Buradasınız Əsas » Azarkeşlər » “Xəzər Lənkəran” azarkeşlərinin klub rəsmiləri ilə görüşü
  • Bookmark and Share

“Xəzər Lənkəran” azarkeşlərinin klub rəsmiləri ilə görüşü 

Stadionumuz_fasad

Bu gün, yəni 31 mart 2010-cu il tarixində saat 1500 da “Xəzər Lənkəran mərkəzi stadionu”nda fanklub nümayəndələri və fəal azarkeş nümayəndələri baş məşqçimiz A.Mircavadov və stadionun direktoru H.Hacıyev ilə görüşmüşlər. Görüşün təşkilatçıları yuxarıda adları çəkilən klub rəsmiləri olmuşdur. Görüşü təşkil edən klub rəsmiləri son hadisələrdən, AFFA-nın çıxardığı qərarlardan danışmışlar. Onlar həmçinin azarkeşlərdən, bundan sonra belə hallara yol verilməməsini və gələcəkdə belə hallar baş verərsə stadionun cəzalı duruma düşə biləcəyini vurğulamışlar. Öz növbəsində azarkeşlər və fanklub nümayəndələri indiyə qədər belə halların olmadığını qeyd etmiş, lakin son oyunda hakimin qərəzli qərarlarına dözməyərək xoşa gəlməyən bəzi halların baş verdiyini çatdırmışlar. Bundan sonra da bu oyuna qədərki şəkildə komandanı dəstəkləyəcəyini bir daha bəyan etmişlər. Qeyd edək ki, burada iştirak edənlər arasında digər fanklublarla yanaşı “Bosman” fanklubunun nümayəndəsi olan M.Muradov iştirak etmişdir.

 

Arxiv: Bosman.at.ua

Şərh əlavə et


doqquz + = 16