Buradasınız Əsas » Aktual » Vəhşi Denizli və Miskin futbol
  • Bookmark and Share

Vəhşi Denizli və Miskin futbol 

Butsi-Qizbibiler ucun

XXXI tur bir çox irili-xırdalı məqamlarla yadda qaldı. Turun gözlənilməz nəticələri əsasən “Neftçi”nin öz meydanında “Sumqayıt”a böyük hesabla, 1:3 məğlub olması və “Qarabağ”ın Zaqatala səfərindən 1:0 məğlub dönməsi idi. Onu da deyək ki, III dövrə fevralın 23-də Sumqayıtda baş tutan və elə XXIII turda “Neftçi” bu rəqibinə 2:0 hesabı ilə məğlub olmuşdu ki, bu dəfə “arı yuvasına çöp dürtmüş” “Sumqayıt”ı Bakıda böyük sayda sancmalar  gözləməliydi ki, bu baş vermədi. Əksinə, keçən dəfə “çöp dürtmüşdüsə” bu dəfə də iki top fərqi ilə “arıları tüstüdə boğdu”.

“Bakı”ya gəlincə isə keçən tur 0:2-dən sonra “Xəzər Lənkəran”ın qapısına iki penalti ilə hesabı bərabərləşdirən komanda, bu dəfə “İnter”dən iki qol yeyəndən sonra penalti “qazanmayınca”, daha ikisini buraxıb, yekunda 0:4 məğlub oldu.

“Xəzər Lənkəran”a gəlincə isə AZAL-ı öz meydanında qəbul etməsinə baxmayaraq meydandan 1:1-lik bərabərliklə ayrıldı. Bir-birinə qalib gələ bilməyən miskin qonşuların heyətlərinə nəzər saldıqda “Xəzər Lənkəran”ın daha yüksək ödənişli futbolçulardan təşkil olunmasına baxmayaraq, elə meydanda miskincəsinə gəzişir, qapıya yaxınlaşdıqda isə zərbəni hara vurduqlarını belə bilmirdilər. O böyüklükdə Elias 5-10 metrdən qapıya zərbə vura bilmirsə, digər braziliyalı ulduz Nildo 10 metrlikdən və düz üzbəüz qol momentini qaçırırsa, Fransa eşqi ilə alışıb yanan müsyö Tounkara qapını görcək özünü itirirsə və elə bu itirmədən diksinib topu bir dəfə tora təsadüfən vurursa, bunu indi Mutafa Denizlidir günahkar deyənlərin təbirincə desək, məşqçi çıxıb bu düdüklərin əvəzinə qol vurmalıdır? Bəs necə olurdu, Denizli ilk əvvəl gələndə belə şeylər yox idi, məğlubiyyətin nə olduğunu bilmirdi komanda. İndi Rednikin pişikləri asqırdı?

O böyüklüdə Denizli haqqında müxtəlif söz-söhbətlər istehsal edib dövriyyəyə buraxırlar. Buğa kimi döyüşkən məşqçini vəhşi kimi təqdim etməyə başlayıblar. Guya vurur, yıxır, təhqir edir, hətta dil açıb söyür də…

Müxtəlif futbolçular, hətta əvəzedicilər belə onun vəhşi olduğunu, stadionun işçilərini təhqir etdiyini söyləyirlər. Mustafa bəy, bura gələnə qədər yaxşı, mədəni, çox mülayim bir insan, ağsaqqal və tələbkar məşqçi kimi tanınırdı. Nə oldu bəs, burda bizim quduzluq xəstəliyi ona da keçdi. Xeyr, bizim çoxlarının “ölümünə” səbəb olan quduzluq xəstəliyi ona keçməyib. Keçsə idi o da quduzlaşıb dişləyərdi…

Mustafa Denizli_R. Abdullayev_Nevazish

Baxın, oyunçuları söyən, təhqir edən, vəhşi Denizli ilk hissənin ortalarında üzündən zədə almış və qanı axaraq meydandan kənara çıxan futbolçuya, özü də rəqib futbolçuya necə bir insan, bir ağsaqqal və nəhayət yüksək idman prinsiplərinə uyğun mədəniyyət və nəvazişlə yaxınlaşıb, başını sığallayaraq dəstək olur.Budurmu vəhşi Denizli? Yox, sadəcə o tələbkar ola bilər. Meydanda ölücə gəzişən futbolçulara əslində çomaqla kötək vursa belə onun taqsırı yoxdur. Yalandan başım ağrıyır, əzələlərimdə ağıılar və sairə olduğunu deyərək döyüşə çıxmayan əsgər yerində güllələnməlidi.

