Buradasınız Əsas » Təqvim » Ölkə cempionati » “Xəzər Lənkəran” 4:1 “Qəbələ”
  • Bookmark and Share

“Xəzər Lənkəran” 4:1 “Qəbələ” 

Xezer kicik emblemQebele-loqo

2009-2010 Unibank Premiyer Liqasının Final mərhələsi bu gün martın 12-də start götürdü. Çox səbirsizliklə gözlədiyimiz və gərgin keçəcəyi gözlənilən an nəhayət ki gəlib çatdı.

            İlk “6-lıq”da qərarlaşan komandalar arasında bu gün 2 oyun keçirilirdi ki, bunun birincisi saat 14:00 da T.Bəhramov adına stadionda gerçəkləşdi və burada” Bakı”,  ”Qarabağ”ı qəbul edirdi. Oyun meydan sahiblərinin xeyrinə 2:0 bitincə, “Qarabağ” 15 xalını artıra bilməyərək “Xəzər Lənkəran”ın bu turda “Qəbələ” üzərindəki qələbəsi sayəsində xallarını 18-ə çatdırıb “Qarabağ”ı üstələyəcəkdi. Hətta sabahkı “İnter” – “Neftçi” oyununa qədər turnin cədvəlinin 1-ci pilləsinə yüksələcəkdi.

            Beləliklə nəhayət saat 18:00 –a təyin olunan “Xəzər Lənkəran” – “Qəbələ” matçının həyəcanla gözlədiyimiz vaxtı gəlib çatdı. Komandamız bu heyətlə meydanda oldu:

1.Dmitri Kromarenko

3.Elvin Beqiri

4.Tihhon Şişov

9.İvan Çvetkov (30.Mario Souza, 79)

12.Allan Lalin (20.D.Kalinkov, 78)

14.Rahid Əmirquliyev

15.Emeka Opara

21.Radomir Todorov

28.Kristian Kabral (5.D.Souza, 79)

72.Devran Ayhan

77.İvan Pexa

            Oyunun əvvəlinci dəqiqələri komandaların ehtiyatlı olacağlarını göstərirdi, buna baxmayaraq “Xəzər Lənkəran”ın üstünlüyü hiss olunurdu. 22ci dəqiqədə Çvetkov-Lalin paslaşmasından sonra Lalin qapıya zərbə endirdi, lakin qapıçı topu qaytardı, qayıdan topu Opara cərimə meydançasına ötürmə edərkən, yenidən Lalinə çatan topu Lalin yerlə qapıya göndərdi. Beləliklə, “Xəzər Lənkəran” hesabda 1:0 önə keçdi.

            2-ci qolumuz isə Oparanın gözəl zərbəsindən sonra qapıçıdan qayıdan topu Lalin başla qapıçının sağ tərəfindən tora saldı. Qapıçı Lalinin vurduğu topa toxunsa da onun tora daxil olmasına mane ola bilmədi. Beləliklə, hesab 59-cü dəqiqədə komandamızın xeyrinə 2:0 oldu.

            75-ci dəqiqədə meydanın ortasından Çvetkovun ötürməsi Oparaya çatınca, Opara qapıçı ilə təkbətək çıxdı, hətta qapıçını da aldadıb topu boş qapıya göndərdi. Beləliklə, hesab 3:0 “Xəzər Lənkəran”ın xeyrinə oldu.

            Bundan sonra “Xəzər Lənkəran”da nisbətən arxayınçılıq, “Qəbələ”də isə fəallıq hiss olunmağa başladı. 81-ci dəqiqədə nəhayət “Qəbələ” qapımıza yol tapdı və hesab 3:1 komandamızın xeyrinədir.

            Nəhayət sonuncu qolu Devran Ayhanın ötürməsi ilə Denis Kalinkov 90-cı dəqiqədə gözəl qola çevirdi, 4:1

            Oyunun əsas vaxtına 3 dəqiqə əlavə olunsa da bu dəqiqələrdə elə bir təhlükəli vəziyyət yaranmadı və oyun bu hesabla da yəni “Xəzər Lənkəran” 4:1 “Qəbələ” hesabı ilə bitti.

            Final məhələsinə çox gözəl başlayan komandamıza bundan sonrakı oyunlarda da qələbələr arzulayır və komandamızı çempion görmək ümidi ilə növbəti yazılarda …

Arxiv: Bosman.at.ua

Şərh əlavə et


+ 6 = onbeş