Buradasınız Əsas » Aktual » Üç yox Mübariz bəy, daha çox!
  • Bookmark and Share

Üç yox Mübariz bəy, daha çox! 

mubariz_mensimov

“Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov bir neçə gün öncə Türkiyə mətbuatına geniş müsahibə verib. Nüfuzlu iş adamı söhbət zamanı bir sıra maraqlı açıqlamaları ilə diqqət çəkib. Türkiyə və Azərbaycan arasında münasibətlərdən, Qarabağ problemindən, biznes sahəsində qazandığı uğurlardan tutmuş, üstünlük verdiyi həyat tərzinə qədər bir çox mövzular ətrafında danışan Mənsimov, Azərbaycanda sahibi olduğu futbol klubunu böyük azarkeş ordusunun dəstəklədiyini dilə gətirib.

Mübariz bəy söhbət əsnasında “Xəzər Lənkəran”ın təxminən 3 milyona azarkeşinin olduğunu qeyd edib ki, əslində, bu rəqəm daha böyükdür. Bu komandaya yalnız Cənub bölgəsində yox, ölkəmizin digər ərazilərində, eləcə də, xaricdə yaşayan soydaşlarımızın rəğbət bəslədiyi hər kəsə məlumdur. Daxili yarışlar zamanı yalnız “Xəzər Lənkəran”ın ev oyunlarında tribunalarda izdiham yaşandığı da heç kimə sirr deyil. “Ağ-yaşıllar”ın məşqlərini daha çox insan izləyir, nəinki əksər paytaxt derbilərini. Bu isə peşəkar bir klub adına önəmli bir məqamdır, üstünlükdür.

“Xəzər Lənkəran”ı böyük edən onun azarkeşləridir. Təsadüfi deyil ki, klub rəhbərliyi hər zaman bu amili prioritet sayıb. Atılan addımlar komanda üçün ürəyi yanan, dəstəyini əsirgəməyən insanların istəklərinə hesablanıb. Bu gün klubun beynəlxalq standartlara cavab verən stadionu, hər bir şəraitə malik təlim-məşq bazası, gələcəkdə böyük uğurlara nail olmaq üçün sağlam infrastrukturu var.

Əsl azarkeşləri həmişə komandanın yanındadı. Xüsusən də, sıxıntılı günlərdə. Onların heç vaxt “ağ-yaşıl” rənglərə üz çevirməməklərinin səbəbi klubun idarəçiliyində yer alan şəxslərin səylə çalışdıqlarının, rəhbərliyin komanda üçün heç bir şeyi əsirgəmədiyinin fərqində olmalarıdır.

Bu gün komandanın ev oyunlarında tribunaları dolduranlar yalnız Lənkəran əhli deyil. “Xəzər Lənkəran”ın hazırda Cənub bölgəsini təmsil edən yeganə komanda olması azarkeşlərin ölkə üzrə miqyasını daha böyüdüb. “Fırtınalar meydanı”nda Astara, Masallı, Lerik, Yardımlı ilə yanaşı, Cəlilabad, Salyan, Biləsuvar, Neftçala və digər şəhərlərdən gələn vətəndaşlarımıza rast gəlmək mümkündür. Həmçinin, əslən cənublu olan, lakin hazırda Bakıda və Sumqayıtda yaşayan, təhsil alan, işlə bağlı müvəqqəti məskunlaşan həmyerlilərimizin də ev oyunlarında “ağ-yaşıllar”a dəstək vermək üçün Lənkərana üz tutduqlarını müşahidə edirik.

Azərbaycanda futbol klubların əksəriyyəti azarkeş baxımından ciddi sıxıntı çəkdikləri halda, “Xəzər Lənkəran”ın 8 fan-klubu var. Rəsmi fan-klubula yanaşı, komandanı “Caspian Ultras”, “12-ci oyunçu”, “Bosman”, “Xan Lənkəran”, “Green Gate2” və “Fırtına” dəstəkləyir. “Ağ-yaşıllar”a ölkə xaricində də rəğbət bəsləyən kifayət qədər soydaşımız var. Komandanın Moskva fan-klubunun olması buna bariz sübutdur.

Müasir futbolda milyonlar xərcləyən deyil, yalnız azarkeş ordusuna malik olanlar böyük klub hesab edilə bilərlər. “Xəzər Lənkəran” rəhbərliyi klubun 3 milyondan çox insanın dəstəyi sayəsində sayılıb-seçilənlər arasında olduğunun fərqindədir. Lakin bu, son hədd deyil, ola da bilməz. “Ağ-yaşıllar”a könül verənlərin sayı durmadan artır. Klubun gələcəyində hesablanmış yatırılan sərmayə və görülən işlər komandanın əldə etdiyi nəticələrdə də öz əksini tapdıqca, tərəfdarların miqyası daha böyüyəcək.

Buna kimsənin şübhəsi olmasın!

 

Mənbə: Apasport.az

7 Şərh yazıya: Üç yox Mübariz bəy, daha çox!