Qəribəliliklərdən biri də o oldu ki, həmin üzü qanıyan futbolçu bir vaxt “Xəzər Lənkəran”da tanınmış hala gələn, Rəşad Abdullayev idi. “Fırtınalar Meydanı”nda özünün üzü qanayan həmin Rəşad birvaxtlar bizə dönük çıxıb komandadan getdiyi oyunların birində qudurğan hala gəlib, düz həmin mövqedə başqa bir meydanda komandamızın gənc futbolçusu Şəhriyar Xəlilova heç nədən şillə vurub, onun üzünü qanatmışdı. Bax, tarix hər şeyi bir formada açır. Onu da açır ki, komandasına xor baxan Rəşad Abdullayev “Xəzər Lənkəran”dan getdikdən sonra bir müddət ona sahib çıxan oldu. Amma müddət keçəndən sonra görün gəlib hara çıxıb. Oyunçuları ən az ödənişli olan bir komandaya. “Xəzər Lənkəran”da aldığı paranın heç onda birini də indi almır. Xəyanət onu pis günə salıb. O da futbol miskinlərindən birinə çevrilib. Elə Mustafa Denizli kimi layiqli məşqçilərə futbolçular tərəfindən qurulan tələ də təbii ki, “Xəzər Lənkəran”ı layiq olmadığı bu miskin vəziyyətə salmalı idi və təəssüf ki, bu davam edir.

Əgər Mustafa Denizlidən, Con Toşakdan, Mirça Rednikdən və sair mütəxəssislərdən xoşunuz gəlmirsə, işdən çıxarın eybi yox, lakin ləkələməyin!

23 Şərh yazıya: Vəhşi Denizli və Miskin futbol

  1. R.S.

    Tuyqun Nadirov bu uğursuzluğun səbəbini bilmir.Deyir ki – Bu səbəb heyətlə bağlı deyil tamam baçqa məsələdi ,amma bunu bilmirik ,bilsəydik həll edərdik .–
    Biz deyirik rəhbərlikdi ,rəhbərlikdə belə deyir .İndi siz deyin biz nə etməliyik .
    Axşam ingilis ,ispan futboluna baxdım .gəlin əsl futbola baxaq .ölü futbola yox .İyun ayıda da gözəl futbol bayramı bizi gözləyir .Zövqünüzü korlamayın .

     
  2. Zəfər Lerikli

    12cioyunçu.info və Bosman .az saytinin rəhbərlərinə məktub!
    Əziz sevimli saytlarimizin rəhbərləri!

    -Son vaxtlar sizin şərhlərə az fikir verməyinizi və kamandamizin uğursuz çixişlarindan sonra premyer liqada keçirilən oyunlara marağinizin az olmasinin ,həmçinin “Xəzər Lənkəran” klubunda yaritmaz insanlarin mövqeyinə əsəbləşməyinizin şahidi oluruq.Hər kəsə aydindir ki, siz və həmçinin bu saytin istifadəçiləri muəyyən peşə sahibləridir.Bunlarin içinə sadə zəhmetkeş insanlardan tutmuş, ta yuksək elmi biliklərə malik olan insanlar var.Hər bir “Xəzər Lənkəran” azarkeşi öz peşə və işi ilə məşğul olmaqla yanaşi, “Xəzər Lənkəran” klubunda baş verən olaylari diqqətində saxlamaqla , bu kamandaya öz töhfəsini verməyə çalişir.
    Son zamanlar bu camiyyənin insanlari nələrin baş verməyini anlamaqda çətinlik çəkirlər.Bu onlarin şərhlərində açiq sezilməkdədir.Labirint halinda olan bir qapali, lakin çixiş qapisi olmayan bir bilməcəni xatirladir – indi “Xəzər Lənkəran”.Lakin həmişə diqqətli olan camiyəmiz bu labirintin başlanğic nöqtəsini bildiyi halda, çox vaxt başqa təsirlərə duşur və fikir ayriliqlarin içində duzgun yolu seçməkdə çətinlik çəkirlər.Bəzən mənədə elə gəlir ki ,nəyisə duz etmirəm.Belə göturəndə çətinlik çəkdiyim və mənasini tam dərk edilməyən bəzi saytlarin hucumuna məruz qaliram.Belə yazilari qardaş,- yaxin saytlarin rəhbərlərinin nəzərinə çatdirmaqla duzgun informasiya aliram.

