U-15 Liqası: ”Xəzər Lənkəran” 4:2 ”Neftçi”

U-15 Liqasının 2-ci dövrəsinin IV turunda “Xəzər Lənkəran” “Neftçi”ni qəbul etdi. Komandamızın 2:0 hesabı ilə irəlidə olduğu matçda rəqib hesabı bərabərləşdirsə də, daha iki dəfə fərqlənən yeniyetmələrimiz inamlı qələbə qazanıb – 4:2. “Xəzər Lənkəran”ın heyətində Kənan Səfərov dubl edib, digər iki qolu isə Mirabbas Qədirli və Xəqani Sadıqov vurublar.
Mənbə: Lankaranfc.com

2 thoughts on “U-15 Liqası: ”Xəzər Lənkəran” 4:2 ”Neftçi””

  1. Hörmətli DOKTOR! “Xəzər Lənkəran”ın müxtəlif yaş qruplarında perspektivli uşaqlar çoxdur. Sadəcə, o uşaqlar üçün yaxşı şərait yaratmaq lazımdır ki, itib-batmasınlar. Sizə bir faktı açıqlayım. Xüsusi adamlar Lənkəran məktəbinin yetirmələrinin valideynlərinə müəyyən məbləğdə pul ödəməklə perspektivli uşaqları əsasən Qəbələ futbol akademiyasına aparır. Yaxın illərdə Qəbələ futbol akademiyasını bitirəcək həmən uşaqları “Xəzər Lənkəran”ın özünə satacaqlar. Lənkəranda yaxşı şərait qurulsa heç kim başqa yerə getməz. Uşaqlara “Xəzər Lənkəran”ın ağ-yaşıl geyimini geyindirməklə iş bitmir.Öz yerli futbolçularımızı əsas komandada görmək istəyiriksə aşağı yaş qruplarına və UGİM-in futbol bölmələrinə diqqət artırılmalıdır.
    *****
    Allah bu dövranı belə kökə qoyanlara lə”nət eləsin! Hər şeyi pula satmağı məcbur edirlər camaatı. Bu dövran lap manqurtlaşdırıb insanları. Beş manat puldan ötrü Lənkəranın istedadlarını da harasa yönləndirirlər. Bu işdə klub ayıq-sayıq olmalıdır ki, istedadlı gənclər ora-bura aparılmasın. Bu işdə xüsusi “Xəzər Lənkəran”ı sevən adamlar nəzarətçi olmalıdır və vaxtaşırı kluba məlumat verməlidir. Gələcək perspektivlərə lazım olsa, klub da müəyyən maliyyə ayırmalıdır ki, sabah onları daha da baha qiymətə geri almasın! Klub bir mexanizm kimi çalışmalıdır.

  2. Uşaq futbolundan söz düşmüşkən sizə bir sirr açmağı cənub futbolu naminə borc bilirəm. Lənkəran UGİM-in 12-13 yaşlı perspektivli uşaqlarını Bakı və Qəbələ futbol akademiyasına aparılmasına birbaşa AFFA-nın Cənub bolgəsi üzrə səlahiyyətli nümayəndəsi Sakin Məmmədzadə başçılıq edir. İstedadlı uşaqları əvvəlcə özünün yaratdığı “Xəzər-92″yə aparır. Uşaqların sənədlərini hazırlayıb futbol akademiyasına ötürür. UGİM-in müəllimləri deyir ki, bir uşaqla nə qədər əziyyət çəkirik xeyirin Sakin görür. Akademiyaya göndərmək adıyla valideynləri yoldan çıxarıb hətta onlardan pul da alır. Təbliqatı da o yöndə aparır ki, “Xəzər Lənkəran”a yerli futbolçu lazım deyil və ona görə də on ildə əsas heyətində bir nəfər də lənkəranlı oynamır. Öz ciblərini güdənlər bu gün Ölkə futboluna o cümlədən Cənub futboluna başçılıq edir.
    *****
    Biz inanmırıq ki, CRFF-in rəhbərliyi belə işlərlə məşğul olsun. Zənnimizcə CRFF istəməz ki, təmsil etdiyi Cənub futbolunun gələcəyi təhlükə qarşısında qalsın. Hər halda CRFF-in də mıvqeyini bilmək istərdik!

Comments are closed.