Buradasınız Əsas » Xəbər » Üç oyunluq “psixoloji yanacağın” tükənmə qorxusunun DAVAMI!
  • Bookmark and Share

Üç oyunluq “psixoloji yanacağın” tükənmə qorxusunun DAVAMI! 

XL_Yasil_10 illik

XXIII tur, turnir cədvəli baxımından həm çox maraqlı və həm də çox önəmli idi. Burda önəmli olan nə idi? XXIII turun turnir cədvəli baxımından önəmliliyini, qarşılaşacaq komandaların, xüsusi ilə “Xəzər Lənkəran”dan üst pillələrdə olan komandaların, “Bakı”-“İnter” və “Qarabağ”-“Simurq” oyununda “Qarabağ”ın gözlənilən xal itkiləri idi. Futbol sürprizlərlə zəngindir fikri, bu turda xüsusən özünü qabarıq olaraq göstərdi. Bu turda nəinki bu komandajar, altıncı yerdə yerləşən “Xəzər Lənkəran”dan üst pillələrdə yerləşən beş komandanın hamısı az və ya çox olmaqla xal itkisinə məruz qaldı. Belə ki, turun sensasion nəticəsi Sumqayıtda qeydə alındı. “Sumqayıt” evdə çox gözəl, məntiqli oyun nümayiş etdirib “Neftçi”ni 2:0 qonşu şəhərə məğlub yola saldı. Bundan az əvvəl “Qəbələ” öz meydanında “Rəvan”ın müqavimətini qıra bilmədi və bu oyun 0:0 hesabı ilə bitdi. “Şəfa”da oynamasına baxmayaraq “İnter”-“Bakı” oyunu da 1:1-lik bərabərliklə bitdi. Bizim matçla eyni saatda başlayan və öz meydanı hesab olunan Tofiq Bəhramov adına stadionda “Qarabağ” da, “Simurq”a güc gələ bilmədi və bu oyun da lider “Qarabağ”ın xal itkisi ilə başa çatdı, 0:0.

“Xəzər Lənkəran”ın oyununa gəlincə, AZAL-la əksər hallarda uğursuz seriyalar zamanı belə dönüş etməyi bacaran komandamız bu şansı əldən verdi. İki top fərqi ilə üstünlük qazanan komandamız, oyunun axırlarına doğru passivzmə gedərək, sanki oyundan qopdu və AZAL-ın qarşısında duruş gətirə bilməyərək ardıcıl iki top buraxdı və 0:2 öndə ikən, 2:2-lik bərabərliklə meydandan ayrılmalı oldu. Onunla işimiz yox ki, 1:2 öndə olduğumuz matçın son dəqiqələrində baş hakimin başından böyük səhvi nəticəsində rəqib penalti “qazandı” və bu fürsətdən maksimum yararlandı. Hakim “səhvlərinin” bol olduğu ölkəmizdə, niyə ona “imkan” verməliydik ki, o, da penalti nöqtəsini göstərsin. Məgər üstünlükdən yararlanıb oyunu mərkəzdə və yaxud hücumda davam etdirmək olmazdımı? Özü də rəqib bir nəfər azlıqda qala-qala niyə imkan verməli idik ki, üstümüzə dalbadal hücumlar təşkil etsin.

Turnir cədvəlində bizdən yuxarıda olan beş komandanın hamısının xal itirməsinə rəğmən ələ düşmüş bu gözəl fütsəti niyə dəyərləndirə bilmədik? Keçən turda ev oyunumuzda “Bakı”ya 0:2 məğlub olanda, biz bunu psixoloji hazırlıq baxımından dəyərləndirmişdik. Bunu deyərkən sanki meydanın içərisində özümüzü futbolçularla bərabər hiss etmişdik. Ona görə əsl səbəbi göstərə bilmişdik. Düzdür bu fikrimizə, ağız büzənlər də olmuşdu. Kimi bunu Rahidin məcburi əvəzlənməsi ilə, kimi də ilk üçlükdə olan komandalarla ardıcıl oyundan sonra, fiziki yorğunluqla əsaslandırmağa çalışmışdı. Amma zaman göstərdi ki, əsas səbəbi biz söyləmişdik.