    Nə edək ki ,camiyyəmizi aldatmaqla və qərəzli yazilar yazmaqla,bununla belə insanlarimizi çaşdirmaqla əməllərinə haqq qazandirib, devident yiğmaqla məşğul olan “xainlərin” sayi artmaqdadir.
    Bu adamlarin kimə və nəyə xidmət etməsi başa duşulmur.Bəlkədə böyuk əziyyətlər çəkmiş bir insanlar kimi bunlarin əməllərindən baş açirsiniz amma biz çətinlik çəkirik.Məsələn:

    Guclu təbliğat azarkeşlərimizi məcbur edir ki ,M.Dənizliyə istefa çağirişlari edək.Lakin heç kim Pits kimi xain və ikiuzlu oyunçulara etirazini bildirmək istəmir.Əksinə,Pitsi dahiləşdirməyə çalişirlar və bu klubun yox, kamandanin “super oyunçusu” kimi qələmə verirlər.Fakt isə bunun tərsini dediyi halda.

    Hər bir azarkeş bir və ya bir neçə oyunçuya simpatiya və ya antipatiya görsədə bilər.Lakin bu heçdə o demək deyildir ki, bu qərəzli və ya gözun görmədiyi qədər fanatik həmçinin fantastik dərəcədə olmalidir.

    Həmişə şərhlərimdə çalişiram ki ,realliği subut və faktla deyim.Dəfələrlə şərhlərimdə “Xəzər Lənkəran” camiyəsinin tarixi səhfləri təkrarlamaqda yenidən uz-uzə qaldiğini demişəm.Amma neynəmək olar ki,M.Dənizlini gözdən salan quvvələrin klub daxilində olduğunu bilən azdir.Bu quvvələr sifarişlə hərəkət edir.Bu sifarişlər “Xəzər Lənkəran” adina yapişmasada,ayri-ayri şəxslər tərəfindən edilir.Nə olsun ki , Turkiyyədə M.Dənizli qayğikeş və səmimi bir insan kimi taninir.!?.Burda hələ ki, söyuş söyən və mədəniyyətsiz kimi tanitdirilir.Bəs belədirsə ,biz azarkeş kimi niyə klubda bəzi vəzifəli şəxslərin it və pişiyinə “BRİS!” -deyə bilmirik!?.Azarkeşlərimizin tarixi səhfə daha yol verməyə heç haqlari çatmir.Lakin bu kimi azarkeşlərimiz o qədər var ki….Çunki onlari tez özlərinə tərəf çəkə bildiyini duşunurlər,amma çəkə bilməzlər.”Xəzər Lənkəran”-nin sadiq və duşuncəli azarkeşləri buna yol verməzlər.Çunki əzablarla bişə-bişə yetişmişik.Biz indi kimə inanaq ,kimə dərdimizi deyək.Bu bəlanin sonu olacaqmi?
    Zəfər Lerikli.
    *****
    Zəfər bəy, müraciətinizi oxudum. Haqlı sayıram. Saytımızda gedən bütün yazılarla məsələlərə aydınlıq gətirməyə çalışırıq, onsuzda.
    Təşəkkür edirəm! Saytın rəhbəri, Mirhafiz M. Babayev

     
    • Zəfər Lerikli
       
    • Zəfər Lerikli

      Nə qədər ki, olacaq qəlblərdə istək Vətənə,
      Deyə bilməz kimsə ki, qalmayib sövda”, “Xəzərə”
      O ləpələnib çixar şahə , məcrasindan çixaccaq,
      Bilsinlər qoy onlar, deməsin yoxdu eşq,ölube

       
    • Zəfər Lerikli

      Nə edək ki ,camiyyəmizi aldatmaqla və qərəzli yazilar yazmaqla,bununla belə insanlarimizi çaşdirmaqla əməllərinə haqq qazandirib, devident yiğmaqla məşğul olan “xainlərin” sayi artmaqdadir.

