Buradasınız Əsas » Azarkeşlər » “Xəzər Lənkəran” klubunun rəhbərliyinə
  • Bookmark and Share

“Xəzər Lənkəran” klubunun rəhbərliyinə 

azarkesh dolu tribunalar

Komandamız son illərin uğursuz seriyalarını arxada qoymaq əzmindədir. Son iki turun ev və səfər matçlarında göstərdiyi oyun tərzi, əzmkarlıqla qazandığı qələbələr, artıq qara zolaqdan çıxmaqda olan komandamız üçün böyük stimuldur. Əlbəttə buna son transferlər, məşqçilər korpusunun genişləndirilməsi nəticəsində  gücləndirilməsi, komandada nizam-intizamın bərpası yönündə görülən işlərin nəticəsi müəyyən əhəmiyyətli rolunu oynayıbsa, bu müvəffəqiyyətdə azarkeşlərimizin də böyük payı var. Onlar komandamızın daim yanında olmuş və qələbələrində pay sahibi olmuşlarsa da, çətin günündə arxa və dayaq olmuşlar.

Təsadüfi deyil ki, bunu bütün ölkənin idman ictimaiyyəti həmişə qeyd edir. O cümlədən sabahkı oyunda azarkeş dəstəyinin roluna olduqca əhəmiyyət verən komandamızın baş məşqçisi Con Benjamin Toşak onları tribunaları doldurmaqla komandaya güclü dəstək verməyə çağırış etmiş və qazanılacaq qələbədə onların rolunu bir daha vurğulamışdır. Bu qələbənin komanda üçün olduqca vacib olduğunu qeyd edən Toşak nə vaxtsa “Xəzər Lənkəran” azarkeşini hətta “Liverpul” azarkeşlərinə bənzətmiş, hətta yaxşı mənada müəyyən fərqlərin olduğunu da qeyd etmişdi.

Məhz komandamız üçün belə əhəmiyyət kəsb edən azarkeşlərimizin müəyyən bir qismi vardır ki, onların maliyyə durumu komanda tərəfindən nəzərə alınmalıdır ki, onlar da sevimli komandamıza ilk dəqiqələrdən dəstək vermək üçün münasib qiymətə bilet alıb tribunalarda yerlərini ala bilsinlər.

Qoy əvəzedici komandamızın bu mövsüm göstərdiyi nailiyyəti azarkeşlərimizin dəstəyinə arxalanan əsas komandamız da təkrarlayaraq turnir cədvəlində liderliyə yüksəlsin.

“Bosman” fanklubu bizə müraciət edən belə azarkeşlərimizin xahişini sizə çatdırır və ümid edir ki, onların istəyi klub tərəfindən  nəzərə alınacaq. Əvvəlcadən təşəkkür edirik.

 

“Bosman” fanklubu             26 Sentyabr 2013.

7 Şərh yazıya: “Xəzər Lənkəran” klubunun rəhbərliyinə

  1. Qabil

    ALLAH SİZDƏN RAZİ OLSUN, “BOSMAN”!

     
  2. Rakif

    Salam.Mən də Mirhafiz bəyin dedikilərini dəstəkləlirəm.

     
  3. xl

    http://lankaranfc.com/az/fan-sector/fan-club/online-tv.html oyuna burdan baxa bilersiniz xezer inter oyununa

     
  4. xl

    hamimiz oyuna

     
  5. xl

    admin sizin fan klup oyuna gedecek?
    *****
    Bəli, fanklubumuz bu oyunda da olacaq! Amma ola bilər ki banner açılmasın

     
  6. xl

    indiye qeder stadionda nece min azerkes olar admin?
    *****
    Sualınızı konkretləşdirin. Bu oyunda, yoxsa ümumiyyətlə?

     
  7. Qabil

    Mirhafiz bəy! Sizin təmənnasız çəkdiyiniz o zəhmətə heyfslənirəm, çox heyif.

     

Şərh əlavə et


dörd + = 11