Ötən məğlubiyyəti Rahid Əmirquliyevin məcburi əvəzlənməsini əsas gətirənlər, bəs indi nə deyir? İndi əvvəlcədən bilinirdi ki, Rahid oynamayacaq və əvvəldən “Rahidsiz taktika” qurulmalı idi ki, o da qurulmuşdu. Hər şeyi Rahidin əvəzlənməsi ilə bağlayanlar bəs bu günki oyunda Rahidsiz, 0:2 önə keçməyimizə nə deyirlər? Doğrusu, Mustafa Denizli də bu fikrin üstündə israrlıydı ki, biz Mustafa bəyin də psixoloji durumu qiymətləndirməməsinə təəssüf edirik. Yoxsa, bugünki qələbə əldən verilməzdi. Mustafa bəy bugünki qələbə üçün hər şey etmişdi, bircə psixoloji hazırlıq əksikliyi vardı. Ya, ötən məğlubiyyəti fiziki yorğunluqla bağlayanlar nə deyir? İndiki həmin ağır oyunlardan xeyli vaxt keçib. Komanda bərpa məşqlərini də uğurla arxada qoyub ki, bu gün 0:2 hesabı ilə önə keçə bildi. Önə keçə bildi! Bəs niyə, üstünlüyü qoruyub saxlaya bilmədi? Özü də rəqib bir nəfər azlıqda olarkən biz fiziki cəhətdən də bir nəfər üstün durumda idik.

Bax, budur əsas məsələ. Keçən dəfə dediyimiz kimi komanda və elə məşqçilər də daxil “Psixoloji yanacaq”ları üç oyuna bəs etdi. Yəni üç oyunluq benzin tökmüşdülər maşına. Maşın da üç oyunluq yol gedəndən sonra yanacaq qurtardı və yolda qaldıq.  Bu yanacaq “psixoloji yanacaq”dır. Bilirsiz, təlim-məşq dövründən bəri bütün komanda, məşqçilər də daxil, dövrə başlayan kimi ilk üçlükdəki komandalarla ardıcıl oynayacaqlarını təqvimdən də bilirdilər. Ona görə maksimum bu oyunlara psixoloji olaraq kökləniblər və həm də düşünüblər ki, bu üçlüyə qalib gəlsək, o biri komandaları məğlub etməyə yəqin ki, gücümüz çatacaq.  İşlər rels üzərinə düşəcək. Bax, ən böyük səhv də elə bunda olub və komanda hələ bu havadan qurtula bilməyib. İlk üçlük komandaları ilə lazımi oyunu oynayıb, lazımi nəticələri qazandıqdan sonra, əsas fikri-zikri bu olan komanda boşalıb, yəni qabaqda üç səddi keçməli olan komanda, bu səddləri keçir və dördüncüsünə rast gəldikdə nə edəcəyini bilmir. Yoxsa, komandanın fiziki gücü də var. Özü də rəqib bir nəfər azlıqda olarkən onlara bolluca hücum şansı verir və sonda top buraxıb qələbəni əldən veririk. Bunlar hamısı psixoloji hazırlığın həmin üç oyuna köklənərək, sonra isə qurtardığının nəticəsidir.

Bir dəfə belə düzgün araşdırma yazımızla, Yunis Hüseynova Avroliqada ilk və özü də səfər qələbəsi qazanmasına istiqamət vermişdik. Sağ olsun məsləhətdən düzgün yararlanmışdı. Bunu özü və başqa təsdiq edənlər də olar. “Nomme Kalyu” ilə evdə keçirdiyimiz oyunda “Xəzər Lənkəran” ilk hissədə öndə olsa da, ikinci hissə rəqib üstünlüyü ələ aldı və hesabı da bərabərləşdirə bildi 2:2. Bu oyunun belə hesabla bitməsi, “Xəzər Lənkəran”ın ikinci hissədəki, zəif oyunu səbəb olmuşdu. Biz bunu, “fiziki potensialın, 90 dəqiqəyə düzgün bölünməməsi” kimi dəyərləndirmişdik. Bu yazı ilə tanış olan məşqçi, artıq səfərdəki oyunda bunu nəzərə alıb 0:2 hesablı qələbə qazanmışdı. Bu səbəbi özü də kimsələrlə söhbətdə bildirmişdi.

