Buradasınız Əsas » Transferlər » Vjekoslav Tomiç “Xəzər Lənkəran”da!
  • Bookmark and Share

Vjekoslav Tomiç “Xəzər Lənkəran”da! 

Tomic-imza atir

“Xəzər Lənkəran” Futbol Klubu xorvat qapıçı Vjekoslav Tomiçi heyətinə cəlb etdi.

30 yaşlı Tomiç ölkəsinin RNK “Split”, “Medimurye” və “Hayduk Split” klublarında çıxış etdikdən sonra ilk dəfə Türkiyədə legioner həyatını yaşayıb. Türkiyə Superliqasının təmsilçisi “Karabükspor”un heyətində üç mövsüm ərzində 80-ə yaxın oyunda çərçivəni qoruyan qolkiperin son klubu Moldova “Şerif”i olub. Qapıçı ilə “Xəzər Lənkəran” arasında bir il müddətinə müqavilə imzalanıb.

Mənbə: Lankaranfc.com

3 Şərh yazıya: Vjekoslav Tomiç “Xəzər Lənkəran”da!

  1. Zefer Lerikli

    Klub bu transferə cox ehtiyatla, birazda cəkinə-cəkinə yanaşib.Ehtiyatla yanaşib ki birdən buda səviyyəli qapici olmaz.Cəkinib ki, transfer muddəti 2 və daha cox ilə baglansa ,birdən olmadi belə, oldu elə.Yəni, kopensasiya məsələsinə görə.

     
  2. Qabil

    M.Dənizlinin ilk legionerinin ayağı düşərli olsun!

     
  3. R.S.

    Onun haqda çox bilgi yoxdu ,deyəsən pas atmışlardandır.
    *****
    Tomiçin haqqında kifayət qədər məlumatlar var. Sadəcə səhv özümüzdədir. Biz adları düz yazanda bəziləri buna birtəhər baxır. Mütləq adı azərbaycanlaşdırırlar. Azərbaycan dilində xüsusi isim deyilən bir məvhum var və adam, yer, ağac, ölkə və sair adlar dəyişdirilmir. Məsələn, Maykl, Mikele, Mixail, bunlar hamısı bizim dildə Mikayıl deməkdir. Amma biz heç vaxt Maykl Ceksonu, Mikayıl Cekson kimi yazmırıq. Yazsaq bu gülünc səslənər. Ona görə də biz Denizlini-Dənizli kimi, Sacconini-Sakkoni kimi, Çetini- Çətin kimi yazmırıq. Çünki o ad məxsus olduğu dildə həmin dəyişdirdiyimiz hərflər çox zaman heç yoxdur da. Bir də ki adların beynəlxalq aləmdə quruluş forması da var və bu formada qəbul olunmuş adları düzgün bilmək və istifadə etmək lazımdır.
    Vyakoslav Tomiçin də adı öz ana dilində Vjekoslav Tomiç kimi yazılır. Bu şəkildə axtarsaq “Google”-də və “Youtube”-də kifayət qədər məlumat tapa bilərik. https://www.google.com/search?client=aff-maxthon-maxthon4&channel=t26&q=vjekoslav%20tomi%C3%A7

     

Şərh əlavə et


− dörd = 2