      Mən bu məktubu elə-belə kefumdən yox ,narahatçiliğimi ifadə etmək uçun yazmişdim.Bu məktubumdan sonra Elçin Cəlilovun yazisini reklam etməyə dəyməzdi.Təəssuf ki ,biz bu adamin yazisini aktuallaşdirdiq.

       
  3. Vaqif Rəşidov

    Gözəl yazıdı,minnətdarıq bu yazıya görə.Son vaxtlar obyektiv və dərin analiz olunan yazılara az rast gəlmək olur…Dünən Elçin Jəlilovun yazısıda yaman təsir etdi.

     
    • Zəfər Lerikli

      Vaqif muəllim!-mən Elçin Cəlilovun yazilarina inanmiram və qərəzli sayiram.Yaxşi olardi ki qoy özu çəkilsin qirağa.Bu camiyyə ilə işi olmasin.

       
    • münasibət

      Vaqif bəy sizdəmi Elçin C inandınız .? Məgər onun İblisə qulluq etdiyini bilmirsinizmi ?
      Bax əsl şeytani insan buna deyərlər .Sizi də inandırdı.
      Onun 12-ci oyunçunun rəhbərinə qarş olan mənfur yazılarını oxumamsınız .Yox yəqin ki oxumamısınız .İslam bəyə necə hədə qorxu gəldiyi şərhləri də oxumamısın ? İlahi Elçinin yazısına yaxşı deyən də bütün əsəblərim oyandı .Özüdə Vaqif Rəşidovdan .Siz ki İslam Cabbarlını yaxşı tanıyırsınılz.Sizcə ona qarşı belə alcaq hərəkətlərə yol verən insan yaxşı ola bilərmi .? O ŞEYTANDIR .İblisə qulluq edir .Hələ Xəzərimizin qazandığı yeganə çempionluöunun rüşvətlə alındığı iddiası ilə çıxış edir və özünü dedektiv kimi aparıb araşdırmalara başlamışdı .Bilirsiniz bu nədən sonra oldu Tuyqun Nadirovla arası dəyəndən və reklam pulusu kəsiləndən sonra .Çox yaza bilərdim .amma məncə elə bəsdir
      .
      İblis nədir –cümlə xəyanətlərə bais nədir — Hər şeyə xain olan İnsan
      *****
      Bu şərhi göndərmisiniz və biz də veririk. Amma qarşı tərəf bizi kompaniya aparmaqda suçlaya bilər. Ona görə də əgər olarsa, qarşı tərəfin fikirlərinə də yer verməyə hazırıq.

       
  4. Qabil

    ZƏFƏR qardaşım! Elçin Cəlilov klub rəhbərliyi üçün arzuolunmaz şəxs, bizim üçünsə mələk cildinə girmiş şeytan sayılsada, komandamız haqda yazdığı son yazısı həqiqətlərlə doludur.

     
    • Zəfər Lerikli

      Onun son yazisini oxumuşam.Lakin axirda səsləndirdiyi fikirlərilə razilaşa bilmərəm.Onun dediyinə görə bu camiyyə nufuzdan duşub.Birdə hami kənara çəkilməlidir ki ,bu kamanda və klub yenidən qurulsun.Biz azarkeşləridə dolayisi yolla kamandadan kənarlaşdirmaq istəyir.Bu muəllifin ədavəti Tuyqun Nadirovla və Mais Mənsimovladir.Guya ki bunlar bir-birinə sərf edən adamlardir və birləşib Mubariz Mənsimovun varidatini öz aralarinda bölmək istəyirlər.Bu dərəcədə sayiqlama olmaz axi..Tuyqun Nadirovu başa duşduk amma Mais bəy qardaşina bu xəyanəti edərmi?-Bax budur həmin yazinin son nəticəsi və mənasi.(XL azarkeşlərinin nəzərinə)