İndi bizim futbol təhsilimiz olmasa da, bu oyunu başa düşdüyümüz qədər müzakirə edib müəyyən şeylərin səbəbini tapa bilirik. Nəzərə alan müvəffəqiyyət də qazana bilir. Bu dəfə Mustafa bəydən də ricamız odu ki, bizim göstərdiyimiz səbəbləri nəzərə alıb, komandanı ilk üçlük psixologiyasından qoparıb, növbəti oyunlara kökləyə bilsin. Bundan əldə olunacaq müvəffəqiyyət isə komandamızla birgə hamımızındır.

 

5 Şərh yazıya: Üç oyunluq “psixoloji yanacağın” tükənmə qorxusunun DAVAMI!

  1. R.S.

    Görək Mustabfa bəy nə edəcək ,Bəlkə o da arxayınlaşıb .Bəlkə də O da necə deyərlər həm xasiyyət olmasın?
    *****
    Həmxasiyyət olmaz məncə. Sadəcə yazıda göstərilən səbəbləri nəzərə almalıdır.

     
  2. Qabil

    Gecəniz xeyirli olsun, DOKTOR! Sizin qeyd etdiyiniz komandanın psixoloji cəhətdən oyuna kökləmək prinsipi “Azal”la oyunda tam çılpaqlığı ilə özünü büruzə verdi. Komandamız 2-0 öndə olmasına baxmayaraq həm psixoloji baxımdan, həm də fiziki gücün 90-dəqiqəyə düzgün bölüşdürülməməsi səbəbindən qələbəni qoruyub saxlaya bilmədi. Bura oyunçuların özünə arxayınçılığını və sonadək mübarizə aparmaq əzminin olmamasını da əlavə etmək olar.
    *****
    Axşamınız xeyirli olsun, Qabil bəy! Tamamilə doğrudur.

     
  3. Demir Agaci

    Bu hefte, Standard liege 2-3 Gent oyununun neticesi ile teselli tapiram…
    *****
    Səhər bu möhtəşəm oyun haqqında yazı verəcəyik.

     
  4. MALIK

    Heyif REDNIKIN vaxtindaki birde AGASELIM MIRCAVADOVUN vaxtindaki XL-dan..

     
  5. Zəfər Lerikli

    Muəllim salam!

    12cioyuncu.info saytinda gedən şərhimə qisaca aydinliq gətirmək istəyirəm.Əvvəldən deyim ki fikirlərim “oyun bitən kimi adikecən saytda “azarkeşlərin şərhlərinə naraziliqdan qaynaqlanmişdi.Uc oyunluq “psixoloji yanacağin” tukənmə qorxusunun davami sərlövhəli yaziniz isə “Bəs niyə hec-hecə?” yazisindan sonra həmin saytda yayimlanmişdi.Mənim fikirlərim sirf azarkeşlərə və onlarin təhqirlərinə qarşi yönəlmişdi.Əlbəttə “Bosman” və “12cioyuncu.info saytlarinin zəhməti cox böyukdur.Məndə elə bu saytlardan həqiqəti oxumağa calişiram və bu saytda zəhməti kecən insanlara borcluyam.Mənim futbol biliyim sizin qədər olmaz və bu barədə muqayisə aparmaqda olmaz.Həmin saytda bəzi azarkeşlərin təhqirlərinə və penalti barədə fikir yurutməməkləriə, həmcinin M.Dənizlinin campianatimizda hələ belə cirkinliklərlə uzləşmədiyini nəzərə alaraq nalayiq ifadələrin əleyhinə olmuşam.Yəqin ki həmin saytda sizin yazinizdan sonra yazdiqlarimi oxuyarsiniz.Onuda özumə borc bilirəm ki azarkeşlərimizdən bəziləridə haqli tənqid etdiyini etiraf edirəm.Amma butun hallarda təhqirin əleyhinəyəm.Sizə minnətdaram və təşəkkur edirəm!
    *****
    Zəfər bəy salam! Sizin təhqirə qarşı olmanız, bizim də dəsti-xəttimizdir. Təhqiri o adam edir ki, özü dəfələrlə təhqir olunmuş olsun və necə deyərlər bu barədə sırtılmış olsun. Qaldı ki, ilk şərhinizə, hansı ki, mən cavab verməli olmuşdum, o şərhinizdən istifadə edib, başqa səmtə getmək istiqaməti var idi ki, bu şansdan da yararlanmaq istəyənlər olmuşdu. Mən sizin necə bir, komandasının əsl və təmənnasız azarkeşi olmanızı çox yaxşı bilirəm. Təşəkkür edirəm!

     

Reply to MALIK


− 2 = bir