Buradasınız Əsas » Rəylər » Toşakın “atı su içmədi”
  • Bookmark and Share

Toşakın “atı su içmədi” 

Ag-at

“Xəzər Lənkəran” Premyer Liqanın IX turununda “Rəvan”la qarşılaşdı. 1:1 hesabı ilə yekunlaşan oyundan sonra uelsli mütəxəssis bəxtdən şikayətlənib: “Bir oyunda bu qədər qol vəziyyəti yaradasan, amma bundan istifadə edə bilməyəsən… Bu, möcüzədi. Yaratdığımız qol epizodları lap çox oldu. Özüm də dəhşətə gəlirəm. Necə olur ki, bunlardan yararlana bilməyəsən. Komandadan yeganə narazılığım, qol epizodlarından bəhrələnə bilməməyidir. Bizdə belə bir el məsəli var:  “Atı su içməyə aparırsan. Amma at su içmirsə, nə edə bilərsən? Başqa söz tapa bilmirəm”.

beyaz-at

Braziliyalı hücumçu Junior Nildonun yaratdığı imkanları qaçırmasına da toxunan Toşak ondan narazı qalmadığını söyləyib: “O, hər oyunda bir neçə qol imkanı yaradır. Mən yeni hücumçu alsam, Nildo kimi futbolçu alaram. Çünki, qol vəziyyətlərini Nildo özü yaradır”.

MƏNBƏ: Apasport.az

P. S .  Fotoşəkillərin tətbiqi bizə məxsusdur.

4 Şərh yazıya: Toşakın “atı su içmədi”

  1. Qabil

    Hörmətli Doktora Salamlar! Əvvəllər cənab Toşak hər dəfə xal itirəndən sonra bir bəhanə tapıb özünə haqq qazandırardı.Bəhanələr limiti tükəndikdən sonra isə keçib Uels el məsəllərinə. Birdə ki, yetirmələrinin qol vura bilməməsini möcüzəylə əlaqələndirir. Deyəsən Toşak da möcüzəyə inanmağa başlayıb. Çünki, özünün dediyinə görə 35-illik karyerasında belə möcüzəylə rastlaşmayıb. Şəxsən mən futbolda möcüzəyə həmişə inanmışam. Ona görə ki, futbol özü elə başdan-başa möcüzədir. Elə deyilmi?
    ******
    Xüsusən də ki, Azərbaycan futbolu başdan-başa “möcüzələrlə” doludur. Düzdur bunlar sirkdə, gözbağlayıcıların “möcüzələrindən” o yana keçməsə də hər halda…

     
  2. MALIK

    Bir Nildodan az cekirik Ikinci nildo gelse lap ureyimiz partlayar. Ne gormusen bu nildolarda?

     
  3. MALIK

    Bir oyuncu bir defe qol vura bilmez iki-defe 5-dafa? Bu bextsizlik deyil seristezizlikdir..Bu Nildo Benahu getmelidir.. Daha tecrubeli oyuncular lazimdir…

     
  4. Qabil

    Bizim oyunçular əgər bir oyunda bəs qədər qol vəziyyətləri yaradıb qol vura bilmirlərsə, bunu heç də möcüzənin ayağına yazmaq düzgün deyil. Möcüzə odur ki, bir qol imkanı və top qapıda. Necəki, bunu rəqib komandaların oyunçuları edə bilir. Bizimkilərsə həlledici məqamı çox vaxt səriştəsizlik ucbatından boşa verir. Mən fərqi belə görürəm.

     

Şərh əlavə et


4 + yeddi =