”Xəzər Lənkəran” daha bir rumın mərkəz yarımmüdafiəçisi ilə anlaşdı

“Xəzər Lənkəran” klubu bu gün daha bir futbolçu ilə, mərkəz yarımmüdafiə mövqeyində oynayan Konstantin Dorian Arbanasla iki illik müqavilə imzalayıb. 27 yaşlı rumıniyalı futbolçu öz karyerasını Rumıniyanın “Qloriya Bistritsa” klubunda başlayıb (2001-2006). Son 4 ili isə o, Moldovanın “Şerif” (Tiraspol) komandasında oynayıb.
Qeyd etmək lazımdır ki, “Şerif” komandasında Konstantin Dorian Arbanas bir çox titul qazanıb. O, 2007, 2008, 2009, 2010-cu illərdə Moldova çempionu, 2007-ci ildə Moldova superkubokunun qalibi, 2008, 2009, 2010-cu illərdə Moldova kubokunun qalibi, 2009-da Birlik kubokunun qalibi olub.
Həmin 2009-cu ildə o, Avropa liqasının qrup mərhələsinin iştirakçısı olub.
Ümumiyyətlə, Konstantin Dorian Arbanas Avrokuboklarda 30-dan çox oyunlarda çıxış edib.
Konstantin Dorian Arbanas subaydır. O, rus və ingilis dillərində danışır.
Mənbə: Lankaranfc.com
Arxiv: Bosman.at.ua

2 thoughts on “”Xəzər Lənkəran” daha bir rumın mərkəz yarımmüdafiəçisi ilə anlaşdı”

Comments are closed.