       
  5. Mubariz

    Axsaminiz xeyir.Indi biz her seyi yaddan cixarib cavab oyunu haqda tebligat aparmaliyiq.Doktor sizden xahis edirem kim bacarirsa azarkesleri ruhlandirmaq ucun gozel bir yazi yazsin.Olub kecenleri esas oyun qabagi unutmaq lazimdir.Komandamizin hec vaxt bu qeder umudi bize qalmamisdi.men xahis ederdim ki Bakida olan fanklublarimiz da stadionda olsunlar.Oyuncular da bizden komek isteyirler.Men bilirem ki, komandanin azarkesleri komandani cetin vaxta tek buraxmayacaqlar.
    *****
    Bunun bir əmması ola bilər ki, çoxlu azarkeşlərin arasına 5-6 dələduz “azarkeş” girib, komandamız mərhələ keçmədiyi təqdirdə “İstefa” qışqırıb onların hissləri ilə oynaya və nəticədə bu axmaq şüara çoxları qoşula bilər ki, onda biz Mustafa Denizli kimi bir dəyərli mütəxəssisi itirə bilərik.

     
  6. Mubariz

    Zefer beyle raziyam.Mubariz Palmali kimi boyuk holdinqe rehberlik edirse onun komandaya nezareti xirda bir seydir.Birde kimin komandada ne qazanmagi bizlik deyi .Bize komandanin yaxsi oyunu lazimdir.
    *****
    Çox düz buyurursuz. “Bosman” olaraq, biz həmişə bu fikirdə olmuşuq. Maliyyə işlərinə qarışmaq, çirkinlik gətirir deyə!

     
  7. TELMAN

    SALAM EZIZ AZERKESLER HAMINIZIN HANSI HISLERLE YASADIGINIZI COX GOZEL DERK EDIREM. CUNKI SIZNENLE BERABER MENDE O HISSLERLE YASAYIRAM. KUBOKUN YARIMFINAL OYUNUNDA HAMIMIZ KOMANDANI DESTEKLIYEK . BILIREM HAMI INCIYIB, GETMEK ISTEMIR AMMA YADIMIZDA SAXLAMALIYIG KI, BU KOMANDA BIZIM KOMANDADIR. LENKARANIN ADINI DASIYIR . HEC OLMAZSA SEHERIMIZIN SEREFI NAMINE KOMANDAYA DESTEK OLARAG BU BOLGEYE SEVGIMIZI BIDIREK . EGER BIZ BUNU ETMESEK CENGELLIKLERDEN CIXMIS LIGONER OYUNCULAR BIZIM SEREFIMIZ UCUN ELINDEN GELENI EDERLERMI? ELBETDE ETMEZLER . MEN OZUMDE ESEBLESIREM TENGID EDIREM. HETTA TEHGIRE DE KECMISEM, AMMA NE EDESEN YAXSI YADA PIS BU BIZIM KOMANDADIR BIZDEN BASGA HEC KIM XEZERIMIZI BIZ GEDER SEVE BILMEZ YARIMFINAL OYUNUNDA BURDA GOZEL OYUN OLACAG . MUSTAFA DENIZLI GELEBE GAZANMAGI BIZLERDEN AZ ISTEMIR , VE BU OYUNDA HER SEYE GEDECEK,. BUTUN BU OLANLARIN CANLI SAHIDI OLMAG UCUN, HAMIMIZ STADIONA GEDEREK , KOMANDAMIZA DESTEK OLMAGINIZI XAIS EDIREM. MEN SEXSEN YARIMFINAL OYUNUNU BU CUR TESEVVUR EDEREK BELE MISRALARI DUZDUM

    GEBELENI SINDIRIB, YAXSI YOLA SALARIG.
    KUBOKUN FINALINDA, BIZ OZUMUZ GALARIG
    SEVINME AY CANAVAR, MESENIN VAR YIYESI,,
    TEKRAR GORUSDEN SONRA, SOZUM OLAR DEYESI.

