"Xəzər Lənkəran" daha bir transferlə gücləndi (Əlavə məlumat və Video)

Mövsümün ikinci yarısına hazırlaşan “Xəzər Lənkəran” növbəti transferini rəsmiləşdirib. Məlumata görə, cənub təmsilçisi makedoniyalı Deyan Blajevski ilə münasibətlərini rəsmiləşdirib.
29 yaşlı cinah yarımmüdafiəçisi ilə ilyarımlıq müqavilə imzalanıb. Ölkəsinin əsas yığmasında 2 matça 1 qol vuran Deyan komandasının 5-ci transferi olub. Ona qədər “Xəzər Lənkəran” Slavik Alxasov, Orxan Əliyev, Vyekoslav Tomiç və Tyeqonun keçidini rəsmiləşdirmişdi.
Qeyd edək ki, Blajevskinin son klubu vətənində “Turnovo” olub.
Mənbə: Apasport.az
Dejan Blazevski

“Transfermarkt”-dan və “Youtube”-dən əlavə məlumat və video “Bosman.az”-a məxsusdur 

12 thoughts on “"Xəzər Lənkəran" daha bir transferlə gücləndi (Əlavə məlumat və Video)”

  1. Salam Mirhafiz müəllim! Deyəsən axı Deyan Blajevski normal futbolçuya oxşayır. Video görüntülər də bunu deməyə əsas verir. Təki “Xəzər Lənkəran”ımıza xeyir verənlərdən olsun.
    *****
    Etame ilə anlaşa biləcəyinə şübhə etmirik. Amma ötürdüyü topları Nildonun boşa verəcəyinə, bir söz deyə bilmərik.

  2. Bəlkə Nildonu skamiyada əyiəşdirək .Emin Quliyev da deyir ki ligenolər ( 100 faiz Nildonu nəzərdə tutur )penaltini vura bilmirlər.Bədbəxtlik orasındadır ki .təkrar -təkrar həmin futbolçuya veirirlər .Məşqçilərin bu fəlsəfəsin başa düşmürəm .
    Toşakın vaxtında özbaşnalıq idi.
    *****
    Toşakın vaxtında özbaşınalıq idisə, indi cənab Nildo ağsaqqallıq edər və bu özbaşınalıq aradan qalxar. Axı onu bütün məşqçilər, sevməyi xahiş edib bizdən!

    • Ağsaqqallıq ? belə bir ştat aşıb ,onu orda oturdsalar ,heç də pis olmaz .Təkimeydana çıxmasın .İndi onsuz Ağsaqqal söünə baan varmı ki ,özü üçün nə danışar danışsın .
      Onu da deyim ki deyəsən Kamran “mafiya”slı Nildo “mafiyası”ndan zəif olub.
      *****
      İkisi birinə, biri də başdakına, başdakı da heçə dəyməz. Hər halda zaman belə göstərir.

    • Həmkəndlisi gəlir,Ya bu ondan öyrənər yada o bundan.
      *****
      Kim kimdən öyrənir öyrənsin. Amma komandamıza gəlib xeyir versin! Elə deyilmi, Tənqidçi bəy?

      • Ellias həmyerlisindən ,Nildodan nəsə öyrənib xeyir verərsə, elə verməsə yaxşidir.
        *****
        Deyəsən, cənabi Nildonu onlara nümunə üçün saxlayıblar.

  3. Muəllim salam!-Bu Elias məsələsi nə qəliz məsələdir belə?.Hecnə anlamiram bu transfer “gizlən-qac”-dan.
    *****
    Gec də olsa, klub real vəziyyəti anlamağa başlayıb.

    • “Xəzər Lənkəran”ın yolunu gözlədiyi braziliyalı Elias Ribeyro de Oliveyra Bakıya gəlir. Apasport.az saytının məlumatına görə, müqavilə ilə Braziliyanın “Atletiko Paranaense” klubuna məxsus olan 31 yaşlı hücumameylli yarımmüdafiəçi saat 05:00 radələrində paytaxtımızda olacaq.
      Eliasın tibbi baxışdan keçdikdən sonra “Xəzər Lənkəran”la müqavilə bağlayacağı gözlənilir.
      Qeyd edək ki, “ağ-yaşıllar” qış fasiləsində Vyekoslav Tomiç, Slavik Alxasov, Orxan Əliyev, Tyeqo və Deyan Blajevskini transfer edib.

  4. Bu Dayanbalayevskinidə pivə həvəskari kimi deyirlər.Lənkəranda Bala Dayancayevski olmalidir.Vay o gunə ki ,pivə qabağida şəkil cəkdiyi gunə.Ona oynamaq nə olduğunu meydanda deyərik.

  5. Antalyada təlim-məşq toplanışını başa vuran “Xəzər Lənkəran” klubu artıq Azərbaycana qayıdıb. Dünən axşam saatlarından vətəndə olan kollektiv “Modern” hoteldə məskunlaşıb.
    Bu gün isə “Qarabağ”la şənbə günü keçiriləcək oyunun hazırlığına start veriləcək. Tam olaraq, oyuna hazırlığın ilk məşqi axşam saatlarında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionundan reallaşacaq.
    Bu barədə Futbol11.az saytına klubdan məlumat verilib.
    Qeyd edək ki, iki zədəli oyunçu – Slavik Alxasov və Adrian Pit məşqdə iştirak etməyəcəklər.

  6. Salam, Mirhafiz müəllim! Bugün “Xəzər Lənkəran” azarkeşinin yaddaşında özünəməxsus iz buraxmış keçmiş futbolçumuz, hazırda komandamızın seleksiyaçı-məşqçisi Mario Souzanın ad günüdür. Bir azarkeş kimi M.Souzaya arzum budur ki, “Xəzər”imizə özünün futbolçu səviyyəsinə uyğun legionerlər cəlb etməyə nail olsun!
    *****
    Elə isə Qabil bəy, biz də sizin təbrikinizə qoşulur və komandamızın tarixində xüsusi rolu olmuş Mario Souzaya, “Xəzər Lənkəran”dakı işinin davamında uğurlar arzulayırıq!

Comments are closed.