  1. van persi

    en boyuk xezer ne olursa olsun xezer seninleyik

     
  2. Zefer Lerikli

    Salam!.Bizim torpağimizin bərəkəti bizləri həmişə vətəpərvər, mərd ,mubariz kimi böyudur.Buna istiqanli olmağimizida əlavə etsək onda nece igid azeri övladlari olmağimizla fexr edirik.Tanimadiğimiz insanin cənub bölgəsindən olduğunu bilən an, ən əziz adami görurmuş kimi ona yaxinlaşir, hal-əhval tuturuq.Öz doğma taliş dilində danişmağa başlayiriq.Bu istiqanliliq bizi qonaqpərvər,mehriban ve böyuk edib.Bölgəmizin ətraf rayonlarida eynen bunun kimi ” ağ-yaşil”- rəngə ,XƏZƏR-Lənkərana könul verib.Bu kamandamiz cənubun istənilən rayonunda yaransaydi belə yenə hemin sevgi ve yenə həmin istək olardi.Biz həmişə bir yerdə gucluyuk.Bizi hec kim ayira bilmez və hec kim bu sevgidən məhrum edə bilməz.

     
  3. Zefer Lerikli

    Böyuyub boya-başa catdiğim Lerikin her kəndində futbola maraq var.Əlelxususdə nisbətən böyuk kəndlərində.Sovetlər dönemində biz qonşu kəndlərlə yariş kecirdərdik.O vaxtlar SSRİ adlanan kamandalarin qarşilaşmalarini televiziyadan izləyərdik və inanin ki ,oyuncularin hərəkətlərini özumuz dərə-təpə cəmənliklərdə təqlid edərdik.Bunlari ona görə qeyd edirəm ki, bu futbola maraq azyaşlidan tutmuş böyuklərimizə qədər hamimiza sirayət edib.Cox istərdim ki, dağ rayonlarimizda imkani olmayan lakin urəyi futbolla döyunən gənclərimizə şərait yaradilaydi.Bu mənim futbolda ən boyuk istəyimdir.
    *****
    Zəfər bəy, sözünüzə qüvvət və yeri gəldiyi üçün onu deməliyəm ki, Mustafa bəyin özü ilə gətirmək istədiyi, köməkçi gənc məşqçi İbrahim Üzülməz Türkiyənin Kocaeli əyalətində çoban ailəsində doğulub. Uşaq yaşlarından o da ailəsinin ənənələrini davam etdirib. 16 yaşında ikən tarlada sürətlə qaçdığı və yoldaşları ilə futbol oynadığı zaman üçüncü liqa təmsilçisi “Günenspor”lu yönəticilərin diqqətini çəkmiş və komandaya götürülmüşdür. İstedadı sayəsində bir il sonra “Karabükspor”a, sonra əskərlikdən “Amasyaspor”a, ordan da 1-liqa komandası “Gaziantepspor”a keçib. Çoban ikən ən böyük xəyalı “İnönü” stadionunda “Beşiktaş”ı izləmək olub. Nəhayət “Gaziantepspor”da ilyarım oynayandan sonra “Beşiktaş”a keçib. Hansı ki, çoban ikən bu komandanı stadionda izləmək ən böyük xəyalı olmuşdu. Sonralar “Beşiktaş”ın kapitanı və öz oyunu ilə onun tarixinə adını yazdırmış oldu. Oynayarkən sol cinah müdafiəçisi olsa da, sol cinahı müdafiədən hücuma qədər özününküləşdirirdi və rəqib tanımırdı. Sol cinahdan çox qolların pasını verirdi. Daha sonralar Türkiyə millisinə də dəvət alırdı.

     
    • Zefer Lerikli

      Muellim!.İndinin özundədə kəndlərimizdə belə “Deli İbo”-kimi urəyi futbolcu olmaq arzusunda olan balalarimiz var.Cox təssuf ki, onlar gözdən uzaqdilar.Hec imkanlari yoxdur ki, rayon mərkəzinə getsinlər.Region uzrə istedadli futbolcu axtarişi hec vaxt torpaq yolu olan kəndlərdə aparilmir.Asfaltda böyuyən genclərlə yanaşi -palciqli yollari olan ,kəndlərdə qoyun-quzu otarib ve futbol oynayan uşaqlarida yaddan cixartmaq olmaz.İnşallah geləcəkdə bu addimlar atilacaq və öz yerli genclerimiz bizi temsil ederler.
      *****
      Bəli, Zəfər bəy, belə kəşflərə ehtiyac var!

       
  4. Qabil

    Hörmətli DOKTOR! İbrahim Üzülməz haqqında yazdıdlarınız məni kövrəltdi. Çoban uşaq hara, böyük futbol hara? Bu bir həqiqətdir və İbrahimin böyük futbolda keçdiyi şərəfli yoldur. Əslində futbol akademiyalarında yetişən uşaqlar keçmişdə küçə futbolu, məhlə futbolunda yetişən uşaqlardan heç də güclü deyillər. Əsl istedadların çoxu məhlə və küçə futbolunda yetişənlər olub.
    *****
    Bəli, Qabil müəllim, fitri istedad başqa bir şeydir. O şeyi ki, Allah verir onu inkubatorda yetişdirmək olmaz! Amma axtarıb tapmaq lazımdır.

     
  5. Qabil

    Tamamiylə doğru fikirdir,Doktor! Futbol akademiyası inkubator kimi bir şeydir. Allah vergisi olanlar, fitrilər isə İbrahim Üzülməz kimi olurlar. Belələrini vaxtında aşkarlasalar bundan Ölkə futbolu yalnız xeyir görər. Bizdə isə Türkiyədən fərqli vəziyyət hökm sürür. Uşaq fitri istedadda Messi də olsa hansısa kluba götürmək üçün deyəcəklər, filan qədər gətir səni komandaya götürək.

     

Şərh əlavə et


+ 8 = on