    BIZDE VARDIR PELENG SIR, ARTIG OUBLAR ELBIR.
    SIZLER UCUN GURUBLAR , MUEMMALI BIR TEDBIR
    OYUN BASLAYAN KIMI , SIRLER KECER HUCUMA,
    ORTADA GARA BEBIR YEL KIMI CUMA CUMA.

    SAG , SOL HUCUM SIRLERI , DESTEK OLAR BEBIRE.
    BEBIR DE BU KOMEKDEN, REGIB GOYAR GEBIRE.
    BUNLARI GORMEK UCUN, HAMI GELSIN MEYDANA,
    DESTEK OLAG BEBIRE, , LEHNET OLSUN SEYTANA.

    ETAME MBILLADIR , BIZIM GARA BEBRIMIZ.
    OZUDE GOZEL BILIR . TUKENIBDIR SEBRIMIZ,.
    ONUN ADIYLA BAGLI, KUBOKDA SAVASIMIZ
    BIZLERE DOGMALASIB, OLUBDUR ADASIMIZ.

    O, MEYDAN OXUYACAG, REGIB CANAVARINA,
    PUSKURDUB OD GOYACAG ARXA SOMAVARINA,
    ONLARI ILK HISSEDE, BEBRIMIZ ARASDIRAR,
    SONRA ALOVLASDIRIB , DAGLARA DIRMASDIRAR.

    GELIN HAMIMIZ BEBIRIMIZ ETAME MBILLAYA DESTEK OLMAGLA GEBELE CANAVARLARININ NECE GORXUDAN TALIS DAGLARINA DIRMASMAGLARININ CANLI SAHIDI OLAG .
    *****
    Bunun bir əmması ola bilər ki, çoxlu azarkeşlərin arasına 5-6 dələduz “azarkeş” girib, komandamız mərhələ keçmədiyi təqdirdə “İstefa” qışqırıb onların hissləri ilə oynaya və nəticədə bu axmaq şüara çoxları qoşula bilər ki, onda biz Mustafa Denizli kimi bir dəyərli mütəxəssisi itirə bilərik.

     
  8. TELMAN

    ALLAHIN MOCUZELERINE INANANLAR HAMI BIR NEFER KIMI STADIONA DOLUSMALIDIR . CUNKI HEMEN MOCUZE BAS VERER INSALLAH.

    BU BIZIM HAGG YOLUMUZDUR ,BU YOLLA GETMELIYIK,
    GUCLU OLMAGIMIZI, REGIBE SUBUT ETMELIYIK.
    REGIB KOMANDASINA , OD VURUB ALISDIRARIG,
    SONRADAN ONLARI TALIS DAGA DIRMASDIRARIG.

    GEBELE CANAVARI CAVAB VERECEK BEBIRE,
    ONLARI MACBUR EDIB SAXLIYARIG BIZ TEMIRE.
    ONDA BIZ BEBIRIMIZ MBILLANI ALGISLIYARIG,
    EDILEN SEHFLERI KOMANDAYA BAXISLIYARIG.

     
  9. TELMAN

    NE GEDER XEZER VARSA , BIZ ONA DESTEK OLARIG.
    GEBELE GORUSUNDE MEYDANA BIZ TAM DOLARIG,
    DENIZLI MUSTAFAMIZ YURINI PRSIMAN EDECEK,
    MUDAFIYE OZ YERINDE , SURETLI HUCUM SECECEK.

    MUSTAFA DENIZLI DE HER SEYE GIYIMET GOYACAG,
    GEBELE CANAVARININ DERISINI ELNEN SOYACAG.
    BOYUK MESGCCILIYININ, SUBUT EDEREK BIR ANINI,
    TOKDURER GARA BEBIRE, CANAVARLARIN GANINI.
    *****
    Əhsən!

