Buradasınız Əsas » Xarici Futbol » Çempionlar Liqası » UEFA ÇL 2013/14 I Təsnifat mərhələsindən, Qruplara və Finala qədər (Sxematik)
  • Bookmark and Share

UEFA ÇL 2013/14 I Təsnifat mərhələsindən, Qruplara və Finala qədər (Sxematik) 

Cempionlar Liqasi_images

UEFA Çempionlar Ligası, bu qurum tərəfindən 1955-ci ildən başlayaraq hər il keçirilir. Bu turnirdə Avropanın ən güclü komandaları mübarizə aparır. 1955-ci ildən 1992-ci ilə qədər bu turnir Avropa Çempionlar Kuboku adı altında keçirilib. 1990-cı illərə qədər turnirin keçirilmə formatı başqa idi. Yəni Avropada öz ölkələrinin çempionları olmuş komandalar arasında püşk atılır və iki oyunun nəticəsinə görə (uduzan-çıxır), qalib növbəti mərhələyə vəsiqə qazanırdı. Qaliblər arasında yenə püşk atılır (32/1; 16/1; 8/1; 4/1; 2/1; və Final) və bu final oyununa qədər davam edirdi.

Daha sonra UEFA turnirə böyük marağın olduğunu nəzərə alaraq turnirdə genişlənmə apardı və ad dəyişikliyi etdi. Məsələn, İspaniya, İtaliya, Almaniya, İngiltərə, Fransa kimi ölkələrdə 2, 3, 4-cü yerləri tutan komandaların, heç də Polşa, Andorra, Lixtenşteyn, İslandiya, Finlandiya və sair ölkələrin çempionlarından heç də zəif olmadığını, əksinə qat-qat güclü olduğunu nəzərə almışdılar.

Bizcə turnirin indiki adı- “Çempionlar Liqası” adı da Turnirə tam uyğun gəlmir.  Çünki Çempionlar Liqası adından göründüyü kimi çempionların turniri olmalıdır. Di gəl ki, burada çempion olmamış komandalar da ölkə futbol reytinqinə görə 2-ci, 3-cü və hətta İspaniya, İtaliya, İngiltərə, Almaniya kimi ölkələrin 4-cü yeri tutan komandaları da iıtirak edir. Düzdür həmin komandaların da əksəriyyəti nə vaxtsa ölkəsinin çempionu olub. Amma belə olmaya da bilər. Həm də ki, konkret mövsümü məsələn, elə bu mövsüm 2013/14-ü ifadə edən turnir hansı mövsümlə əlaqədar olduğu göstərir. Elə uyğunsuzluq da budur.

İndiki sistemdə isə reytinqinə görə Avropa ölkələrinin hər birinin çempionu olmuş komandalar 1-ci, 2-ci, 3-cü təsnifat mərhələlərindən yarışlara qoşulur, burada iki oyunun nəticəsinə görə uduzan turniri tərk edir (olimpiya sistemi) və sonda püşkatma ilə hər birində dörd komanda olmaqla, 8-qrupdan ibarət system üzrə keçirilir. Reytinqi daha çox olan klublar isə mərhələlərdən keçmədən birbaşa adını qrupa yazdırır. Qruplarda hər bir komanda, digər 3 komanda ilə ev və səfər olmaqla iki oyun keçirir. Toplanan xallara görə yerlər müəyyənləşir.  Qruplarda ilk iki yeri tutan komandalar isə “A” qrupunun 1-si, “B” qrupunun 2-si və sair görüşürlər. Bunlar da “A” cütlüyü, “B” cütlüyü və sair müəyyənləşir və finala qədər belə davam edr.

Aşağıda sxematik olaraq bu il də daxil, bu turnirlə ətaflı tanış ola bilərsiniz.

Şərh əlavə et