Uzanır qara zolaq, Gəncləşir qara zolaq…

Premyer Liqada çıxış edən klubların əvəzediciləri arasında keçirilən Azərbaycan çempionatının XIII  tur oyunları baş tutub. “Xəzər Lənkəran”lı gənclər evdə “Qəbələ”nın əvəzedicilərin qəbul ediblər. Lənkəran şəhər mərkəzi stadionunun ehtiyat meydancasında saat 15:00-da start götürən qarşılaşmanın sonunda “Xəzər Lənkəran” məğlub olub. İlk dəqiqələrdnən hucumda olan yeniyetmələrimiz ilk hissənin sonuna yaxın rəqibin əks hucumdan öz qapılarına top buraxıblar.Bu top sonda oyun ərzində yeganə olduğundan lənkəranlılar oyunu məğlub bitirdilər.Onu da qeyd etmək istərdik ki gənclərimiz ikinci hissə nə qədər calışsalarda nə rəqibə nə də yağışdan  hovuza dönmüş meydancaya güc gələ bilməyiblər.Gənclərimiz deyəsən qara zolaqa düşüblər,belə ki yeniyetmələrimiz düz 5 (!) oyundu qələbəyə həsrətdirlər.
“Xəzər Lənkəran”- “Qəbələ” – 0:1
Mənbə: 12cioyuncu.info

9 thoughts on “Uzanır qara zolaq, Gəncləşir qara zolaq…”

  1. Axşamınız xeyir, Doktor! Əvəzedicilərimiz minimal hesabla məğlub olsa da səviyyə baxımından “Qəbələ”dən heç də geri qalmırdı. Dayanmadan yağan güclü yağış həm tamaşaçıların həm də futbolçuların əhvalını korladı. “Qəbələ”nin start heyətində deyərdim ki, xeyli əsas heyətdə oynamağa layiq olan oyunçular oynayırdı. Fiziki baxımdan da qonaqlar bir qədər üstün görünürdü. Baxımlı oyun oldu, hesab heç-heçə olsaydı ədalətli olardı. Deməzdim ki, öz yerımızdə üç xal itirdik, oyuna görə demək olar bir xal qazana bilmədik.
    *****
    Hər vaxtınız xeyirli olsun Qabil bəy! Yazdığınız şərh vasitəsi ilə azarkeşləri demək olar ki, oyunun gedişi ilə tanış etdiniz. Çox sağ olun.

  2. Axşamınız xeyir, Mirhafiz müəllim! Bir an belə dayanmayan yağış altında baxımlı oyun izlədik. Komandamız mən deyərdim ki, “Qəbələ”dən bir baş üstün oynadı. Nəticədə bütün komanda ilə müdafiəyə çəkilən “Qəbələ” Lənkərandan bir xal aparmağa nail oldu. Bütün oyun ərzində rəqibin qapımıza cəmi iki-üç yadda qalan hücumu oldu. Qalan vaxt ərzində qapıçımız Leyte Duqlas demək olar ki, yaxşı istirahət etdi.
    *****
    Hər vaxtınız xeyirli olsun Qabil bəy! Biz qələbə istirahəti istərkən, yağışın altında “istirahət” etməli olduq.

  3. Mirhafiz müəllim, əsas bir məqamı qeyd etmək istəyirəm. Komandamızda xüsusiylə Rahid və Etame Embillanın oyunu super idi. Çox heyf oyunda qol olmadı ki, yaxşıca sevinsinlər.
    *****
    Görəsən biz də stabil bir komandanın uğurlarına sevinəcəyikmi?

  4. Premyer liqanın təvqimi bu ilki təvqimi yoxdurmu sytda ? daha bir təhgər olduq ki ,xal itirməkdən .Qış transferlərin gözlüyək görək üzlü qoca ,daha nə bəhanə edəcək ,Keçən il Yunisin vaxtında belə yağışlı vaxtda ,2-1 hesabı ilə qalib gəlmişdi .Bəs indi nə olub .?
    *****
    Saytda bölmələr olan üfüqi sütunda “Əsas”, “Bosman”, “Rəylər”dən sonra “Təqvim” bılməsi gəlir ki, oxu üzərinə apardıqda daha iki yarımbölmə açılır. “Ölkə Çempionatı” və “Ölkə Kuboku”. Oradan “Ölkə Çempionatı”nın üstünə klik etdikdə, 2013/14 mövsümünün təqvimini görə bilərsiniz.

Comments are closed.