbrik edərək qonaqlara cənub qonaqpərvərliyini nümayiş etdiriblər.
Mənbə: “12cioyuncu.info”