Buradasınız Əsas » Xəbər » “Xəzər Lənkəran” ? – 0 “Neftçi”
  • Bookmark and Share

“Xəzər Lənkəran” ? – 0 “Neftçi” 

Bu artıq nə birinci, nə də beşincidir. “Xəzər Lənkəran”a qarşı hakim təzyiqləri davam edir. Xüsusilə “Neftçi” ilə oyunlarda və ya “Neftçi”yə xal lazımdırsa başqa oyunlarda hər cür formada komandaların oyunlarını pozub, xallarını itirməyə hesablanan hərəkətlər törədirlər. Hakim səhvi, oyunun nəticəsinə təsir edib-etməmək kimi fikirlər səsləndirən futbol qurumları bəs bu oyunla bağlı nə deyəcəklər? Yəqin onlara xas, ədalətə söykənməyən çox fikirlər səsləndirəcəklər. Qoy desinlər. Bu oyunda nəinki səhv, ciddi qərəz və oyunun nəticəsinə təsir edən səhvlərdən danışmaq yersizdir. Əfqan Həmzəyev başda olmaqla onun köməkçiləri, xüsusən Mübariz Haşımov oyunu bərbad hala saldı və Azərbaycan futboluna bir düşmən mövqe göstərdilər. Budur mu sizin futbolu inkişaf etdirməyiniz?

Stadiona toplaşmış 15.000ə yaxın azarkeşin gözləri qarşısında belə hərəkətləri törətmək üçün kifayət qədər həyasız və tərbiyəsiz olmaq lazımdır. “Xəzər Lənkəran”ın iki qolunu saymayan, M.Souza-nın təkbətək epizoda gedərkən cərimə meydançasının mərkəzinin 4-5 metrliyində kobudluqla saxlanılmasına göz yuman, cərimə meydançasında rəqibin topa əli ilə toxunmasını güya görməyən bu “hakim”lərə bundan daha pis sözlər yaraşır. Hələ onu demirik ki, az qala bütün ötürmələrimizi oyundankənar vəziyyət kimi qeydə alan, ən kobud oyuna görə oyunu saxlamayan rəqibin isə “yanından yel ötdükdə” belə əleyhimizə qərarlar qəbul edən bu hakimliyi zibilliyə tullamaq ən yüngül cəza olardı.

Həmişə özünə və klubuna hörmət edən “Xəzər Lənkəran”azarkeşi nə vaxt görünüb ki, öz stadionumuzun özü oturan oturacaqlarını sındırsın!? Insanların səbrini belə tərbiyəsiz hakimlər nə qədər daşırmalıdır ki, ən nümunəvi sayılan, ağsaqqal ziyalı olan insanlar əllərindən daha heç nə gəlmədiyini görüb belə hərəkətlərə yol verasinlər. Dəmir torla hasarlanmış bir meydanda özünü arxayın hiss edən və hakimlərin əliylə belə teatr səhnəsi düzəldənlər kimlərdirsə, onları futbolumuzdan rədd eləməliyik. Biz klubumuzu sevən “Xəzər Lənkəran” azarkeşləriyik. Heç vaxt belə hallara yol vermirik. Lakin bunu təşkil edib sonra bizi dələduz və vəhşi kimi təqdim edəcəklər. Bunu təşkil edənlər özləri mədəni vəhşi və dələduzdurlar. Ölkə futbolunun inkişafına dair dövlət proqramının həyata keçirildiyi bu illərdə futbolumuz bu yaramazlardan təmizlənməlidir.

Heç kiçik hərflərlə də yazılmağa layiq olmayan belə “Böyük Oyun”lar bizə lazım deyil.

 

Arxiv^ Bosman/at/ua

 

Şərh əlavə et


+ 9 = onbir