Buradasınız Əsas » Rəylər » “Xəzər Lənkəran” bayram demədən hazırlaşır
  • Bookmark and Share

“Xəzər Lənkəran” bayram demədən hazırlaşır 

XL_Mesq Bayil

”Xəzər Lənkəran” artıq üç gündür ki,paytaxtda məskunlaşaraq “Simurq”la matçın hazırlığını davam etdirir. Komandamız Qurban bayramı günlərində də məşqlərinə fasilə verməyib. İlk gün keçmiş “Neftçi-baza”da məşqlərinə start verən “Xəzər Lənkəran” sonrakı iki gündə İdman Akademiyasının təbii qazonu olan meydançasında gündə bir dəfə olmaqla hazırlığını sürdürür. Milli komandaların toplanışında olan futbolçularımız sabahdan etibarən komandaya qoşularaq məşqlərdə iştirak edəcəklər. Heyətdə zədəli futbolçuların yoxluğu məşqçilər korpusunu sevindirir. Sabahdan isə “Xəzər Lənkəran” matçın keçiriəcəyi “Bayıl Arena”da hazırlığını davam etdirəcək. Xatırladaq ki, “Simurq”-”Xəzər Lənkəran” oyunu Zaqatala şəhər stadionu təmirdə olduğundan Bakıda, “Bayıl Arena”da keçirələcək. Matç oktyabr ayının 19-u saat 17:00 start götürəcək.

Mənbə: 12cioyuncu.info

5 Şərh yazıya: “Xəzər Lənkəran” bayram demədən hazırlaşır

  1. Qabil

    Mirhafiz bəy, Salam! Mən “Simurq”la oyundan qələbə gözləyirəm. Fikrimi əsaslandıraraq bildirirəm ki, statistikaya nəzər saldıqda görürük ki, indiyə qədər “Simurq” heç vaxt “Xəzər Lənkəran” üçün çətin rəqib olmayıb. Hətta Zaqatalada oyunlar keçirilən vaxtlarda da üstünlük komandamızın hesabındadır. Ən əsası isə oyunun Zaqatalada yox, Bakıda keçirildiyindən azarkeşlərin 70-80%-i “Xəzər Lənkəran”lı olacaq. Elə bilirəm bu iki əsas amil qələbəmizi təmin edəcək.
    ******
    Qabil bəy , biz də sizi salamlayırıq və bu dəfə də buna inanırıq.

     
  2. Qabil

    Hörmətli Doktor, Salam! İndicə “Futbol 11.az” saytından bizim də marağımızda olan bir məlumatı oxudum. Dəqiqləşdirilmiş məlumata görə “Simurq”-“Xəzər Lənkəran” görüşündə “Simurq”un dörd əsas heyət oyunçusu iştirak etməyəcək. Bunlardan biri məşqdə zədələndiyinə görə, digər üçü isə bizimlə oyuna qədər kart aldiqlarından cəsalı durumda olduğları üçün oyunu buraxmalı olacaqlar. Komandamızın qələbə qazanmağı üçün bu da bir fürsətdir.
    *****
    Biz rəqib futbolçulara da sağlıq arzu edirik. Qaldı ki, rəqibin zəifləməsi üzərindəki qələbəni yox, güclənməsinə rəğmən gözəl oyun göstərib qələbəni bayram etməyi daha çox arzulayırıq. Yəqin bizimlə razı olarsınız. Siz də mərdi-mərdanə qazanılan qələbənin şirinliyinin daha dadlı olmasını təsdiq edərsiniz. Yəqin bizi yoxlamaq istədiyinizdən belə yanaşma göstərmisiniz. Bilmirəm imtahandan necə çıxdıq yanaşmamızla? Qabil bəy!

     
  3. Qabil

    Hğrmətli Doktor!Əlbətdə ki, Siz deyənlərlə razılaşmaya bilmərəm. Mən də həmişə komandamızın güclü olmasını arzulamışam. Bu gün komandamızın oyunçuları ayrı-ayrılıqda hər biri normal oyunçulardır. Ancaq komanda şəklində bunu söyləmək hələ ki çətindir. Qaldı ki, Sizi yoxlamaq? Heç vaxt elə fikirdə olmamışam və olmaram da. Sadəcə indiki durumda oyunçularımız özünəinamı qaytarmaq və itirilmiş xalları bərpa etməkdən ötrü “Simurq”un düşdüyü durumundan istifadə edib ələ düşmüş bu fürsəti qaçırmamalıdır. Necə ki, bizim düşdüyümüz vəziyyətdən görün hə qədər yararlananlar olub…
    *****
    Onlar yararlanmaqla, biz də gücümüzlə qələbələrimizi sıralamalı və zirvəyə yüksəlməklə fəxr etməliyik.

     
  4. Qabil

    DOKTOR, MƏN ELƏ BİLİRDİM Kİ, HUMANİSTƏM DEMƏ SİZ MƏNDƏN DƏ HUMANİSTİMİŞSİZ.
    *****
    Sizin humanist olmağınızı biz çoxdan bəyənirik, Qabil bəy! Bunu sözün həqiqi mənasında deyirik!

     
  5. van persi

    UGURLAR

     

Reply to van persi


8 − = yeddi