     
  10. Mubariz

    Salam.Cox gozel fikir bildirmisiniz,komandaya destek olmaq bizim esil azarkes kimi borcumuzdur.Sizden xahis edirem anti ‘Xezer’ serhleri saytdan silin.Men bileni “Xezer”-in dusmenleri anti tebligat aparirlar.Komanda uduzanda,da bizimdir ,udanda da.Komandada kim ne qeder pul alir o bizim isimiz deyil.Pulu kim verir o da haram ,halal ede biler.Men dunen de xahis etmisdim ki,Bakida yasayan azarkeslere de muraciet edek stadiona gelsinler.Bir de Messi ayamali serhciden xahis edirem stadiona gelib gelmemek onun sexsi isidir amma anti”Xezer”yazmasin.Indi komandada olanlar vaxt gelecek hami gedecek amm ,komanda bizm olaraq qalacaq.Bir de Qabil beyden xahis edirem bu on il erzinde komandanin qazqndigi ugurlari saytda yazsin.Sag olun hami ayin 24-de komandamizin yaninda olaq.Finala biz cixacayiq.
    *****
    Salam! Çox gözəl istəkdən əmələ gələn münasibət və komandaya dəstək dolu fikirlərlə çıxış etmisiniz və inam ifadə etmisiniz. Bunun bir əmması ola bilər ki, çoxlu azarkeşlərin arasına 5-6 dələduz “azarkeş” girib, komandamız mərhələ keçmədiyi təqdirdə “İstefa” qışqırıb onların hissləri ilə oynaya və nəticədə bu axmaq şüara çoxları qoşula bilər ki, onda biz Mustafa Denizli kimi bir dəyərli mütəxəssisi itirə bilərik.

     
  11. Azərbaycanlı

    Komandanı çətin məqamda anşlaq şəraitində, nəticədən asılı olmayaraq sonadək dəstəkləyib alqışlarla yola salmaqla “Xəzər-Lənkəran” azarkeşi bütün futbol tariximizə möhürünü vurmalıdır.
    *****
    Bu çox yaxşı təklifdir, amma!.. Bunun bir əmması ola bilər ki, çoxlu azarkeşlərin arasına 5-6 dələduz “azarkeş” girib, komandamız mərhələ keçmədiyi təqdirdə “İstefa” qışqırıb onların hissləri ilə oynaya və nəticədə bu axmaq şüara çoxları qoşula bilər ki, onda biz Mustafa Denizli kimi bir dəyərli mütəxəssisi itirə bilərik.

     
  12. Azərbaycanlı

    Komandaya sonadək dəstək olmağın, nəticədən asılı olmayaraq komandanı meydandan alqışlarla yola salmağın müsbət təsirini komandanın sabahında da görəcəyimizə inanıram. Azarkeş futbolçu və məşqçilərin hər birinə bu fikri çatdırmalıdır: “FIRTINALAR MEYDANI MƏNİMDİR, SƏN DƏ MƏNİM OL”.

     
  13. TELMAN

    SALAM BUTUN XEZER SEVERLERI SABAHKI OYUNA MOCUZEYE CANLI BAXMAGA DEVET EDIREM. GELIN BIR SANSDA XEZERIMIZE VEREK . INSALLAH MOCUZE BAS VERER. MEN INANIRAM KI MUSTAFA DENIZLI HER SEYE GEDEREK HUCUMLARI BIR HUCUMCU ILE DEYIL , GARA BEBIRIMIZ MBILLANI ORTADA BURAXMAGLA SAG VE SOL TEREFDEN DE MBILLAYA KOMEK EDEN HUCUMCULAR BURAXACAGDIR. YENI ITIRECEYIMIZ HEC BIR SEY YOXDUR . ONSUZ DA UC TOP FERGI ILE UDUZMUSUG. BUNU ANCAG HUCUMLARLA ARADAN GOTURMEK OLAR . ONA GORE KOMANDAYA DESTEK OLARAG ETAME MBILLAYA OLAN UMUDLERIMIZI ITIRMEYEK INSALLAH SABAH MOCUZENIN SAHIDI OLARIG.

    BU GUN SOZ SALACAGAM, CAVAN BIR FUTBOLCUDAN,
    KOMERUNLU GARAMIZ , ORTA XETT HUCUMCUDAN.
    TEXNIKALI, SURETLI HUNDUR BOYLU BUXUNLU,
    NEDIR YORULMAG BILMIR, CUSSELI KOMERUNLU

    SIR TEK CIXIR MEYDANA, ZEBT ELEYIR MERKEZI,
    GOZEL TEXNIKASIYLA, HEYRAN EDIR HERKESI.
    ADANSPOR KLUBDA, KORYERANI BASLAYIB,
    COXLU GOLLAR VURARAG, REGIBLERI ASLAYIB.

    YARIMFINAL OYUNDA , DEYECEK OZ SOZUNU,
    FINALDA REGIBLERIN, BAGLIYACAG GOZUNU.
    XEZER AZERKESLERI , UMUDLUDURLAR ONA,
    CUNKI HELE CAVANDIR, COX SEY GALIBDIR SONA..

    FIRTINALAR YARADIB, SABAH XEZER COSACAG,
    LENKARAN AZERKESI MURADA GOVUSACAG,
    ETAME MBILLANI HAMIMIZ DESTEKLIYEK,
    KOMANDANI BIR YERDE GELEBEYE SESLEYEK.

     
  14. Azərbaycanlı

    Zaman hünər zamanıdır Firtınalar Meydanında!!!

     
  15. Mubariz

    Axsaminiz xeyir.Bu gun yazilan serhlerden quru duydum.Esil ‘Xezer’ azerkesi bele olmalidir.Insallah allah bizi sevindirer.Sabah stadiondan sevine-sevine cixariq.Doktor size de tesekkur edirem ki,tebligatinizin komandaya xeyri deyecek insallah.
    *****
    İnşallah sabah komandamızın mərhələ adlamağı hamımızı birlikdə sevindirəcək.

     
  16. Qabil

    Hörmətli Müəllim və bütün “Xəzər”lilər,
    axşamınız xeyirli olsun!
    “Xəzər Lənkəran!” Sabah var gücünlə oyna! Öz keçmiş adına, şərəfinə layiq oyna! Həmişə Səni ürəkdən sevən azarkeşinə görə oyna! Səndən küsmüş və küsdürülmüş azarkeşini yenidən “Fırtınalar meydanı”na qaytarmaqdan ötrü oyna! Və nəhayət, Bizə keçmiş “Xəzər Lənkəran”ımızı geri qaytarmaq üçün oyna!!!

     
  17. TELMAN

    SALAM XL AZERKESLERI INSALLAH SABAH MOCUZE OLAR. BIZ OZ BORCUMUZU YERINE YETIRMEKLE DESTEYIMIZI VEREK . KOMANDA ISE KISI KIMI SON NEFESE GEDER VURUSMALIDIR. DESTEYIMIZIN NE GEDER DEYERLI OLDUGUNU SABAH INSALLAH GORERIK

    ESL KISI SAVASI, SABAHDIR AY DENIZLI,
    BUTUN XEZERSEVERLER, YURIYE OLAR GEREZLI.
    GOZ YUMAG KECENLERE, LEHNETLEYEK SEYTANI,
    OZ GUCLU ORDUMUZLA, DOLDURARIG MEYDANI.

    BIZ SENE DESTEK OLUB, YURINI BAX FITTIYEK,
    ISTEYIRSEN MEYDANDA, AGZINI TIVITTIYEK.
    BUTUN BU EDILENIN OLARMI BIR MENASI?
    BUNA GORE GELERMI , GELEBENIN SEDASI?.

    SABAH GOZEL OYUNLA, GELEBE VERIN BIZLERE,
    OYUN OLUM, DIRIMDIR BIZ DESTEYIK SIZLERE.
    KUBOK OYUNLARINDA, SECIMLI OLMALIDIR,
    REGIB GOZUN ACMAMIS, DORT GOL VURULMALIDIR.

    SOZUM SENEDIR MENIM, EY DENIZLI MUSTAFA,
    DUZGUN HEYYET SECIMDE , ISLETKINEN SEN KAFA,
    SABAHKI GELEBEMIZ , SENE TARIX YAZDIRAR,
    RUS DIGASI YURINI , OZ YOLUNDAN AZDIRAE

     

Şərh əlavə et


beş − 2 =